“Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaqların icarə haqqının
aşağı həddinin müəyyən edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 437
Bakı şəhəri,
8 dekabr 2022-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 877; 2020, ¹ 8, maddə 1098) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “paylarının” sözü “icarə haqları paylarının” sözləri ilə əvəz edilsin, “istisna olmaqla” sözlərindən əvvəl “və bu Qərarın 1-1-ci hissəsi” sözləri əlavə olunsun və həmin hissədən “icarə haqları” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.”.
2. Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.