Dövlət gənclər siyasətinin təməlində azərbaycançılıq məfkurəsi dayanır

 

Cəmiyyətin bütün sahələrində dinamik inkişaf gənclərin bilik səviyyəsindən, erudisiyasından, vətənpərvərliyindən, milli mentalitetə hansı səviyyədə bələdliyindən və sair əməllərdən asılıdır. Ona görə də dahi şəxsiyyətlər gəncləri böyük və həlledici qüvvə adlandırırlar. Bu qüvvə Azərbaycanda da bəşəri niyyətlərin gerçəkləşməsində olduqca mü­hüm faktora çevrilir. XX əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsində, vüsət almasında, dünyəvi siyasətin diqqətinin Azərbaycana yönəldilməsində gənclərin fəallığı, siyasi proseslərə bələdliyi imperiyanın dayaqlarını titrətdi, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

 

Xalqın təkidi ilə 1993-cü ilin orta­larında siyasi hakimiyyətə qayıdan Heydər Əliyev gənclər siyasətinə də xüsusi diqqət yetirdi. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Günü­nün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyev dedi: “Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri – yəni, hakimiyyətdə olanları nəzərdə tuturam – deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunma­lıdır. Ancaq ulu öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək, məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi. Gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.

 

Bu fikirlər bu günün gənclərinin dün­yagörüşünün daha da dərinləşməsində, milli mentalitetin daha əhatəli yaşadılma­sında xüsusi əhəmiyyətə malik olacaqdır. Bu kəlamlar zaman anlamında tarixin dünəninə ehtiram, bu günə və sabaha qayğının ifadəsidir.

 

Vətən müharibəsində gənclər qətiyyətlə döyüşdü, nümunə göstərdi, qarı düşməni diz çökdürdü.Yüzlərlə gənc Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Zəfər”, “Azərbaycan Bayrağı” və digər ordenlərə, müxtəlif medallara layiq görüldü.

 

Azərbaycanda Gənclər Günü həmişə böyük coşqu ilə qeyd olunur. Bu il Gənclər Gününün təsis edilməsinin 25 illiyinə həsr olunan tədbir Zəfər ovqatı ilə keçirildi. Azərbaycan Gəncləri Gü­nünün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı böyük maraqla dinlənildi. Ölkə gəncləri bu çıxışda qarşıya qoyulan vəzifələri gələcək fəaliyyətləri üçün proqram sənədi kimi qəbul etdilər.

 

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycanlı gənclər nəyə qadir olduqlarını, Vətəni dərin məhəbbətlə sevdiklərini həmişə əməli işləri ilə təsdiqləyiblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçüneyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdurbiz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

 

Dövlət başçısı əmindir ki, Azərbaycanın daha nurlu sabahlarını bu günün gəncləri yaradacaqlar. Həm də Vətənin arzuladığı, istədiyi səviyyədə yaradacaqlar. Bu günün gəncləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini Vətən müharibəsində qazanılan Zəfərin davamı hesab edirlər. Azərbaycan gəncliyi torpaqlarımızdan erməniliyin izlərini də təmizləməyə qa­dirdir. Prezident İlham Əliyev hesab edir ki, bugünkü gəncliyə olan inam, etibaretimad azərbaycançılığa əsaslanır. Yəni, dövlət gənclər siyasətinin təməlində ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi dayanır. Bu sevgi böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu baxımdan gənclər siyasətinə, həyat, ömür fəlsəfəsinə sədaqətin davamıdır...

 

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu cəmiyyətin həyatında mühüm hadisədir. Forum hər bir Azərbaycan gəncinin düşüncəsində də, fəaliyyətində də mühüm məsuliyyət yaradacaqdır. Bu məsuliyyət bilavasitə bundan sonra da azərbaycançılığa əsaslanacaqdır...

 

Səbinə XASAYEVA,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti  2022.- 5 fevral.- S.5.