Azərbaycan-İsrail əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

Azərbaycan və İsrail xalqları ara­sında sıx dostluq əlaqələri qədim tarixə malikdir. Bu xalqlar uzun əsrlər boyu bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehti­ramla yanaşıblar. Ta qədim dövrlərdən Quba rayonu ərazisində kompakt halda məskunlaşan yəhudilər burada özlərini tam təhlükəsizlik şəraitində hiss ediblər, ölkəmizin inkişaf və tərəqqisinə böyük töhfələr veriblər.

İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətləri arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələr yaranıbdır. Bu il iki ölkə arasında dip­lomatik əlaqələrin qurulmasının 30 illiyi bir çox mühüm, yaddaqalan tədbirlərlə qeyd olunubdur. Bu gün, həqiqətən, azad, müstəqil dövlətlərimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlibdir.

Hazırda ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Bir faktı qeyd etmək yerinə düşər. 28 May–Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İsrail lideri vurğulayıb ki, bu gün Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir.

Qeyd etmək istərdim ki, bu il aprelin 5-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin Turizm naziri Yoel Razvozovu qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıbdır.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edibdir. Dövlət başçısı əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımı­zın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vur­ğulayıbdır, yəhudi icmasının üzvlərinin birinciikinci Ermənistan–Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehti­ramla qeyd olunduğunu bildiribdir.

İsrailin turizm naziri İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının parlaq qələbəsinin ölkəsində böyük məmnunluq hissiylə qarşılandığını bildirib. İsrail rəsmisi, eyni zaman­da, ölkəsinin Azərbaycanla hərtərəfli əlaqələrinin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb, iki dost ölkə arasında münasibətlərin qarşı­dakı illərdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edibdir.

Yeri gəlmişkən, bu il aprelin 8-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan ilə İsrail arasında dip­lomatik münasibətlərin qurulması­nın 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xarici İşlər naziri Ceyhun Bayramov İsrail–Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin Turizm naziri Yoel Razvozov da iştirak ediblər.

Öncə Xarici İşlər naziri Ceyhun Bayramov bu il aprelin 7-də Təl-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağ­lığı verib, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qına­dığını bildirib. Nazir Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm ver­diyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda əhəmiyyətini vurğulayıb. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edib.

Öz növbəsində İsrail Dövlətinin Turizm naziri Yoel Razvozov Azərbaycana səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlətimizin baş­çısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli təmasları məmnunluqla qeyd edib. İki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərini, bu əlaqələrin daha da genişlənməsi potensialını vurğulayıb. Nazir Razvozov İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, tu­rizm və digər istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bu məqamda qeyd etmək istərdik ki, əslən Azərbaycandan olan yəhudilər hazırda dünyanın hər hansı bir ölkəsində yaşamalarından asılı olmayaraq, Azərbaycana öz dəstəklərini göstərirlər. Təsadüfi deyil ki, Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Azərbaycan Respub­likası Prezidentinin sərəncamı ilə bir necə şəxs, o cümlədən xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə, tanınmış adamı Qod Nisanov "Dostluqordeni ilə təltif edilib.

Bu ilin siyasi xronikasına nəzər yetirsək, həqiqətən görərik ki, müasir dövrdə Azərbaycan-İsrail münasibətləri dinamik surətdə inkişaf etməkdədir. Bu münasibətlər qarşılıqlı inametimada əsaslanır. Bu il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin Maliyyə naziri Aviqdor Libermanı qəbul edib. Görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin inten­sivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Söhbət zamanı həmçinin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Maraqlıdır ki, “İsrail Bizim Evimizdir” partiyasının sədri, Maliyyə naziri Aviqdor Liberman Azərbaycana səfəri çərçivəsində Bakı­da yerləşən sinaqoqu ziyarət edib.

Milli Məclisin Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailov fəxrlə bildirdi ki, Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, millidini tolerantlığın hökm sürdü­yü ölkədir. Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulubbu müdrik siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

A.Rafailov sonra dedi ki, məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət sayəsində Azərbaycan multi­kulturalizmdini tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanıb: Bizim müxtəlifliyimiz, fərqli etnik kökənli, fərqli dinlərin daşıyıcısı olan insanların ölkəmizdə birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi zənginliyimizdir. İstər etnik kimlik, istərsə də fərqli dini inanc­ların daşıyıcısı olmaq ölkəmizdə ayrı-seçkilik yaratmır. Bu gün dövlət struktur­larında, Azərbaycan parlamentində, qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir".

Milli Məclisin deputatı onu da vurğulayıb ki, istər birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalq­ların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi böyük qədirbilənliklə əbədiləşdirilib. Vətən müharibəsi za­manı da Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdilər, Qarabağın azadlığı uğrunda orta­ya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər.

Milli Məclisin deputatı söhbətin sonunda dedi: “Azərbaycan və İs­rail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Zərrə qədər şübhə etmirəm ki, iki dövlət arasında dostluğumuz əməkdaşlığımız daha da dərinləşəcək, güclənəcək və dinamik inkişaf edərək gələcəkdə də hər iki dövlətə və xalqa böyük töhfələr verəcək.

 

Məsaim ABDULLAYEV,

 

Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 5.