Laçının qaytarılması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir

 

Dünən, nəhayət ki, Azərbaycan xalqının çoxdan gözlədiyi şad xəbər gəlib çıxdı: Laçın şəhəri, ZabuxSus kəndləri yenidən Azərbaycanın nəzarətinə keçib. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bu şad xəbəri yenə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdırdı. Bununla bağlı fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi:

– Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsində hamımız üçün sevindi­rici olan bir xəbər paylaşdı. Bildirdi ki, Laçın şəhəri artıq ölkəmizin tam nəzarəti altına keçib. Dövlət başçısının bununla bağlı paylaşımında deyilir ki, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Or­dusu Laçın şəhərinə yerləşdi. ZabuxSus kəndləri nəzarətə götürüldü: “Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Biz də, öz növbəmizdə, Azərbaycanın qalib liderinin sevincini bölüşürükonu bu növbəti böyük qələbəsi, siyasi uğuru münasibətilə ürəkdən təbrik edirik. Heç şübhəsiz, Laçının və kəndlərinin azad edilməsi birbaşa Prezident İlham Əliyevin siyasi uğuru hesab edilməlidir. Bu yolda o, çox böyük əzm və iradə, eyni zamanda, böyük səbr nümayiş etdirdi. Hətta dövlətimizin başçısı ermənilərin təbiətimizi və tərk edəcəkləri evləri yandırmaması ilə bağlı da böyük səylər göstərdi. Təəssüf ki, erməni erməniliyini göstərdi: yenə də meşələrimizə və evlərə od vurdular. Bununla onlar həm də beynəlxalq aləmdə özlərinin mənfur simalarını bir daha nümayiş etdirmiş oldular.

Laçının azad edilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində paylaşım edib. Deməliyik ki, Laçın və kəndlərinin ölkəmizin nəzarətinə keçməsi Mehriban xanımın ad günü ilə eyni vaxta təsadüf edirbu gün Mehriban Əliyeva üçün ikiqat bayram olur.

Azərbaycan xalqının Laçınla bağlı sevincinə dünən qardaş Türkiyə də qoşulub. Bu sevinc Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb: “Laçın şəhərinin, ZabuxSus kəndlərinin üçtərəfli anlaşma əsasında davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq”.

Türkiyə XİN diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhsabitliyin bərqərar edilməsi istiqamətində mühüm addım olan bu hadisə Azərbaycan-Ermənistan münasibətlərinə və regional normallaşmaya mühüm töhfə verəcək. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyü­nüsuverenliyini dəstəkləyəcək.

Laçın şəhərinin yenidən Azərbaycanın nəzarətinə keçməsi barədə məlumat Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. Azərbaycan Prezidenti İham Əliyevin rəsmi “Twitter” səhifəsində bunun­la bağlı etdiyi paylaşım qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılmaqdadır.

Artıq “Anadolu” və İHA agentlikləri, “TRT Haber”, “Haber Global”, “CNN Türk” telekanalla­rı, “Hürriyet” və digər qəzetlər, habelə TRT-nin müxtəlif qurumları mövzu ilə bağlı geniş məlumatlar yayıblar. Türkiyə mətbuatı Prezident İlham Əliyevin Laçının qaytarılması ilə bağlı paylaşımını təqdim edibbildirilib ki, bu müjdəli xəbəri ölkə ictimaiyyətinə şəxsən İlham Əliyev çatdırıb.

Bizbu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Əminik ki, Azərbaycan lideri İlham Əliyevin dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin ediləcək.

 

Söhbəti yazdı: Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 4.