Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlara imza atır

 

 BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mü­hüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində, sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var.

 

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsindən

 

Bakı, 2 oktyabr 2020-ci il

 

 Son zamanlar bəzi həmkarlarımız və siyasi ekspertlər “Prezident İlham Əliyevin uğurları” ifadəsindən dərhal sonra İkinci Qarabağ müharibəsindəki qələbəmizi, işğalçı ölkənin kapitulyasiya sənədinə imza atmasını, Milli Ordumuzun dünyanın ən müasir Silahlı Qüvvələri sırasına çıxmasını, azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının ucaldılmasını, çoxsaylı yolların çəkilməsini, hava limanlarının, yüzlərlə yeni obyektin tikilməsini və digər məsələləri qabardırlar.

Ancaq Prezident İlham Əliyev bütün bunlara çatmaq üçün faşist Ermənistanı və onun havadarları üzərində çoxsaylı qələbələrə imza atmışdır. Fikrimizcə, dövlət başçımızın hərb sahəsindəki qələbələrdən əvvəl diplomatiyainformasiya sahələrində möhtəşəm uğurları olmuşdur. Hamının yadındadır, dövlət başçımız xarici ölkələrdəki səfirlərimiz və diplomatik korpus təmsilçiləri ilə görüşlərdə dəfələrlə təkrar etmişdi ki, bizhücum diplomatiyası” yolunu tutmalıyıq. Diplomatlarımız bu çağırışı böyük məharətlə icra etmişdilər ki, həmin fəaliyyət də 44 günlük müharibədəki Qələbənin əsas sütunlarından biri olmuşdu.

O zaman Prezident qarşıya konkret vəzifə qoyurdu: imitasiya, ona-buna xoş gəlmək, passivlik mərhələsi artıq arxadadır. Azərbaycan siyasi-diplomatik sahədə hücumda olmalı, məsələlərin konkret və ədalətli həllinə istiqamətlənməlidir. Dövlət başçısının bu mövqeyində diqqəti çəkən məqam ondan ibarət idi ki, bu, rəsmi Bakının mövqeyi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də dönməz və prinsipial xarakter daşıyır və cəmiyyətin siyasi iradəsini əks etdirir! Bu, müstəqil bir dövlətin milli, qürurlu, qətiyyətli və ədalətli başçısının olduqca əhəmiyyətli mesajı idi.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinə gəlincə isə Prezident xatırladırdı: “O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm... Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedi­şatı onu göstərir ki, bu, çox düz­gün siyasətdir... dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuqbu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması, təbii ki, bizim üçün çox önəmlidir”.

Xarici siyasət demişkən, xatırladaq ki, Azərbaycan dövləti təcavüzkar ölkə istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında münasibətlərini dərinləşdirib. Təsadüfi deyil ki, Prezident dəfələrlə təşəbbüskarı olduğu ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının verdiyi faydalardan bəhs edib.

Təbii ki, xarici siyasətimizin prioritetləri sırasında Türk dövlətləri və İslam Əməkdaşlıq Təşkilatı üzvləri ilə əməkdaşlığın özünəməxsus yeri vardır. Azərbaycan İkinci Qara­bağ müharibəsindən xeyli əvvəl müsəlman və türk dünyasında strateji tərəfdaş kimi mövqeyini möhkəmlədib. Ekspertlərin fikrincə, bu məqamın geosiyasi qiyməti Bakının Qərb istiqamətində yeritdiyi siyasətin fonunda çox aydın görünür. Belə ki, ölkə rəhbəri vurğulayıb ki, AvropaABŞ-la da münasibətlər xarici siyasətin prioritetləri sırasın­dadır. Bununla Azərbaycan xarici siyasətdə ciddi bir üstünlük əldə et­miş olur. Azərbaycan Qərb ölkələri və müsəlman dövlətləri ilə olan yüksək əlaqələri əsasında sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun təşkili istiqamətində ciddi işlər görə bilir.

Dövlət başçımızın böyük uğurlara imza atdığı sahələrdən biriinformasiya müharibələridir. Prezi­dent İlham Əliyev hələ Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olarkən informasiya sahəsində işğalçı dövlətə sarsıdıcı zərbələr vurulmasına nail olmuşdu. O, xalqın böyük əksəriyyətinin səsverməsi ilə dövlət başçısı seçiləndən sonra isə BMT Baş Assambleyası başda olmaqla bütün beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə nail olmuşdur.

