Murovdağdan Şuşayadək...
Onlara nə qədər
diqqət göstərsək, nə qədər
qayğısını çəksək, məişət
problemlərini həll etsək, yenə də Vətən üçün etdikərinin yüzdə birini də ödəyə bilmərik. Gecə-gündüz
demədən, qar-yağış bilmədən məqsədlərinə
doğru can
atanların haqqı ödənilməz. Torpaq
uğrunda can verənlərin
xatirəsi bizə əziz olduğu kimi, qan verənlərin, əza
qurban edənlərin xidmətində durmaq da o
qədər əzizdir, məhrəmdir. Müharibədən
yalnız medallarla deyil,
qazi adı ilə qayıdanlarımız ən
böyük diqqətə, alqışa, xoş münasibətə layiqdirlər.
Onların hər birinin 44 günlük
döyüş yolu bir dastandır. Qürur
verən, fəxr edilən, gələcək nəsillərə
örnək dastan!
Qazi adını şərəflə daşıyan ağdamlı balası Sadiq Hüseynov da o 44 gündə kipriyilə od götürdü, güllə qabağında mərd durdu, sınmadı, məqsədinə doğru gah mətin addımlarla, gah sürünərək irəlilədi. Vətən müharibəsi iştirakçısı qazimiz 1989-cu ilin 30 sentyabrında Ağdamda anadan olub. 2007-ci ildən 2022-ci ilədək hərbi libasa bürünüb Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2008-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu (XTQ) kimi xidmətinə davam edib. Gizir qazimiz deyir ki, XTQ mənim üçün əlçatmaz, xəyal etdiyim qürurverici qüvvələr kimi idi və orada xidmət etməklə ən böyük arzuma çatdım. XTQ-nin kursuna seçilərək 350 nəfərlə təlimlərə başladıq. Çətin, əziyyət dolu təlimlərə sinə gərib kursu başa vuran 21 nəfərdən biri mən oldum.
“Təlimlərdə tər – döyüşdə
zəfər”– deyiblər. O psixologiya
ilə Vətənə xidmət edən Sadiq
Hüseynov 2020-ci il
sentyabrın 27-də
düşmənin təxribatına cavab olaraq Ali Baş
Komandanın verdiyi döyüş
əmrilə əks-hücum əməliyyatına qoşulub. “İlk döyüşümüzə Kəlbəcər
istiqamətində Murovdağdan
başladıq” – deyir: “Murovdağ silsiləsi bizim
üçün əhəmiyyətli
yüksəklik idi. Çünki
düşmənin əsas qüvvəsi orada
yerləşmişdi. O yüksəklik düşmənin onurğa sütunu idi. Biz həmin
onurğanı sındırdıq, ordusunu
məhv elədik və tapşırığa uyğun
olaraq digər rayonlarımızın azad olunmasına başladıq. Kəlbəcərdən
sonra birinci Füzuli rayonunda hərbi əməliyyat
keçirdik. Orada
düşmənin artileriyası, mina
atanları daha çox
idi, buna baxmayaraq, çəkinmədən düşmənin
üzərinə gedirdik. Məqsəd
torpaqları işğaldan azad etmək idi. Əsasən
də Azərbaycanın tacı olan Şuşa şəhərini. Füzulidə
də digər rayonlarda da
yaralılarımız bizimlə irəliləmək istəyirdilər.
Füzulidən sonra Xocavəndi
düşməndən təmizlədik. Xocavənddən sonra Hadrutun
azadlığı planlaşdlrıldı”.
Azad edilən rayonların adını bir-bir sayan Sadiq elə bil, səyahət etdiyi yerlərdən söz açır. Dinləyəni həyəcan bürüsə də, onun təşvişi, narahatlığı elə döyüş meydanlarında qalıb:
– Yaşayış məntəqələrindən keçəndə orada olan insanların keçdiyimiz yolların kənarına düzülüb bizi alqışlamalarını unutmuram. Əllərini göyə qaldırıb Allaha dua edənləri görəndə fikirləşirsən ki, sən tək deyilsən. Hər dəfə tapşırıqdan qayıdanda, bizə gələn məktublarla tanış olurduq. Hər məktəb pay yığıb göndərirdi. O məktubları qəhərlənmədən oxumaq mümkün deyildi. İndi də yadıma düşəndə kövrəlirəm. 8 yaşında məktəblilər elə sözlər yazırdılar ki, həyəcan bizi bürüyürdü. Həm də sevinirdik ki, xalq bizi düşmənlə üz-üzə tək qoymayıb. O məktublar bizə ruh verirdi, gücümüzə güc qatırdı.
...Şuşa istiqamətində hərəkət edəndə düşmən snayperindən açılan atəşdən yaralandım, Özümü itirmədim, çünki həkim kimi də 30-dan çox yaralıya tibbi yardım göstərib, sağ qalmalarına səbəb olmuşam. Yaralananda da özümə ilk tibbi yardım göstərdim və döyüş yoldaşlarıma dedim ki, “məni burada qoymayın, artıq Şuşadayıq... qələbəyə az qalıb”. Amma vəziyyətimin ağırlığına görə təxliyyə etdilər... Qələbə xəbərini xəstəxanada eşitdim. Sevincdən ağladım ki, tökülən qanlar hədər getmədi, qələbə qazandıq.
Sadiq Hüseynov fəxr edir ki, Vətən müharibəsinin iştirakçısı kimi ordumuzun qazandığı zəfər payında əməyi var. Sinəsini təltif edildiyi 8 medal bəzəyir. Yenə də lazım gələrsə, Azərbaycan Prezidentinin əmri ilə qanı, canı bahasına bacardığı köməyə hazır olduğunu deyir.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2022.- 10 dekabr.-
S.9.