Türkdilli ölkələrin inteqrasiyası regional güc mərkəzini formalaşdırır

 

Türkdilli dövlətlər arasında əməkdaşlıq həmişə diqqət mərkəzində olub. Türk dövlətləri ənənəvi olaraq siyasiiqtisadi tərəfdaşlardır, beynəlxalq səviyyədə bir-birini dəstəkləyir, əlaqələri möhkəmləndirirlər. Son illərdə isə türkdilli ölkələr arasında tərəfdaşlıq daha da intensivləşib və keçirilən çoxsaylı görüşlər, sammitlər də belə deməyə əsas verir ki, türkdilli ölkələrin birləşdiyi təşkilatın geosiyasi çəkisi getdikcə artır və dünyanın digər güc mərkəzləri bö­yük insan potensialına, iqtisadi resurslarainkişaf etmiş infrastruktura malik yeni regional güc mərkəzi ilə hesablaş­mağa məcbur olacaqlar.

Bu gün türkdilli dövlətlər getdikcə daha çox birgə təşəbbüslər, ortaq layihələr həyata keçirirlər. Məsələn, 2014-cü ildə beynəlxalq status almış Türk Akademiyası uğurla fəaliyyət göstərir. Akademiya bu gün türk dünyasının tarixi ilə bağlı elmi araşdırmaları əlaqələndirir və təbliğ edir, ümumi türk dünyası ilə bağlı araşdırmalarla məşğuldur. Bundan başqa, türkdilli ölkələrin xəbər agentlikləri arasında əməkdaşlıq getdikcə genişlənir. 2015-ci ildə ilk Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı qərar qəbul olunub. Bundan əlavə, tərəflərin təhsil nazirlikləri tarix, coğrafiya və ədəbiyyat üzrə türkcə ümumi dərsliklərin hazırlanmasını fəal şəkildə müzakirə edirlər.

Ortaq köklərin dirçəldilməsi istiqamətində daha bir addım hazırda Azərbaycanda Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasıdır. Xatırladaq ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında fondun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar 2010-cu il sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə toplantısında dəstəklənmişdi. Fondun nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğızıstanın Bişkek şəhərində keçirilən Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdi. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

Təbii ki, türkdilli dövlətlər arasında əməkdaşlıq təkcə mədəniyyət və təhsil sahələri ilə məhdudlaşmır. Türkdilli ölkələrin strateji mövqeyi onların ərazisində Çini Avropa ilə birləşdirəcək Böyük İpək Yolunun dirçəldilməsi üçün bütün ilkin şərtləri yaradır. Uzun müddətdir türkdilli ölkələrin tranzit potensialının inkişafına yönəlmiş addımlar atılır. Belə ki, Bakı–Tbilisi–Qars dəmir yolu fəaliyyət göstərir. Uzunluğu 8445 kilometr olan “Qərbi Avropa–Qərbi Çinavtomobil yolunun tikintisi uğurla davam etdirilir. Qeyd etmək yerinə düşər ki, bu strateji magistral dəhliz AvropaAsiya arasında iqtisadi və mədəni əlaqələri gücləndirmək üçün nəzərdə tutulmuş transmilli infrastruktur layihəsidir. Eyni zamanda, Xəzər dənizində müasir nəqliyyat infrastrukturu yaradılır. Bundan başqa, Xəzəryanı dövlətlər, eləcə də türkdilli ölkələr arasında nəqliyyat sahəsində ikitərəfli və çoxtərəfli sazişlər Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı zəmin yaradır.

Bu gün faktdır ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə etmək üçün səylər göstərir. “Şimal–Cənub” nəqliyyat marşrutu Xəzəryanı, o cümlədən, türkdilli dövlətlərin nəqliyyat potensialından maksimum istifadə etməyə imkan verir və nəqliyyat infrastrukturunun inkişafı üzrə yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. Xüsusilə də türkdilli ölkələr arasında əməkdaşlığın mühüm istiqamətləri nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və multimodal daşımalardır.

