Energetika sisteminin yenidən qurulması uğurla davam etdirilir

 

Azərbaycanda müstəqilliyin ilk illərində iqtisadiyyatın bütün sahələrində, o cümlədən, elektrik enerjisi sektorunda dərin böhran yaranmış sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyunun­da xalqın istəyi təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi.

 

 

Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilən uzaqgörən siyasət elektrik enerjisi sisteminə xarici investisiyaların cəlb olunmasını şərtləndirdi bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenerge­tika təsərrüfatının yenidən qurulmasında yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunmağa başlandı.

 

Qısa zaman ərzində tikintisi hələ 1984-cü ildən yarımçıq qalan Şəmkir SES-in davamı olan Yenikənd su elektrik stansiyası istifadəyə verildi. Mingəçevir SES Şimal” ES-in yenidənqurulması, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.

 

Dahi şəxsiyyətin energetika siyasəti Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilib. Təkcə ötən il ərzində regional inkişaf proqramı­na əsasən əhalinin bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatına xüsusi diqqət yetirilib, bir sıra müasir yarımstansiya­lar tikilib, bununla da bölgələrdə elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Belə ki, bu dövrdə Abşeron rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq yeni tikilən 110/35/10 kilovoltluqXırdalanyarımstansiyalarının is­tismarına başlanıb. Bununla da 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşıb. Ha­cıqabulda 110/35/10 kilovoltluqQarasu”, Abşeronda 500/330/220 kilovoltluqAbşeron”, “SumqayıtElektrik Stansiyasının yeni esta­kada nasos stansiyası, ŞamaxıdaMeysəriyarımstansiyası Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi istifadəyə verilib.

 

Ümumiyyətlə, son bir il ərzində regionlarda reallaşdırılan belə ge­nişmiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Şübhəsiz ki, ölkəmizin malik olduğu bu güc, bu davamlı inkişaf Prezident İlham Əliyevin müdrik siyasətinin, qeyri-neft sektorunun tərəqqisi, iqtisadiyyatın diversifika­siyası, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi daşıyan fərman sərəncamlarının uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.

 

Azərbaycanda energetika siste­minin yenidən qurulması bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluqYaşmaqovşaq yarımstansiya­sının açılışında iştirakı da bu­nun bariz ifadəsidir. Xatırladaq ki, həmin tədbirdəAzərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verərək dedi: “Rusiya-Azərbaycan ener­ji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansi­yası funksiyasını daşıyanYaşmayarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton metal-kons­truksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya dövlətimizin başçısının tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla apa­rıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb”.

 

YaşmaElektrik StansiyasıSumqayıt”, “Qobu”, “Xaçmazelektrik stansiyaları ilə birbaşa, “Azərbaycanİstilik Elektrik Stan­siyası CənubElektrik Stansi­yası iləAbşeronyarımstansiyası vasitəsilə əlaqələndirilib. Eyni zamanda, üzərunə çox mühüm strateji funksiya götürən bu qovşaq yarımstansiyasınınQobuEnerji Qovşağı, artıq əsası qoyulanXızı-AbşeronKülək Elektrik Stansiyası tikintisinə başlanılacaq yeniYaşmaElektrik Stansiyası­nın enerji sisteminə inteqrasiya edilməsi nəzərdə tutulub.

 

Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında mühüm önəm daşı­yan “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni av­totransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “QobuElektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

 

Prezident İlham Əliyev yarımstansiyanı işə salandan sonra isə dövlətimizin başçısına enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşe­ron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntla­yıcı reaktor quraşdırıldığı barədə məlumat verildi: “120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaqbununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq”. Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomat sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulubenerjisistem mərkəzi SCADA sisteminə inteqra­siya olunub. Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.

 

Yeri gəlmişkən, bu gün res­publikamızda bərpaolunan enerji mənbələri sahəsinə də xariciyerli investorların marağı getdikcə artır. Bu, təsadüfi deyil. Çünki respublikamız bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir.

 

Xarici şirkət nümayəndələrinin Azərbaycana gəlib sərmayə yatı­raraq, görmələrinin əsasında isə respublikamızda mövcud sabitlik, əlverişli investisiya mühiti daya­nır. Hazırda dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması şəraitində böyük nüfuza malik bir şirkətin–“ACWA Powernin Azərbaycanda fəaliyyətə başlaması-Xızı rayonun­da 240 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi qərarını verməsi də məhz qeyd edilən sabitlik və cəlbedici investisi­ya amili ilə bağlıdır.

 

Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 me­qavat gücündə külək elektrik stansi­yasının tikintisi ilə bağlı layihənin reallaşdırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulub.

 

Ümumiyyətlə, Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək, təqribən, 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutu­lub. Bu vəzifənin məhz, özəl inves­tisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.

 

Prezident İlham Əliyev ötən il mayın 3-də “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dolları­nın manat ekvivalenti məbləğində vəsait ayrılıb.

 

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünya­nın ən qabaqcıl texnologiyaları al­ternativ enerjidən istifadənin stimul­laşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən bölgələrin bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azal­dılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas stra­teji istiqaməti kimi göstərilib.

 

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında da düşməndən təmizlənən ərazilərimizdə “yaşıl enerji” zonası yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Ölkə rəhbəri bunun üçün böyük imkan­ların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcud­luğunu vurğulayıb. Azərbaycan Pre­zidenti, həmçinin xarici tərəfdaşları, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratmağın önəmi barədə fikirlərini bildirib.

 

Ölkə rəhbəri bu sahənin sürətli inkişafı məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edil­miş ərazilərində “Yaşıl enerji” zona­sının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixli sərəncam imzalayıb. Xatırladaq ki, ötən müddətdə həmin sərəncamın icrası ilə bağlı genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2022.- 10 fevral.- S.1;3.