Fikrimizcə, dövlət başçımızın sonralar Davos İqtisadi Forumunun, Münxen Təhlükəsizlik Konfransının, “ValdayDiskussiya Klubunun tribunalarından çıxışları Ermənistan rəhbərliyinin yadından heç zaman çıxmayacaq. Çünki həmin tədbirlərə İrəvan rəsmiləri təkcə sarsıdıcı zərbə almamışdılar, həm də yalan, uydurma, mif yaydıqları sübuta yetirildiyinə görə rüsvay olmuşdular. Ancaq yenə də utanmırdılar. Çünki utanmaq hissi şərəfli, vicdanlı insan­lara xasdır.

Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə də Ermənistana qarşı sarsıdıcı informasiya müharibəsini davam etdirirdi. Ali Baş Komandan İlham Əliyev müharibə dövründə xarici KİV-ə verdiyi müsahibələrində Azərbaycanın illərdir bu münaqişənin sülh yolu ilə həllini tapması üçün konstruktiv diplomatik fəaliyyət göstərdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Lakin qarşı tərəfin bu sülhpərvər ya­naşmaya adekvat cavab vermədiyini xüsusi vurğulamışdır. Ermənistan illərdən bəri cəbhəyanı ərazilərdə Azərbaycana qarşı təxribatlar törətməklə bu problemin daha da dərinləşməsinə səbəb olmuşdur.

Bəzi konkret məqamlara diqqət yönəldək. Prezident 2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 Dəqiqə” proqra­mında sualları cavablandırarkən demişdi: “Ermənistanda baş verən son hakimiyyət çevrilişindən sonra proseslər illərdən bəri heç bir müsbət nəticəsi olmayan danı­şıqlar prosesinin tükəndiyini daha çılpaq şəkildə ortaya çıxardı. Yeni hakimiyyət müxtəlif bəyanat və çıxışlarla destruktivlik nümayiş etdirərək münaqişənin daha da alovlanmasına, müharibə fazasına keçməsinə səbəb olmuşdur. Son illər, xüsusən Paşinyan iqtidarı dövründə qarşı tərəf müharibəyə təhriketmə fəaliyyətinə keçmişdir”.

Yaxud, Ali Baş Komandan 2020-ci il oktyabrın 7-də “CNN-TÜRK” televiziyasına müsahibəsində belə demişdir: “Son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir”.

Dövlət başçımız həmin il sentyabrın 24-də BMT Baş As­sambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı Azərbaycan torpaq­larının Ermənistan tərəfindən işğal edilməsini, xalqımıza qarşı etnik təmizləmənin vandalcasına həyata keçirilməsini, ermənilər tərəfindən beynəlxalq konvensiyalara zidd ola­raq qanunsuz məskunlaşdırılmanı, qarşı tərəfin cəbhəyanı və xüsusən intensiv olaraq təmas xəttindən kənar ərazilərdə təxribatçı hərəkətlərə yol verdiyini, Ermənistanın açıqca Azərbaycanı müharibəyə təhriketmə hərəkətlərini, terror qruplarının işğal altında olan ərazilərdə yerləşdirilməsi məsələsini, münaqişəyə üçüncü tərəf ölkələrini cəlb etmək cəhdlərini və Ermənistan tərəfinin militarist davranışları ilə regionda yenidən müharibəyə hazırlıqlarının həyata keçirdiyini dilə gətirmişdir.

Başqa bir fakta fikir verək. Prezident İlham Əliyev İtaliyanın “La Republikaqəzetinə verdiyi müsahibədə xalqımızın milli şərəf ləyaqətə sahib olduğu­nu, qəhrəmanlıq ruhunun heç zaman sönmədiyni ifadə etmişdir. Ermənilərin dəfələrlə azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri xaos təşviş xarakterli əməllərinə xalqımız əzm dəyanət nümunəsi göstərdiyini vurğulamışdır. Ölkə rəhbəri italyan qəzetinə müsahibədə bunu belə ifadə etmişdir: “Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos təşviş yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”.

Yaxud, noyabrın 5-də İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibə verən Prezident İlham Əliyev erməni barbarlığını faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun hara­dan buraxıldığını onun hədəfinin olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcıSmerçraketləri ilə iki dəfə zərbə endirdilər yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media QHT-lər tərəfindən təsdiq olunmuşdur”.

Ekspertlər yazırlar ki, 44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “HABER Türk televiziyasına verdiyi müsahibəsindəki bir ifadəsi ilə sonlandı: “Onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar”.

Yəni, Prezident İlham Əliyev siyasi fəaliyyəti dövründə bütün sahələrdə möhtəşəm uğurlara imza atmışdır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2022.- 30 avqust.- S. 1; 2.