Güneyin tükənməz şifahi söz xəzinəsi

Güney azərbaycanlılarının milli-mənəvi dəyərlər aləmində folklor son 1 əsrdə daha önəmli yer tutmuşdur. Türk düşmənçiliyini dövlət siyasəti səviyyəsinə qaldırmış Pəhləvi rejimi və sonrakı dövrdə  onun siyasətini artıqlamasıyla davam etdirən dini hakimiyyət ölkədə çoxluq təşkil edən azərbaycanlıların ana dilində yazıb-oxumaq imkanlarını boğduğundan xalqın könül dünyası şifahi söz yaradıcılığına sıxışdırılmış, soydaşlarımız bədii sözə olan ehtiyaclarını yaddaş saxlancında qorunan örnəklərlə ödəməyə məcbur olmuşlar. Necə deyərlər, şifahi yaradıcılıq milli varlığı qoruyub-yaşadan doğma bir dünya olmuşdur.

Güney folklorunun qeyrətli toplayıcısı və tədqiqatçısı Məmmədəli Qövsi Fərzanə doğma dilimizə, folklorumuza bağlılığını boya-başa çatdığı ailəsi, xüsusən mənəvi müəllimi olan anasının söylədiyi laylalar, oxşamalar, bayatılar və s. ilə əlaqələndirirdi: “Mənim ana dilimizlə və milli varlığımızla, parlaqsaf aynası olan xalq ədəbiyyatımızın geniş və rəngarəng dünyasıyla tanışlığım anamla olmuşdur. Anamın bir-birinin ardınca dünyaya göz açan körpə qardaşlarıma söylədiyi şirin laylaları və oxşamaları, yoxsulluğun dözülməzliyi və yaşayışın çətinlikləri ilə səs-səsə verən nisgilli bayatıları və gözyaşardıcı ağıları, bir çox hallarda başında, xəli toxuyanda, ya ipək əyirəndə həzin-həzin zümzümə etdiyi mahnıları, hər sözbaşı söylədiyi mənalı məsəlləri və bunların hamısından çox uzun qış gecələrində kürsü başında corab toxuya-toxuyaya naxış tikə-tikə söylədiyi füsunkar nağılları və əfsanələri bu tanışlıq və ülfətin başlanğıcı olmuşdur”.

Güney azərbaycanlıların geniş yayıldığı Təbriz, Ərdəbil, Astara, Urmiya, Marağa, Mərənd, Miyanə, Yekanat, Xoy, Maku, Zəncan, Həmədan və s. bölgələr zəngin folklor incilərinin beşiyidir. Bu bölgələrin rəngarəng şifahi söz dünyasına daxil olmaq aylarla, illərlə vaxt tələb edir. Fərzanənin əlinin çatıb, ününün yetdiyi qədər topladığı bu nümunələr arasında bayatılar çoxluq təşkil edir. Bu bayatıların əsas ruhunu güneylilərin bəlalı taleyindən doğan nisgil, ümidsizlik, uğursuzluq təşkil edir. Ürəkləri riqqətə gətirən axıcı, səmimi kəlmələrlə qəliblənmiş bu ecazkar nəğmələr söz sənətinin bütün incəliklərini özündə ehtiva edir:

Təbriz üstü Marağa,

Zülfün gəlmir darağa.

Axtarıram yarımı,

Yox taqətim fərağa.

yaxud

Gəl məni bəndə atma,

Xoydan Mərəndə atma.

Hamı üz döndəribdir,

Rəhm eylə, sən də atma.

AMEA Folklor İnstitutunun nəşr etdirdiyiGüney Azərbaycan folklor örnəkləri” çoxcildliyinin  II toplusundakı “Bayatılar”, “Aşıq rəvayətləri” və “Dastanlar” bölməsinin materiallarını Məmmədəli Fərzanə,  yerdə qalan materialları isə həyatını xalqın mənliyi uğrunda savaşa, mücadiləyə həsr etmiş cəfakeş ziyalı, alim Behruz Həqqi toplamışdır.

