Azərbaycan lideri türkdilli dövlətlər və xalqlar arasında böyük nüfuza malikdir

 

Prezident İlham Əliyev türkdilli dövlətlərlə dostluq və qardaşlıq əlaqələrinin qurulmasına, bu dövlətlərlə siyasi, iqtisadi müstəvidə sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Dövlət başçımız Türk Dövlətləri Təşkilatının yaradılmasında və bu qurumun beynəlxalq aləmdə nüfuzunun artırılmasında böyük işlər görüb və görməkdədir.

Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli formatda da iqtisadisiyasi əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində bir çox dövlətlərarası sənədlər imzalamışdır. Ötən günlərdə möhtərəm Prezidentimiz Özbəkistan Respublikasında səfərdə oldu. Orada qardaş dövlət başçısı kimi qarşılandı, bir sıra dövlətlərarası sənədlər imzalandı. Bir neçə gün əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri və Prezident İlham Əliyevin Qazaxıstanın ən ali mükafatı “Altın kran” –“Qızıl Qartalordeni ilə təltif edilməsi də xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Cənab İlham Əliyev türkdilli dövlətlər və xalqlar arasında böyük hörmət və nüfuza malikdir.

Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olan vaxt – 2000-ci il aprelin 7-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. H.Əliyev və N.Nazarbayev arasında 7 aprel 2000-ci ildə 14 bənddən ibarət imzalanmış Birgə Bəyanatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.

Azərbaycan ilə Qazaxıstan iştirak etdikləri bütün nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir. Qazaxıstan Prezidenti Tokayevin Azərbaycana rəsmi səfərində də hər iki ölkənin siyasiiqtisadi maraqlarını əhatə edən 20-dən çox dövlət və hökumətlərarası sənədlər imzalandı. İmzalanmış sənədlər arasında ən önəmlisi “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji əməkdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə” oldu. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat yolu vasitəsiylə birləşdirilməsinin vacibliyiqeyd edilib. Bu da yaradılacaq Orta Dəhlizin tərkib hissəsi olacaq.

Bu gün Azərbaycan və Qazaxıstan parlamentləri də sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı bütün addımları dəstəkləyir. Siyasiiqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də Azərbaycan və Qazaxıstan sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda Qazaxıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Qazaxıstan dövləti hədiyyə olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi inşa edəcək. Sumqayıt şəhərinin mərkəzi küçələrindən birinə Qazax xalqının böyük oğlu Əhməd Buytursunovun adının verilməsi, Azərbaycanın Şuşa şəhəri ilə Qazaxıstanın Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokolun imzalanması iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafından xəbər verir.

 

Kamilə ƏLİYEVA,

 

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

 

Xalq qəzeti.- 2022.- 30 avqust.- S.3.