Hədəf əhalini zəruri ərzaq məhsulları ilə təmin etməkdir

 

Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin prioritetini təşkil edir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının əsas şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün zəruri ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Belə tədbirlərin ən zəruri təməlini ulu öndər Heydər Əliyev qoydu. Ümummilli liderin uzaqgörənliyi sayəsində MDB məkanında ilk dəfə ölkəmizdə torpaq islahatları həyata keçirilditorpaqlar əvəzsiz olaraq kəndliyə verildi. Ardınca kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırıldı və beynəlxalq təşkilatlarla birlikdə bu sahədə mühüm layihələrin icrasına başlanıldı. Torpaq islahatından bir neçə il sonra isə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edildi. Bununla da ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qətiyyətli addımlar atıldı.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təminatı sahəsində bir neçə dövlət proqramını təsdiq etdi. Dövlət başçımızın əsas hədəflərindən biri əhalinin zəruri ərzaq məhsulları ilə etibar­lı təminatı idi. Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi dövrdə bu məsələni daim diqqətdə saxlayıb. Son illərdə dünyada baş verən qarşıdurmalar, müharibələr, miqrant axını, enerji daşıyıcı­larının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir. Dünyanın başı üzərini koronavirus təhlükəsi aldıqdan son­ra isə vəziyyət bir qədər də pisləşdi.

Hazırda davam edən UkraynaRusiya müharibəsi ərzaq təhlükəsizliyinin təminatında ciddi problemlər yaradıb. Xüsusilə, yaranmış taxıl qıtlığı dünya ictimaiyyətinin kəskin narahatlığına səbəb olub. Rusiya taxılın ixracatına görə dünya­da birinci yerdədir. Ukrayna isə dünyada taxılı ixrac edən, satan dövlətlər arasında beşinci yerdədir. Rusiya ildə 32 milyon ton taxıl ixrac edir, Ukrayna isə 18 milyon tondan çox taxıl satır. Təbii ki, bu iki ölkənin müharibəsi taxıl sahəsində dünyada ciddi qıtlığ yaradıb. Lakin Azərbaycan Prezidentinin Rusiya ilə reallaşdırdığı siyasət ölkəmizi belə təhlükələrdən xilas edəcək. Rusiyalı tərəfdaşlarımızla əldə edil­miş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər gübrə taxıl ixrac edilir bundan sonra da ediləcək. Hazırda Ru­siyadan sifariş verdiyimiz qədər ölkəmizə taxıl məhsulları daxil olur. Amma, bu, o demək deyil ki, biz bu sahəyə diqqət ayırmayaq. Taxılçılığın inkişafı prioritet sahədir. Çünki bu sahə əhalinin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayr.

Təbii ki, son vaxtlar dünya bazarında taxılın un məhsullarının qiymətinin artması ölkəmizə öz təsirini göstərir. Qiymətlərin durmadan artmasının əsas səbəblərindən biri budur. Əvvəllər belə hallarla rastlaşmışıq. Məsələn, korona­virus pandemiyası tüğyan etdiyi vaxtda dövlət başçımızın uzaqörənliyi müdrik­liyi sayəsində xalqımız ciddi problemlərlə qarşılaşmadı. Aztəminatlı ailələrə müəyyən miqdarda birdəfəlik yardım edildi, sosial layihələrin icrası dayandırılmadı, pensiya­lar, sosial müavinətlər, məvaciblər artırıldı. Azərbaycan bu sınaqdan alnıaçıq, üzüağ çıxdı.

Son vaxtlar dünyada yaranmış taxıl qıtlığı bunun da sayəsində un məhsullarında müşahidə olunan qiymət artımı ciddi narahatlıq yaradıb. Bəs Azərbaycanda bu istiqamətdə kimi tədbirlər nəzərdə tutulur hansı addım­lar atılır? Dövlət başçımız bir neçə gün əvvəl Basqalda Azərbaycan Televiziyasına müsahibəsində bu suala da aydınlıq gətirdi. Dedi ki, dünyada gedən istənilən iqtisadi proses bizə təsirsiz ötüşmür. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması, əlbəttə ki, bizə təsir edir. Bu il dünyanın əksər ölkələrində ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz, hətta, o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Cənab Prezidentin qeyd etdiyi kimi, ərzaq mallarının qiymətinin qalxması Azərbaycandan da təsirsiz ötüşməyib. Bunun da əsas səbəbi hələ özümüzü 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilməməyimizdir. Təbii ki, neçə illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təsdiq olunması bu poqramların qarşıya qoyduğu vəzifələrin uğurlu icrası, eləcə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməsi, heyvandarlıq sahəsinin inkişafı əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, hazırda biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Həyata keçirilən tədbirlər növbəti 3–5 il ərzində bu sahədə daha yüksək uğurlar qazanacağımıza zəmin yaradır. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yüz faiz səviyyəsinə çıxacağıq.

Möhtərəm Prezidentimiz yaxın illərdə ərzaqlıq buğdanın Azərbaycanda isteh­salının kəskin artırılacağını bildirdi. Məhz bu məqsədlə xüsusi proqram da işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Söz yox ki, bu, vaxt tələb edəcək. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə ki, taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir.

İşğaldan azad edilmiş torpaqlarda hazırda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri ilə yanaşı, əkin-biçinlə məşğul oluruq. Dövlət başçımızın göstərişi ilə vaxt itirmədən həmin ərazilərdə əkin və minalardan təmizləmə işləri aparılıb. Bu işlər indidavam etdirilir. Bütün bunlar yaxın gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsulların ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük kömək göstərəcəyinə əminlik yara­dır. Bu il həmin ərazilərdə 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq aşağıdır. Bu da təbiidir. Möhtərəm Prezidentimizqeyd etdi ki, uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilirbirinci ildir ki, əkin aparılmışdır.

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisas­laşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin etsinlər. Bu da həmin insanların həyat tərzinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları xeyli ar­tacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Dövlət fermerlərə, oraya qayıdacaq vətəndaşlara dəstək göstərəcək, subsidiya verəcək və onların yetişdirdikləri məhsulu bazarlara çıxarma­ları üçün dəstək olacaq. Bütün bunlar yaxın gələcəkdə ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynaycaq və ölkəmizin zəruri ərzaq məhsulları ilə təminatına öz töhfəsini verəcək.

 

Mehman İSMAYILOV,

 

Politoloq

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 5.