Tarixləşən bəşəri ömür

 

Ömür yaşanılan illər deyil. Ömür xalq üçün, millət üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan aylardır, illərdir. Belə ömürlərə dəyərli ömür deyilir, amma xəlqi ömür də deyilməlidir. Ömür məfhumunun fəlsəfəsi ilə işıq ifadəsinin fəlsəfəsi arasında ilahi bir doğmalıq var. Dəyərli ömürlər, xəlqi ömürlər də bu səbəbdən işıq, nur, ziya kimi bəşəri ehtiramlarla əhatələnir. İşıqlı düşüncələr işıqlı fəaliyyətdir, işıqlı fəaliyyət bəşəriliyə xidmətdir; ictimaiyyət min illərdir dəyərli ömürlərdən, xəlqi ömürlərdən barınır – durulurxoş ovqat yaşayır. Tarix belə ömürləri tarixləşdirir.

Mehriban xanım Əliyeva Azərbaycanda da, xaricdə də Vətənini, xalqını, dövlətini, dövlətçiliyini bənzərsiz sevgi ilə sevən, praqmatik təfəkkürlü, islahatçı xanım lider kimi tanınır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, milli mədəniyyətimizin hamisidir. İctimaiyyət Mehriban xanım Əliyevanı belə tanıyıb, belə sevib, belə sevir.

Xalq Mehriban xanım Əliyevaya inanıb, güvənib və inanır, güvənir. Xalq fəlsəfəsi, xalq düşüncə tərzi bu inamı, bu güvənci Tanrı xeyir-duası bilir.

Mehriban xanım Əliyeva olduqca səmimi insandır. Onun hər fikri dürüstlüyün, düzlüyün, həyati gerçəkliklərin ifadəsi kimi qəbul edilib. Böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında minlərlə fikir deyilib. Mehriban xanım Əliyevanın dedikləri ulu öndərin portret cizgilərini daha real əks etdirir: "Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi".

Heydər Əliyev Fondunun fəaliyyətinə bələd olan (bu fəaliyyətin şəffaflığı haqqında KİV-də kifayət qədər geniş informasiyalar verilib) hər kəs bilir və təqdir edir ki, Mehriban xanım Əliyeva kifayət qədər xeyirxahdır, əqidəlidir, dövlətə, dövlətçiliyə sədaqətlidir. Onun həyat fəlsəfəsinin mühüm tərkib hissələri əxlaq və mədəniyyətdir, insaniyyət və şəfqətdir, inam və məhəbbətdir, xeyirxahlıq və saf niyyətdir. Bunlar hər insana qismət olmayan yüksək əxlaqi dəyərlərdir.

Mehriban xanım Əliyeva insanları, insanlığı sevib, indisevir. Bu sevgi Azərbaycana sevgidir, azərbaycançılığa sevgidir, Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına sevgidir. Bu sevgi Bakıda Beynəlxalq Muğam Mərkəzi, regionlarda yeni muzeymusiqi məktəblərinin inşa edilməsini gerçəkləşdirdi. UNESCO və İSESCO ilə əməkdaşlıq bu sevgidən rişələndi. Bu sevgidə qüdrətə bax: İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi!

Gözəl, gərəkli ideya xalqa, millətə sevgi ilə gerçəkləşir. Belə gerçəkləşmə zaman anlamında dünənki tarixi yaşatmaqdı, tarix yaratmaqdı.

Mehriban xanımın təşəbbüsü və səmərəli fəaliyyəti nəticəsində 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti, 2009-cu ildə Novruz bayramı, 2010-cu ildə xalça toxuculuğu, 2012-ci ildə tar ifaçılığı sənəti, 2018-ci ildə "Dədə Qorqud" dastan mədəniyyəti, nağılları və musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındı. UNESCO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı var. Buna bələd olanlar yaxşı bilir ki, "təcili" ifadəsi təxirəsalınmaz anlamındadır və itib-batmanın qarşısının alınması zərurətini bildirir. Mehriban xanım Əliyevanın xalqımızın dünəninə (deməli, sabahına!) müqayisəyəgəlməz xidmətlərindən biri də 2013-cü ildə Çovkan atüstü oyununun, 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqsləri– Yallının, Köçərinin, Tənzərənin bu siyahıya salınmasıdır.