1942-ci ildə Təbriz şəhərində sadə bir fəhlə ailəsində doğulub mədrəsə təhsili alan, 1961-ci ildən Azərbaycan kəndlərində ─ Həşdəridə, Səhəndabadda müəllimlik edən, 1963-cü ildən Təbriz Universitetində idman müəllimi işləyən, Fədai təşkilatının üzvü, 1970-ci ildən 1978-ci ilə qədər şah rejiminin dustağı olan və sonrakı illərdə mühacirətdə yaşayan Behruz Həqqi həmin folklor materiallarını kəndlərdə müəllim işləyərkən və alpinistlik edərkən toplamışdır.

Edam cəzasına məhkum olunmuş, 8 il dözülməz məhbəs həyatı sürmüş Behruz Həqqiyə azadlıq uğrunda mücadilədə daim dayaq olan elə Təbrizin ölməz söz sənəti olmuşdur. Bir çox kitabların toplayıcı, tərtibçi, tədqiqatçı və naşiri olması B.Həqqinin zəngin folklorşünaslıq fəaliyyətindən soraq verir

B.Həqqinin böyük zəhməti hesabına əldə olunmuş ölməz el ədəbiyyatı incilərinin bir qismi toplunun  İnanclar” bölməsində yer alıb. Güneyli xalqımızın ilkin təfəkküründən süzülüb gələn maraqlı inanc sistemi bu materiallarda əksini tapıb: Bayquş divara qonsa, onun qabaqına bir dənə məcməyidə Quransuduz gətirib tutarlar ki, ta bəlkə, bayquş o evə zərər yetirməsin” və yaxudÇox yağış yağanda ərsin atarlar ki, yağış kəssin, ya miras qalmış mis qab atarlarkimi inanclar güneyli soydaşlarımızın həyat təcrübəsinin, müşahidə qabiliyyətinin izlərini yaşadır.

Güney Azərbaycan folklorunun bir geniş qolunu da nağıllar təşkil edir. Topluda bir neçə nağıla da yer ayrılmışdır. Bunlardan bəziləri bizə tanış olan nağılların güney variantı olsa da, ilk dəfə təqdim olunan nümunələr diqqəti cəlb edir. “Təndirə girən keçəl”, “Xədicə gəldi”, “Ədi, Budi nağılı s. bu günə qədər heç yerdə rast gəlmədiyimiz incilərdəndir. Bu nağıllarda da xalqın tarixi, məişəti ilə bağlı ilkin təsəvvürləri, adət-ənənələri, həyati problemləri fantastik tərzdə ifadəsini tapıb.

Şifahi söz sənətindəki atalar sözlərinin, məsəllərin, el deyimlərimizin zənginliyinin əsas qaynağı Azərbaycan türkcəsinin dünyanın ən zəngin dillərindən biri olmasıdır. Güneyli soydaşlarımızın da tarixin dərin köklərindən qaynaqlanmış fəlsəfi-təcrübi dünyagörüşləri baş verən hər hansı bir hadisəyə obrazlı münasibətləri  hikmətli kəlamların, atalar sözlərinin, məsəllərin, el deyimlərinin yaranması ilə nəticələnmişdir.

Kitabdakı paremilərin bəziləri bizə çox yaxşı tanış olan nümunələrin oxşar variantları olsa da, tamamilə yeni, orijinal nümunələr çoxluq təşkil edir: “Çörəkçidən, qəssabdan, kömürçüdən adama dost çıxmaz”, “Baqqal daşdan, siçan kişmişdən, Allah hər ikisindən kəsər”, “Atla igidin məkanı olmaz s. nümunələr güneyli soydaşlarımızın hikmətli söz xəzinəsindən bizə gəlib çatan xalq hikmətidir

İzahı olan atalar sözləribölməsində bir sıra atalar sözləri məsəllər var ki, onların əsl mahiyyətinin verilməsiNiyə atalarımız belə deyib?” yaxud “Bu atalar sözünün kökündə durur?”kimi suallara cavab tapmaqda bizə yardımçıdır. Belə atalar sözlərinin, məsəllərin özünəməxsus yaranma tarixi var. B.Həqqi uzun illər axtarış apararaq izahlı atalar sözlərini ümumiləşdiribAtalar sözlərinin kökləri” (1998) kitabında təqdim etmişdir.

