Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 327

                

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359; 2019, № 3, maddə 537, № 5, maddə 951; 2020, № 1, maddə 82, № 8, maddə 1103; 2021, № 4, maddə 390; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 273 nömrəli Qərarı) ilə təsdiq edilmişAli təhsilin magistratura səviyyəsi üzrə ixti­sasların (ixtisaslaşmaların) Təsnifatı”nda “2. Humanitarsosial ixtisaslar qrupu” bölməsinin “060204 Jurnalistika” ixtisa­sına “- İdman jurnalistikası” sətrindən sonra “- Jurnalistika” sətri əlavə edilsin.

 

Bakı şəhəri, 25 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 9.