Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərpasında israrlıdır

 

 Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdirbizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır... Düşünürəm ki, nisbətən qısa za­manda xoş məram və çox praqmatik yanaş­ma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu ba­xımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha evsahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik.

 

Şarl MİŞEL

 

Avropa İttifaqı Şurasının prezidenti

 

 

 Bəli, bu, indi hamının etiraf etdiyi həqiqətdir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhə nail olmaq üçün, sözün həqiqi mənasında, bütün imkanlarından istifadə etməyə çalışır. Bu qurumun rəhbəri Şarl Mişelin ötən ilin iyulunda regiona səfəri, dekabrın 14-də Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşünün təşkil edilməsi, sonra Bakı və İrəvanla tez-tez te­lefon danışıqları aparılması, bu ilin aprelmay aylarında liderlərin yenidən bir araya gətirilməsi hamı tərəfindən maraqla izlənilib.

Brüsselin bu məqsədinin təməlində nələrin dayandığını isə hərə bir cür izah etməyə çalışır. Məsələn, cənab Mişelin ötən ilin iyulunda Bakıda olarkən nəinki status, milli müqəddərat, hətta Dağlıq Qarabağ ifadəsini belə, işlətməməsi İrəvanda böyük narazılıqla qarşılanmış, iqtidarlı, müxalifətli bütün ekspertlər Aİ-nin ünvanına ittihamlar yağdırmağa başlamışdılar ki, Brüssel erməni xalqının maraqlarını Bakıdan alınan neftqaza qurban verir.

Erməni analitik və ekspertlərdən fərqli olaraq, bizim avropa­lı həmkarlarımız isə yazırlar ki, Cənubi Qafqazda münaqişənin davam etməsi həm region ölkələri, həm də, bütövlükdə, Avropa üçün qəbuledilməzdir: “Avropanın maraqları olan bölgədə hansısa münaqişənin davam etməsinə yol vermək olmaz”. Yəni ay erməni, sən o müqəddərat və status məsələsini unut getsin.

Avropa İttifaqının Cənubi Qafqazda sülhün bərpasına çalışmasının səbəblərini cənab Mişel ötən ilin yayında Bakıda olarkən, Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanatda açıq şəkildə dilə gətirmişdi: “Siz bunu xüsusilə qeyd etdinizbiz həmin mövzuya qayı­dırıq. Bu, müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyidir. Enerji sek­torunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz. İnfrastrukturun əhəmiyyəti var. Bu, xüsusən də daşı­malara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə et­dik. Bu halda, həmçinin Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusunda­dır. Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik... Hesab edirik sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var”.

 

 

Yeri gəlmişkən, bu ilin mayında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pa­şinyan ilə keçirilmiş görüşün yekun­larına dair mətbuata açıqlamasında maraqlı məqamlar var idi: “Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən, minaların təmizlənməsi və saxlanılan­ların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldubiz itkin düşmüş insanların taleyinə də toxunduq”.

“Aşağıdakı nəticələrə nail olduq”, – deyən Şarl Mişel əlavə edirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhədə yaxın günlərdə baş tutacaq. Həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Bundan başqa, liderlər həmin görüşdə kommunikasiyalarla bağlı, nəqliyyat əlaqələrinin açıl­ması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlmişdilər: Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”.

Cənab Mişel əlavə edirdi ki, sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan ara­sında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, məhz Şarl Mişelin təşəbbüsü ilə regionda sosial-iqtisa­di inkişafa start verəcək bir addım atılmışdır. Belə ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalı­şan İqtisadi Məşvərət qrupunun işini inkişaf etdirmək öhdəliyi götürürdü. Şarl Mişel deyirdi: “Mən həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğu­ladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır”.

Bütün bunlar yaxşıdır. An­caq, çox təəssüf ki, Ermənistan rəhbərliyi son otuz ildə olduğu kimi, 44 günlük müharibədən sonra da bütün təşəbbüslərə “bəli!”– deyir və ertəsi günü tamamilə fərqli fikirlər səsləndirir. İrəvan rəhbərləri unudur­lar ki, həmin otuz ildə Azərbaycanın maraqlarını qulaqardına vurduqlarına görə ömrü boyu unuda bilməyəcəkləri cəzanı alıblar. Görək, indi 27 dövlətin birləşdiyi Avropa İttifaqının maraqlarının təmin edilməsinə mane olandan sonra hansı cəzanı alacaqlar.

Hər halda, may ayında cənab Mişel demişdi ki, biz sıx təmasda qalmağa razılaşdıq və iyulav­qust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Yəni indi görüş ərəfəsindəyik.

Biz – sadə azərbaycanlılar Avropa İttifaqına da, onun Cənubi Qafqazdakl əsas tərəfdaşlarından olan Azərbaycana da bu ərəfədə keçirilən görüşdə uğurlar arzulayır, Ermənistana isə demək istəyirik ki, artıq gecdir, sizin vaxt uzatmaq ssenariniz daha heç zaman baş tutmayacaq. Ya razılaşın, ya da... elə razılaşın.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2022.- 31 avqust.- S.1; 2.