“Doktoranturalar yaradılan Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin,
elmi müəssisə və təşkilatların
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli
235 nömrəli Qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 329
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 524-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 6 (IV kitab), maddə 674, № 10, maddə 1169, № 11, maddə 1281, № 12, maddə 1517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 252 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəyə “Doktoranturalar” sözündən sonra “(adyunkturalar)” sözü əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına “Doktoranturalar” sözündən sonra “(adyunkturalar)” sözü əlavə edilsin;
2.2. cədvəlin “Doktorantura təhsili” sütünunda “Doktorantura” sözündən sonra “(adyunktura)” sözü əlavə edilsin.
Bakı şəhəri,
25 avqust 2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 8.