Böyük Qələbənin reallıqları təkzibolunmazdır

 

Artıq tarixə dönmüş 44 günlük möhtəşəm “Zəfər yürüşü” sayəsində Qarabağ düşmən işğalından azad edilib və Azərbaycan dünyada qa­lib dövlət kimi tanınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli addımları sayəsində Azərbaycanın dün­ya müstəvisində mövqeləri daha da möhkəmlənib. Böyük Qələbədən doğan reallıqlar göstərir ki, Cənubi Qafqazda söz və əməl sahibi məhz bizik.

Bu günlərdə məlum 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına uyğun olaraq, Azərbaycanın Laçında rekord müddətə saldığı alternativ yol ha­zır olduğu üçün əvvəlki yolun rayon mərkəzindən, eləcə də ZabuxSus kəndlərindən keçən hissələri boşaldıldı. Artıq Laçın şəhərində də bizim üçrəngli dövlət bayrağımız ucaldıldı. Boş vədlərlə aldadılaraq burada yerləşdirilmiş livanlı və suriyalı gəlmələr barxanalarını yı­ğışdırıb getdilər. Azərbaycanın dönməz qətiyyəti ilə torpaqlarımiz erməni silahlı qüvvələrinin tör-töküntülərindən də təmizlənir. İndi Laçındakı zirvələrin qaşından Xankəndi, Xocalı, Xocavənd, Ağdərə daha aydın görünür.

Avqustun 3-də erməni hərbi təxribatına cavab olaraq həyata keçiril­mişQisas” əməliyyatı ağızları isti yerdə olan erməniləri əməlli-başlı silkələdi. Hərbçilərimiz Qırxqız və Sarıbaba yüksəkliklərini, bir sıra digər əhəmiyyətli hakim nöqtələri nəzarətə götürdülər. Erməni quldur dəstələri Azərbaycan əsgərindən imdad diləyə-diləyə oralar­dan rədd oldular. Prezident İlham Əliyev dedi ki, əgər qalan silahlı tör-töküntülərin ağılları başlarına gəlməsə, öz xoşlarına çıxıb getməsələr, növbəti əməliyyatlar daha sərt olacaq. Artıq bütün dünya bilir ki, biz real qüvvəyik, dediyimizi hökmən yerinə yetiririk, prinsipial və dönməz xarakterimiz var.

İstər Avropa İttifaqı (Aİ) olsun, istərsə də Rusiya Federasiyası (RF) müqayisədə məhz Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəkləyir və sülh prosesinə dəstəyi gücləndirmək məramı ifadə edirlər. Rusiyanın vasitəçiliyi ilə Moskva və Soçidə keçirilən görüşlərlə paralel olaraq, Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə eyni formatlı görüşlərin təşkili gərəkli və diqqətəlayiqdir. Aİ-nin də, RF-nin də səyləri Cənubi Qafqazda yaranmış yeni reallıqların hər kəs tərəfindən qəbuluna, nəqliyyat dəhlizlərini açmaqla, sərhədlərin delimitasiya və demarkasıyasını keçirməklə bölgədə möhkəm sülhə nail olunmasına yönəldilib.

Brüsseldə, Moskvada və Soçidə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzrə aparılan danışıqlarda qondarma DQR-in statusu məsələsindən bir kəlmə də bəhs edilməyib. Edilməyəcək də. Reallıq budur. Vaxtında sülh danışıqlarını illərcə uzadan, “ərköyün” tövrlər göstərən və bununla da Azərbaycan tərəfinin huma­nist güzəştlərini itirən qarşı tərəf, qoy, indi başına döyə-döyə qalsın. Elə bir neçə gün əvvəl üçtərəfli Bəyanat üzrə əsas vasitəçi olan Rusiyanın Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın arasında növbəti tele­fon danışığı zamanı da tərəflər Qara­bağdakı vəziyyəti müzakirə ediblər. Putin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini vurğulayıb. Qeyd edək ki, ondan bir həftə öncə də Qarabağdakı vəziyyət Ermənistanın baş nazirinin xahişi ilə Putinlə müzakirə olunmuşdu. Nə olursa-olsun, kiminlə danışılırsa-danışılsın, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir. Ayrı yol yoxdur.

Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olun­muş 60-dan çox ölkənin və 19 beynəlxalq təşkilatın diplomat və hərbi nümayəndələri ötən günlərdə Qarabağa yollanıblar. Onlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Sonra qonaqlar Əhmədbəyli – FüzuliŞuşa avtomobil yolu üzərində tikin­tisi yekunlaşmaqda olan tunellə tanış olublar. Özləri də görüblər ki, tunellər əvvəlcə qaranlıq olsa da, sonda işıqlı bir açıqlığa çıxır. Avqustun 27-də Şuşada yenidənqurma işləri, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda da qaranlıqların, dumanlı toranlıqların gün işığı qarşısında acizliyi bir daha təsbit olunub.

ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsi onların Qarabağ probleminin sülh yolu ilə həllində elə də maraqlı olmadıqlarını, Azərbaycanın ərazi bütövlüyünə lazımi hörmət etmədiklərini göstərir. Olsun ki, Şuşaya getməkdən nümayişkaranə imtinareanimasiya” vasitəsi ilə ATƏT-in Minsk qrupuna nəfəs verə bilmək üçün bir manipulya­siyadır. Onda dərhal deyək ki, bu, əbəs cəhdlərdir. Çünki Azərbaycan rəsmiləri dəfələrlə Minsk qrupunun fəaliyyətini tənqid edərək, onun fəaliyyətinin bitdiyini bildiriblər. Ölkə başçısı İlham Əliyev qru­pun fəaliyyətinin münaqişənin həllində heç bir rolu olmadığını bəyan edib. Üstüörtülü işarələrə, açıq etinasızlıqla­ra baxmayaraq, Azərbaycan yenə də özünün haqq yolu ilə inamla irəliləyəcək, məqsədlərinə çatacaq.

Tarixin arxivinə gömülmüş Minsk qrupu məsələsi artıq Böyük Qələbənin sayəsində qapadılmış mövzudur. ABŞ və Fransa tərəfindən buölü diriltmək səyləri hədərdir. ParisVa­şinqton Cənubi Qafqazdakı vəziyyətin idarəedilməsində iştiraklarını nə qədər reallaşdırmağa çalışsalar da, Emmanu­el Makronun hakimiyyəti ermənilərə nə qədər həmrəylik sərgiləsə də, Entoni Blin­ken hansısa Filip Rikeri Qafqaz danışıq­ları üzrə baş məsləhətçi vəzifəsinə təyin etsə də, bunların hamısı post-münaqişə reallığına yanlış yanaşmalardır.

Qarabağdakı 20-25 minlik etnik ermənilərə gəlincə isə əgər onlar biz tərəfə silah tuşlamayıb və atəş açma­yıblarsa (hamısı bir-bir yoxlanılacaq) və günün reallıqlarına boyun əyərək, qalan ömürlərini burada insan kimi yaşamaq istəyirlərsə, Azərbaycanın bayrağı altın­dan keçməli, Azərbaycan qanunlarına itaətdə bulunmalıdırlar. Əks halda...

Hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilir. Ən böyüyünün adı “Zəfər yoludur. Bu yolun artıq Şuşadan Laçın şəhərinə qədər uzadılacağı gözlənilir. Reallıq budur ki, yollar uca zirvələrə apa­rır, işıqlı məqsədlərə yön alıb. Prezident İlham Əliyev demişkən, heç bir maneə, heç bir müdaxilə, heç bir xahiş zəngi bizi bu yoldan döndərə bilməz.

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Zəngəzur yolu Böyük Qələbənin gündəmə gətirdiyi əsas reallıqlardan biridir. Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan bu nəqliyyat dəhlizinin açılması zərurətə çevrilib. Vətən müharibəsinin sonucu olaraq imza­lanmış üçtərəfli atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Res­publikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub. Sənəddə aydın şəkildə yazılıb: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Nax­çıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Bəyantın şərtinə əsasən, Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Təəssüf ki, Ermənistan hələ də bu müddəanın həyata keçirilməsini yubatmaqda, müxtəlif bəhanələrlə dəhlizin reallaşmasına mane olmaqdadır.

Amma Böyük Qələbənin bu gerçəkliyi də qaçılmazdır. Ötən il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd av­tomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Uzunluğu 123,8 kilometr olan bu yol Zəngəzur dəhlizi əzəl-axır Naxçıvana doğru səmt götürəcək böyük infrastruktur layihəsidir. Əhmədbəyli –FüzuliŞuşa, Şükürbəyli – Cəbrayıl – Hadrut və Xudafərin – Qubadlı – Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Yolun təməlqoyma mərasimində Türkiyə Prezident ilə Azərbaycan Avtomobil Yol­ları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun qısa dialoqunu xatırlatmaq yerinə düşər.

“Rəcəb Tayyib Ərdoğan: – Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz?

Saleh Məmmədov: – Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropa­ya qədər gedəcəyik”.

Bundan bir neçə ay sonraaprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinin tikintisinə diqqəti cəlb edib: “Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş ola­caq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respub­likası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.

Yeri gəlmişkən, Horadiz – Zəngilan – Ağbənd dəmir yolu xəttinin inşası da əhəmiyyətli hadisədir. Bu dəmir yolu­nun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji önəmi var. Naxçıvanla polad magistral yolu əlaqəsi yaranacaqbu yol Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, bu dəmir yolunun azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyəti olacaq. Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarda inşa edilən bütün yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.

Böyük Qələbənin reallıqları xoşbəxt sabahlara güclü inam yaradır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 31 avqust.- S. 4.