Türkdilli dövlətlərin hər birinin coğrafi mövqeyi, malik olduğu təbii resurslar inteqrasiya proseslərində mühüm rol oynayır, türkdilli ölkələrin birləşdiyi təsisatların çəkisini artırır. Məsələn, Avrasiya materikinin mərkəzində yerləşən Qazaxıstan müasir nəqliyyat infrastrukturunun, xüsusən də beynəlxalq əhəmiyyətli avtomobil yollarının formalaşdırılması və inkişafını ardıcıl şəkildə həyata keçirir. Qazaxıstanda Avrasiyanın əksər dövlətlərinə, ən böyük nəqliyyat qovşaqlarına və terminallarına çıxışı olan AvropaAsiya regional yol sistemlərinə fəal inteqrasiya prosesi gedir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz “Qərbi Avropa – Qərbi Çintranskontinental avtomobil dəhlizinin işə düşməsi qardaş ölkənin tranzit ölkə kimi statusunu gücləndirir.

Mərkəzi Asiyanın digər mühüm ölkəsi Özbəkistanın da türkdilli ölkələrlə əməkdaşlığı intensivləşib. Son illərdə Özbəkistanda milli iqtisadiyyatın liberallaşdırılması və modernləşdirilməsi, onun davamlı inkişafının təmin edilməsi və dünya iqtisadi əlaqələrinə ardıcıl inteqrasiyası istiqamətində sistemli islahatlar aparılıb. İstehsal olunan məhsulların rəqabət qabiliyyətinin və ölkənin ixrac potensialının artırılması bu sahədə ən mühüm prioritetlər kimi müəyyən edilib. Buna görə də, Özbəkistan da iqtisadiyyatın modernləşdirilməsi, ixracın hərtərəfli dəstəklənməsi və stimullaşdırılması, onun həcminin davamlı artımının təmin edilməsi üçün səmərəli tranzit dəhlizlərinin formalaşdırılmasının zəruriliyini bildirirbu istiqamətdə türkdilli ölkələrin sıx əməkdaşlıq etmələrinin vacibliyini vurğulayır. “Boston Consulting Group” beynəlxalq şirkətinin ekspertlərinin fikrincə, Özbəkistan Mərkəzi Asiyada strateji mövqe tuturinkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Mütəxəssislərin fikrincə, yaxın on ildə Özbəkistanın investisiya potensialı 65 milyard dollar təşkil edəcək ki, bunun da 20 milyard dolları qeyri-emal sektorunun payına düşəcək. Buna görə də, Özbəkistanın nəqliyyat-logistika potensialının artırılması məqsədilə bu sahənin institusional əsası və normativ-hüquqi bazası möhkəmləndirilir.

Bununla yanaşı, Mərkəzi Asiyada “Şimal–Cənub” və “Qərb–Şərq” marşrutları üzrə nəqliyyat dəhlizlərini birləşdirə bilən nəqliyyat infrastrukturunun inkişafı Özbəkistan üçünxüsusi əhəmiyyət daşıyır. Qeyd etmək yerinə düşər ki, Özbəkistan yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qonşu ölkələrlə razılıq əldə etmək üçün əməli tədbirlər görüb. Xüsusilə son illərdə Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla avtomobil, hava və dəmir yolu əlaqələri fəal şəkildə inkişaf edir. Asiyadan Avropaya ən qısa quru yolu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpası da rəsmi Daşkəndi maraqlandırır. Bu marşrutlar ölkələr arasında vahid nəqliyyat şəbəkəsi yaradacağı, həm Çin, həm də Avropa İttifaqı ilə ticarət imkanlarını genişləndirəcəyi vurğulanır.

Ümumiyyətlə, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bu reallığı sənaye, turizm, nəqliyyat və logistika, miqrasiya, hərbi və hərbi-texniki sahələrdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş sənədlər də təsdiqləyir. İkitərəfli münasibətlərin gələcək inkişafı üçün əsas vektoru müəyyən edən əlamətdar və tarixi hadisə strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında qəbul edilmiş Bəyannamə oldu. Sənəd iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlığın, sənaye əməkdaşlığının genişləndirilməsini, nəqliyyat-tranzit potensialından səmərəli istifadəni nəzərdə tutan 40-a yaxın qarşılıqlı fəaliyyəti əhatə edir. Azərbaycan kimi, Özbəkistan da Mərkəzi Asiya və Qafqazın tranzit potensialını artıracaq transregional nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdır.

