Əməkdaşlıq müqaviləsi imzalanıb

 

Avqustun 26-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Pakistanın Punjab Universitetinin Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki arasında elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən hər iki müəssisə tədqiqat və təhsil proqramlarının mübadiləsi, yeni təhsil proqramlarının hazırlanması, konfrans və seminarların keçirilməsi, yerli və beynəlxalq elmi tədqiqat layihələrinin işlənilməsi, ma­gistrant, doktorant, eləcə də professor-müəllim heyətinin mübadiləsi, birgə ma­gistrantdoktorant hazırlığı, yüksək texnologiyalardan istifadə etməklə birgə tədqiqatların aparılması, yeni bitki sortlarının yaradılması və beynəlxalq məqalələrin hazırlanması sahələrində əməkdaşlıq edəcəklər.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qeyd edib ki, GEİ-nin Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi nəticəsində dünyanın tanınmış universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksəkixtisaslı kadrların hazırlanma­sı sahəsində ikili diplom proqramlarının yaradılması üzrə geniş imkanlar açıl­mışdır: Bu imkanlardan istifadə etməklə institutda təhsillə bağlı fəaliyyətlər daha da genişləndiriləcək, magistrdoktorant hazırlığı sahəsində dünya­nın yüksək reytinqli universitetlərinin təcrübəsindən geniş istifadə ediləcək, beynəlxalq təhsil proqramlarına qoşul­maq üçün addımlar atılacaq, eləcə də Pakistanın Punjab Universiteti ilə bio­logiya elminin müasir istiqamətlərində ikili magistrdoktorluq proqramlarının hazırlanması həyata keçiriləcək”.

Z.Əkpərov GEİ-nin ilk dəfə ola­raq dost Pakistanın elmi təşkilatı ilə müqavilə imzaladığını vurğulayaraq bu müqavilənin planlaşdırılan sahələrdə elmi əməkdaşlığın güclənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Professor K.Maliki GEİ-də mövcud olan müasir elmi infrastrukturu, kadr potensialını, aparılan tədqiqatları, əldə edilən elmi nəticələri, eləcə də təhsil sahəsində institutun fəaliyyətini yüksək qiymətləndirib. Əlavə edib ki, hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Genetik Ehtiyatlar İnstitu­tu ilə birgə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlıq əlaqələrimiz daha da genişləndiriləcək. Profes­sor K. Maliki imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyəti və plan­laşdırılan fəaliyyətlərin vaxtında icra edilməsinin elm və təhsil sahəsində ciddi nailiyyətlərin əldə edilməsinə şərait yaradacağına inamını ifadə edib. O, Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin professor-müəllim heyətinin elm və təhsil sahəsində GEİ ilə həvəslə əməkdaşlıq etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, görüşdə İslam İnkişaf Bankı, Molekulyar Biologiya Mükəmməllik Mərkəzi və Genetik Ehti­yatlar İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 9.