Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 320        

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1973; 2017, ¹ 4, maddə 610, ¹ 5, maddə 995, ¹ 9, maddə 1728, ¹ 10, maddə 1913, ¹ 12 (II kitab), maddə 2548; 2018, ¹ 6, maddə 1348, ¹ 9, maddə 1903, ¹ 11, maddə 2458, ¹ 12 (II kitab), maddə 2736; 2019, ¹ 4, maddə 781, ¹ 7, maddə 1319; 2020, ¹ 4, maddə 480, ¹ 9, maddə 1232, ¹ 10, maddə 1273; 2021, ¹ 3, maddə 275, ¹ 7, maddə 875, ¹ 9, maddə 1060, ¹ 10, maddələr 1164, 1192, 1195) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqın­da Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 8-ci hissədə “qanunvericiliklə müəyyən olunmuş müddətdən” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən” sözləri ilə əvəz edilsin.

 

2. 28-ci hissə üzrə:

 

2.1. birinci abzasın birinci cümləsinə “işçinin” sözündən sonra “məcburi dövlət sosial sığor­ta haqqı hesablanan” sözləri, “qazancından” sözündən sonra “(bundan sonraqazanc)” sözləri əlavə edilsin və həmin abzasın ikinci cümləsi çıxarılsın;

 

2.2. beşincionuncu abzaslar çıxarılsın;

 

2.3. doqquzuncu abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin.

 

3. 30-cu, 31-ci, 39-cu, 40-cı, 44-cü, 45-ci, 46-cı və 83-cü hissələr ləğv edilsin.

 

4. 74-cü hissə üzrə:

 

4.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

 

“1 yanvar 2021-ci il tarixindən əvvəl doğul­muş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə verilir.”;

 

4.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

 

“31 dekabr 2020-ci il tarixindən sonra do­ğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın ana­dan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qayda­da təyin olunur. Birdəfəlik müavinətin təyin olun­masına dair bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya siste­mi vasitəsilə bu Əsasnamənin 73-cü hissəsi nəzərə alınmaqla sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) göndərilir. Müavinət bankya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınma­dığı təqdirdə dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət bu Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə verilir.”.

 

5. 113-cü hissənin beşinci abzası çıxarılsın.

 

Bakı şəhəri, 19 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 4.