Aqrar sahə: məhsul istehsalı və tədarükü artır

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Nəticədə aqrar sahədə ən çeşidli məhsulların istehsalı və tədarükü ilbəil artır. Bu ilon minlərlə fermerpay torpa­ğı mülkiyyətçiləri əllərindən gələni əsirgəməməyə çalışırlar. Görünən budur ki, onlar min bir zəhmət hesabına ölkəmizin ayrı-ayrı bölgələrində, tarlabağlarda, tərəvəz sahələrində, tütün plantasiyalarında bol məhsul yetişdiriblər. İndi əsas məqsəd, məhsulu tezitkisiz toplamaqdır. Bütün sahələrdə işlərin uğurlu təşkili aşkar hiss olunur. Bu isə kənd əhalisinin əvvəlki illərdə olduğundan daha yüksək rifah içində yaşayacağına ümidlər yaradır.

Məlumdur ki, kənd təsərrüfatı məhsulları arasında ərzaqlıq taxıl istehsalının və tədarükünün artırılması və tədarükü xüsusi önəm kəsb edir. Bu il həmin sahəyə diqqət daha da artmışdır. Ən son operativ məlumata əsasən, Azərbaycanda payızlıq-yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutul­muş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98 faizi biçilərək məhsulu yığılıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sahələrdən 2 850 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 731,8 min tonuyaxud 60,8 faizini buğda, 1 092,0 min tonunu, yəni 38,3 faizini arpa təşkil edib.

Qeyd etmək lazımdır ki, ölkə üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında qeydə alınıb.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olunub.

Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Azərbaycan hökuməti bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməyə çalışır. Prezident İlham Əliyev bugünlərdə İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilirbirinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq”.

Dövlətimizin başçısı hesab edir ki, azad edilmiş torpaqlarda taxıl­çılıq üçün, ən azı, 100 min hektarı dövriyyəyə buraxmaq mümkündür. Bunun üçün bütün zəruri aqrotexniki tədbirlərin görülməsi planlaşdırılır. Bütün bu işlər planlı, düşünülmüş şəkildə həyata keçirilir.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirdi ki, möhtərəm Prezidentin tapşırığına əsasən, azad edilmiş torpaqlarda kənd təsərrüfatı üzrə planlı ixtisas­laşma aparılacaq. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında hey­vandarlığın çox böyük perspektivləri var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurubbol məhsul götürür. Artıq Azərbaycan bal ixracatçısına çevrilmişdir.

Ölkəmizdə son illər pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması üçün bütün lazımi işlər görülür. Pambıq­çılıqda elmi biliklərin və qabaqcıl təcrübənin tətbiqinin əhəmiyyəti böyükdür. Təsadüfi deyildir ki, bu günlərdə Bərdə rayonunda “Pambıqda boy tənzimləyici hormonların tətbiqi, həmçinin məhsulun yığıma hazırlan­ması üçün defolyasiyadesikasiya aparılma qaydaları” mövzusunda fermerlər üçün təlim keçirilib. Bərdə rayonunun Yenidaşkənd kəndində fermer Ədalət Əliyevə məxsus pam­bıq tarlasında keçirilən təlimdə Aqrar Xidmətlər Agentliyinin Bərdə Regi­onal Təlim Mərkəzinin əməkdaşları, fermerlər və aqrar mütəxəssislər iştirak ediblər.

Bildirilib ki, ucvurmayaxud boy tənzimləyici hormonların tətbiqi kolun formalaşmasına, bar orqanlarının toplanmasına və əmələ gəlməsinə təsir edən ən əsas tədbirlərdən biri sayılır. Ucvurma pambıq kollarına xüsusi forma verməklə, məhsulun ma­şınla yığılmasını asanlaşdırır. Təlimin sonunda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Azərbaycanda yaxın günlər ərzində pambıq yığımı kampani­yası başlanacaq. Bu gün pambıq əkib-becərən bütün rayonlarda, o cümlədən Kürdəmir rayonunun pambıq tarlalarında məhsul yığımına ciddi hazırlıq işləri görülür.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə Kürdəmirdə 2067 hektar sahədə “ qızıl” əkilib. Aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə aparıldığından tarlalarda bol məhsul yetişir. Hazırda 3-cü vegetasiya suyunun verilməsi başa çatmaq üzrədir. Rayonun daha çox pambıq yetişdirilən Şilyan, Qarasu, Muradxan, Sor-sor, Mollakənd və Carlı ərazi icra nümayəndəliklərində yığıma daha ciddi hazırlıq işləri aparılır. Bu ərazilərdə hər hektardan orta hesabla 30 sentnerdən çox məhsul gözlənilir.

Qeyd edək ki, tarlalarda məhsulun 85-90 faizinin maşınlarla yığılacağı nəzərdə tutulur. Əl ilə yığıma 500 nəfərdən artıq işçi qüvvəsi, habelə kifayət qədər texnika cəlb ediləcək.

Ölkəmizdə üzümçülüyün inkişafı da diqqətdən yayınmır. Əhalinin də bu gəlirli sahəyə marağı böyükdür. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi­nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) və İsma­yıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə İsmayıllı rayonunda “Dəmyə şəraitində üzüm bağlarının becərilmə texnologiya­sı, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları” mövzusunda tarla seminarı keçirilib.

İnstitut və DAİM əməkdaşları fermer təsərrüfatlarına baxış keçirib. Məlum olub ki, üzümlüklərdə quru budama və yaşıl əməliyyatlar düzgün aparılmır. Eyni zamanda, xəstəlik və zərərvericilərin diaqnostikasında və onlara qarşı mübarizədə müəyyən çətinliklər mövcuddur. Bunları nəzərə alaraq təsərrüfatlarla institut arasında əməkdaşlıq şəraitində çətinliklərin həlli məqsədilə belə tədbirlərin davam etdirilməsi qərara alınıb.

Tədbirin sonunda fermerlərə ÜŞETİ tərəfindən hazırlanan və üzümçülükdə budama, aqrotex­niki qulluq işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydaları­na əməl olunması məsələlərini əks etdirən broşurlar, buklet və informasi­ya vərəqələri paylanıb.

Milli Məclisin deputatı bizimlə söhbətində fəxrlə dedi ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən aqrar sektorda görülən işlərin miqyası və sürəti bu gün hər kəsdə heyranlıq doğurur. Bunu ölkəmizə təşrif buyuran çox sayda nü­fuzlu qonaqlar və ekspertlər də etiraf edirlər. Azərbaycanda aqrar sektorda əldə olunan böyük uğurlar möhtərəm Prezidentimizin bu sahəyə bir an azal­mayan diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 23 avqust.- S.7.