Ana sevgisi, bütün mənəvi keyfiyyətlərin fövqündə dayanıb. Ana sevgisindən söz düşəndə Cəfər Cabbarlının "Ana" şeirinin son misrasını xatırlayırıq:

Ana, mən sənə rahibəm itaətdə...

Mehriban xanım Əliyevanın ana sevgisi bu günün gənclərinə, yeniyetmələrinə örnəkdir. Böyük insanlar haqqında böyük insanların səmimi fikirləri bütün zamanlarda yaşam fəlsəfəsini müəyyənləşdirən tezislərdir: "...Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam – nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu günelmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm" (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Trend" İnformasiya Agentliyinə müsahibəsindən).

Ana sevgisinin müqəddəsliyini bu səviyyədə yaşadan, bunu ömrünün Dan ulduzu bilən Mehriban xanım Əliyevanın analara sevgisi, ehtiramı bu sevgidən qaynaqlanır.

"Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?" – sualına Mehriban xanım "Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini" cavabını verib. Sualın mahiyyəti həyati dəyərlərə münasibət olub, şübhəsiz. Bu düşündürücü cavab fəaliyyətin də, düşüncələrin də, duyğuların da həyat fəlsəfəsinin daha əhatəli dərkinin zəruriliyini xatırladıb.

 

Ana sevgisindən barınan mənəvi kamillik budur!

 

Mehriban xanım Əliyevanın təşəbbüsü bilavasitə rəhbərliyi ilə Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif miqyaslarda layihələr həyata keçirilib. Belə layihələrin bir hissəsi səhiyyə sahəsinə aiddir. Xəstəxanaların, klinikaların yaradılması, diabet talassemiya xəstələrinin müalicəsinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü ilə "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə!", "Tibb müəssisələrinin yenidən qurulması inşası" kimi ictimai əhəmiyyətli layihələrin mahiyyəti vətəndaşlara qayğı göstərməkdədir bilavasitə dövlətçiliyin möhkəmləndirilməsinə yönəlib.

Ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq, irsini öyrənmək, öyrətmək Azərbaycan dövlətçiliyinə sədaqətin təzahürüdür. Bu baxımdan Heydər Əliyev Fondu həm bu tezisləri icra edir, həm ölkədə müxtəlif layihələri gerçəkləşdirirdi. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun "Uşaq evləri internat məktəblərinə dəstək" layihəsi əsasında ölkəmizdə 40-a qədər uşaq evi internat məktəbi ən müasir standartlar səviyyəsində təmir edildi. 2014-cü ildə "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" yerinə yetirilməyə başladı. Bu layihənin gərəkliyi haqqında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deyirdi: "Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqların ilk yaşlarından intellektual, fiziki əqli inkişafı, onların istedad qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq". Bu kəlamlar ömrünü xalqı üçün yaşayan Mehriban xanım Əliyevanın insan amilinə hansı səviyyədə önəm verdiyinin təsdiqidir.

Təvazökarlıq ən ali insani keyfiyyətdir. Ailəni həyatın əsas mənası stimulu, istinad nöqtəsi güc mənbəyi bilən Mehriban xanım Əliyeva olduqca təvazökar xanımdır. Mehriban xanım "Trend" İnformasiya Agentliyinə müsahibəsində deyib: "...Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa - bu mənim üçün ən yüksək mükafatdır..." Bu kəlmələr Vətən üçün, dövlət üçün, dövlətçilik üçün yaşayan böyük ürəkli, praqmatik təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin tərkib hissələrindəndir, yaşam manifestidir. Belə bir manifest minlərin xarakterini tənzimləmək baxımından dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində kifayət qədər əhəmiyyətli olmuşdur.

"Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi mərdlik, mərhəmət şəfqət, inam məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik..." Bu kəlamlar Azərbaycanımızın gənclərinə Ana tövsiyəsi kimi oxunur. Bu tövsiyə deyir ki, həmişə ruh yüksəkliyi ilə yaşayın, mərdlik mərd olun, ömür payınızı mərhəmət hissləri ilə yaşayın illərinizi bu duyğu ilə süsləndirin, Tofiq Bayramın "Yaşaya bilərəm çörəksiz, susuz, Yaşaya bilmərəm bir gün inamsız" misralarını unutmayın, həmişə inamla yaşayın. Peyğəmbər (s.) inamı ilə yaşayın, yaşanılan illərin mehrabı məhəbbətdi, məhəbbətlə yaşayın. Bu tövsiyələrdə Zərdüşt fəlsəfəsinin işığı var: yaxşı fikir, yaxşı əməl. Belə yaşanılma ictimaiyyətin sağlamlığı, dövlətçiliyin qüdrəti üçündür; güclü vətəndaşı olan dövlət güclü dövlətdir.

"Türkiyə" qəzetinin jurnalisti Yücel Koç "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" məqaləsində yazır ki, Mehriban xanım "...son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından sevgisindən". Jurnalistin qənaəti gerçəkliklərə əsaslanır. Mehriban xanım xalqını sevir, bu sevgi qarşılıqlı sevgidir. Xalq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inandığı kimi, Birinci vitse-prezidentə inanır. Xalq ölkə başçısını da dəstəkləyir, Birinci vitse-prezidenti . Türkiyəli jurnalist bir qənaətdə haqlıdır: "Mehriban xanımın başlıca missiyası hər zaman hər yerdə Vətənimizin maraqlarını qorumaqdır".

Ermənistanın Azərbaycanımızın torpaqlarını işğal etməsi Mehriban xanım Əliyevanı həm vətəndaş kimi, həm xoşməramlı səfir kimi narahat edirdi. İşğal olunmuş rayonlarımız onun könül dünyasından iraq deyildi. Xalqını, millətini, dövlətini, dövlətçiliyini sevən, bu sevgini ömrünün yaşam düsturu bilən Mehriban xanım Əliyeva ruhən həmişə ordunun şəxsi heyətinin yanında olub. 2016-cı ilin aprelində , 2020-ci ilin iyulunda da, 2020-ci ilin sentyabrında da yaralananların müalicəsində, döyüşçülərin yüksək texnologiyalı protezlərlə təmin olunmasında Heydər Əliyev Fondunun xətti ilə kifayət qədər yaxından iştirak etmiş, yüzlərlə yaralı döyüşçünün problemlərinin həllini reallaşdırmışdı.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibədə yaralananlar da olur, şəhid olanlar da. Mehriban xanım Əliyeva yaralı döyüşçülərin istər Azərbaycanda, istərsə xarici dövlətlərdə, o cümlədən, Türkiyədə müalicəsinə kifayət qədər yaxından kömək göstərdi. Zəfərdən sonra ümidlə Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edənlərin hamısının sağlamlığının bərpasına ciddi təxirəsalınmaz kömək göstərildi.

Mehriban xanım Əliyevanın yerinə yetirdiyi vətəndaşlıq missiyasının coğrafiyası çox genişdir. Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" müdrik kəlamını Mehriban xanım Əliyeva müdrikliyə və müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, Vətənə, torpağa, dövlətə, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fon­dunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ömrü bəşəri ömür ol­duğu üçün Azərbaycanın da gənclərinə, Azərbaycanı sevən dövlətlərin də gənclərinə örnək ömürdür.

 

Səbinə XASAYEVA

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 5.