“Şuşanın 270 anı”na səyahət

Binəqədi rayonu R.Əliyev adına 3 nörməli tam orta məktəbin IX – XI sinif şagirdləri üçün  unudulmaz bir gün yaşanılıb. Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Şuşanın 270 anı” adlı filmin təqdimatı keçirilib.

Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət qeyd edib ki, Şuşa adı gələndə həyəcanlanmayan azərbaycanlı olmaz, təqdimatı gerçəkləşən filmbu baxımdan müəllim və şagirdlər üçün yaddaqalan olacaq.

Filmin müəllifi Xəzər TV-nin aparıcısı Lalə Azərtaş deyib ki, film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin məhsuludur. O bildirib ki, Şuşanın 270 illiyinə ərməğan edilən filmin araya-ərsəyə gəlməsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub. Lalə Azərtaş filmin çəkilişi zamanı yaşadığı duyğuları məktəbin müəllimləri və şagirdlərlə bölüşüb.

Sonra  “Şuşanın 270 anı”na səyahət edilib. Ekran əsəri şagird və müəllimlərdə böyük maraq oyadıb.

Təqdimat mərasimində iştirak edən BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət filmin nümayişindən bu sənət nümunəsini yüksək dəyərləndirib.

Tədbirin davamında milli paltar geyinmiş şagirdlərin ifaları, səsləndirdikləri şeirlər mərasimə yüksək əhval qatırdı.

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti .- 2022.- 10 dekabr.- S.9.