Onu da qeyd etmək lazımdır ki, Özbəkistan türkdilli dövlətlərlə əməkdaşlığı özünün xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri hesab edir və çoxtərəfli münasibətlərə yeni impuls verməkdə maraqlıdır. Rəsmi Daşkənd hesab edir ki, Bakı–Tbilisi–Qars dəmir yolunun tranzit imkanlarından istifadə Mərkəzi Asiya ölkələrinə nəqliyyat istiqamətlərini şaxələndirməyə imkan verəcək. Bu layihə Türkiyə və Avropadan Orta Asiya ölkələrinə və Çinə müntəzəm yük daşımalarının qurulmasında əsas rol oynayır. Nəqliyyat-kommunikasiya sistemlərinin reallaşdırılması Mərkəzi Asiyada ümumi nəqliyyat məkanının formalaşmasına böyük töhfə verəcək. Eyni zamanda, Mərkəzi Asiyada nəqliyyat-tranzit sisteminin inkişafı region dövlətlərinin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini artırmaqla yanaşı, türkdilli ölkələr arasında iqtisadi inteqrasiya prosesinə də müsbət təsir göstərəcəyi gözlənilir.

Əlbəttə, nəqliyyat infrastrukturunun inkişafı türkdilli dövlətlərə qarşılıqlı iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə və regionda rolunu artırmağa imkan verəcək. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Qazaxıstan və Türkmənistan üçüntranzit ölkəyə çevrilibonun ərazisindən enerji daşıyıcılarının və digər yüklərin tranziti həyata keçirilir. Mərkəzi Asiya üzərindən Azərbaycana, buradan Türkiyəyə və Avropaya uzanan Orta Dəhlizdə Ankara yeni regional gücə çevrilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə münbit şərait yaradır. Mütəxəssislərin sözlərinə görə, 44 günlük müharibədə Qələbənin iqtisadi əhəmiyyəti ondan ibarət oldu ki, Zəngəzur dəhlizinin açılması ilə ilk dəfə türkdilli ölkələr üçün birbaşa nəqliyyat zənciri formalaşmışdı. Siyasi şərhçilərin fikrincə, Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə təkcə özü üçün deyil, türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün də önəmli reallıq yaratdı.

Xatırladaq ki, türkdilli dövlətlərin 2021-ci ildə videoformatda keçirilən qeyri-formal zirvə görüşündə daha sıx əməkdaşlıq etmək, bu ölkələrin mədəniyyət, siyasiiqtisadi sahələrində birgə fəaliyyətin gücləndirilməsinə dair önəmli qərarlar qəbul olunub. Bu isə o deməkdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası sadəcə, dil birliyi olduğu üçün deyil, həm də böyük iqtisadisiyasi hədəflərə çatmaq üçün təsis edilən önəmli bir güc mərkəzidir. Statistika da belə düşünməyə imkan verir. Belə ki, Mərkəzi Asiyanın böyük tranzit potensialı Çindən Avropaya Orta Asiya vasitəsilə yükdaşımaların daha da artırılmasına imkan verir. Bu gün AvropaÇin istiqamətində 61, Çindən Avropaya isə 84 dəmir yolu marşrutu fəaliyyət göstərir. Tranzit konteynerlərin 85 faizindən çoxu qardaş Qazaxıstan ərazisindən keçir.

Bir sözlə, türkdilli ölkələr arasında münasibətlərdə xüsusi dinamiklik müşahidə edilir. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi mühüm istiqamət təşkil edir. Bu kontekstdə türkdilli ölkələr arasında münasibətlərin inkişafı strateji xarakter alır. Türk Şurası ölkələrinin əhalisinin sayı 160 milyon nəfərə yaxınlaşır və dünyanın digər güc mərkəzləri böyük insan potensialına, iqtisadi resurslarainkişaf etmiş infrastuktura malik yeni regional güc mərkəzi ilə hesablaşmağa məcbur olurlar.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2022.- 30 avqust.- S.3.