Folklorun həcmcə kiçik, üstüörtülü məna daşıyan daha çox kollektiv ifa icra xüsusiyyətinə malik janrı olan tapmacalarda güneylilərin cəmiyyət, məkan haqqında fikirləri, mifik dünyagörüşü, eləcə təbiət hadisələri, heyvanlar, quşlar aləmi, maddi nemətlər, təsərrüfat alətləri s. ilə bağlı bədii düşüncəsi aydın görünür:

O nəmədi,

Hacılar Haca gedər,

Cəxt edər, gecə gedər.

Bir yumurtanın içində

Yüz əlli cucə gedər. (nar)

yaxud

Babamın bir donu var,

Qətdamax olmaz.

İçi dolu əşrəfinən

Cütdəmax olmaz. (göy, ulduz)

Xoş, ürəyəyatan janr olan lətifələr , təbii ki, güneylilərin folklorundan yan keçə bilməzdi. İlk baxışda təbəssümə səbəb olan bu lətifələrdə gülüşün arxasında gizlənən ironiya, satira elementləri güclüdür. Topluda yer alan lətifələr orijinallığı ilə seçilir.

Uşaq folkloru da Güney Azərbaycanın el yaradıcılığında xüsusi yer tutur. Otaylı ana-nənələrimizin pak istək arzularından doğan ilk məktəb rolunu daşıyan laylalar, nazlamalar, düzgülər, yanıltmaclar, eləcə nağıllar oyunlar kiçik yaşlıların inkişafında tərbiyəvi rol oynamaqla, estetik-bədii zövqün formalaşmasında da son dərəcə əhəmiyyətli rol oynamışdır. Bu baxımdan topludakı nümunələr diqqətçəkəndir.

Topluda transliterasiya olunmuş mətnlərAşıq rəvayətləriDastanlarbölməsində yer almışdır.Aşıq rəvayətləribölməsinəDollu Mustafa ilə şair Salman”, “Sabitlə Məhcuş xanım”, “Aşıq Səmədlə Gülnigar xanım”, “Aşıq Vəli ilə Sənəm xanım”, “Dollu Mustafa ilə şair Ağacan”, “Aşıq Bəhmənlə Humay xanım”, “Aşıq Ələsgərlə Zəriş xanım Aşıqla Süsənvər xanımkimi aşıq rəvayətləri daxil edilmişdir. Bu aşıq rəvayətləri aşıq şeirinin kamil poetik örnəklərindən ibarət zəngin bədii irs sayıla bilər.

Dastanlarbölməsində isə “Sara Xan Çoban”, “Qul Mahmud”, “Əli Leyli dastanı”, “Fəğfur şah ilə Pəri xanımın dastanı”, “Bəhram Gülixəndan dastanı”, “Seydi Telli Pərinin dastanıQurbanikimi 7 dastan oxucuların ixtiyarına verilmişdir.

Güney Azərbaycan folklorunun toplanması öyrənilməsi ilə bağlı işləri hələ uğurlu başlanğıc saymaq olar. Şüb-

həsiz, bundan sonra da ölkəmizdə güney folklorundan soraq verəcək neçə-neçə nəşr işıq üzü görəcək.

Sönməz ABBASLI,

filologiya üzrə fəlsəfə doktoru,  dosent

Xalq qəzeti .- 2022.-17 dekabr.- S.7.