Avropa İttifaqı Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır

 

Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan üçün xarici siyasət istiqamətlərinin ən önəmli qollarından biriAvropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olmuşdur. Qeyd edək ki, 1996-cı ildə tərəflər arasında imzalanan “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş ikitərəfli və çoxperspektivli münasibətlərin formalaşması, yeni mərhələyə qədəm qoyması baxımından olduqca mühüm rol oynamışdır. Daha sonra Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəliyi yaradıldı. Bu, onu göstərir ki, ötən əsrin sonlarından etibarən Cənubi Qafqaz regionu Avropa İttifaqının maraq dairəsinə çevrilirdi. Əlbəttə, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən xaricidaxili siyasəti nəticəsində davamlı surətdə inkişaf edən Azərbaycan bu marağın əsas səbəblərindən biri idi. Cənubi Qafqaz regionu üzrə yeni qonşuluq proqramının yaradılması da bu fikri qüvvətləndirən amillərdəndir.

 

Həmin dövrdən etibarən sürətli inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan çox keçmədən Cənubi Qafqazın lider dövlətinə çevril­di. Respublikamızın bu inkişafı qonşu dövlətlərin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nəzərindən yayınmadı. Belə ki, Aİ Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Təbii ki, ölkəmizin qazandığı nüfuz təsadüfi deyil. Hazırda təkcə Cənubi Qafqaz bölgəsinin deyil, həm də Orta Asiyanın iqtisadi inki­şafı Azərbaycanın adı ilə bağlıdır.

 

Bu mənada, həyata keçirilən ən böyük təşəbbüslərdən biriAvropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsüdür. Bu təşəbbüs 2009-cu ildə keçirilən Praqa seminarında irəli sürülmüşdür. İttifaqın qonşuluq siyasətinin təşəbbüsü ilə həyata keçirilən bu proqram Cənubi Qafqaz dövlətləri ilə yanaşı, Aİ-yə üzv olmayan digər ölkələrin ittifaqla əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın inkişafı üçün nəzərdə tutulmuşdur. Bu proqrama Azərbaycanla yanaşı, 5 postsovet ölkəsi daxildir.

 

Şərq Tərəfdaşlığı proqra­mı istər Azərbaycan, istərsə də digər dövlətlər üçün Qərbi Avropa ilə münasibətlərin in­kişafında yeni imkanlar yara­dır. Bu proqram çərçivəsində azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, eləcə də Aİ-nin maliyələşdirdiyi “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, əmək bazasına giriş, İttifaqın qanunvericiliyinə uyğun­laşmas. layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Şərq Tərəfdaşlığı proqramına daxil olan ən böyük layihələrdən birienerji təhlükəsizliyi layihəsidir. Qeyd edək ki, enerji təhlüksizliyi layihəsi çərçivəsində keçirilən iclaslarda Azərbaycan ən fəal iştirakçılardan biridir.

 

Azərbaycan – Aİ münasibətlərinin inkişafında 2004-cü ilin böyük rolu var. Belə ki, həmin Aİ Azərbaycan Aİ-nin Qonşu­luq Siyasəti proqramına daxil edilmişdir. Bu, həm Aİ, həm də Azərbaycan üçün münasibətlərin yeni mərhələsi demək idi.

 

Həmin proqrama daxil olduqdan sonra respublikamızda demokratiya, qanunun aliliyi və əsas azadlıqlar kimi Aİ-nin əsas prioritet sahələrində inkişafa səbəb olmuşdur. Bütün bunlarla yanaşı, Aİ Qonşuluq Siyasəti proqramı ilə bu layihəyə daxil olan ölkələrə enerjinin liberallaşdırılması, xüsusilə sektorun Aİ standartla­rına çatdırılması üçün maliyyə yardımı göstərir. Yazının əvvəlində qeyd edildiyi kimi, respublika­mızın Aİ ilə olan münasibətləri Şərq Tərəfdaşlığı proqramı ilə yeni mərhələyə qədəm qoyub. Bu təklif, 2008-ci ildə Polşaİsveçin təşəbbüsü ilə ortaya atılıb. Proqram ölkəmiz və digər dövlətlər üçün yeni siyasiiqtisadi inteqra­siya imkanları yaradıb.

 

Bu məqamda vurğulanmalı olan ən önəmli nüanslardan biri də Şərq Tərəfdaşlığı proqramı Aİ-nın artıq tarixə qovuşan Dağlıq Qara­bağ münaqişəsində Azərbaycanı dəstəkləməsində mühüm rol oyna­masıdır. Qeyd edək ki, Avropa re­gionunun Azərbaycan, o cümlədən Xəzər neftinə ehtiyac duyması ölkəmizi daha böyük regional qüvvə kimi ön plana çıxarır. Aİ-nin dəstəyi ilə Azərbaycan öz xam­malını Avropa bazarına etibarlı və təhlükəsiz şəkildə çıxarmaq imkanı əldə edir. Sadalanan bütün bu fak­torları diqqətə alaraq, Azərbaycan – Aİ münasibətlərinin qarşılıqlı maraq və asılılıq şəraitində inkişaf etdiyini söyləmək mümkündür.

 

Bəhs edilən proqramın real­laşmasından 2 il sonra – 2006-cı ildə Aİ ilə ölkəmiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi, sabitlik və təhlükəsizliyin, eləcə də rifahın dəstəklənməsi baxımından “Avro­pa İttifaqı – Azərbaycan Fəaliyyət Planı” adlı sənəd imzalanmışdır. Fəaliyyət planında 10 prioritet istiqamət müəyyən edilmişdir: 1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, 2)Demokratiyanın gücləndirilməsi, 3)Qanunun aliliyinin, insan hüquq­larının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi, 4)Sahibkarlıqinvestisiya mühi­tinin yaxşılaşdırılması, 5)Gömrük xidməti işinin yaxşılaşdırılması,6) Tarazlı və davamlı iqtisadi inkişa­fa dəstək, 7)İqtisadi qanunvericiliyininzibati praktikanın yaxınlaşdırılması, 8)Aİ – Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, 9)Məhkəmə, azad­lıq və təhlükəsizlik sahələrində, o cümlədən, sərhəd işində əməkdaşlığın dərinləşdirilməsi, 10)Regional əməkdaşlığın gücləndirilməsi.

 

Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan qarşılıqlı əlaqələr geniş fonda Cənubi Qafqazın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

 

Ələlxüsus, 44 günlük Vətən müharibəsindən sonra Aİ-nın Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana olan marağı daha da artmışdır. Hətta, deyə bilərik ki, postmüharibə dövründə regionda gedən proseslər Aİ – Azərbaycan münasibətlərinin daha yüksək mərhələyə keçidini təmin etdi.

 

Daha sonra 2011-ci ilin yan­varında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu Prezident İlham Əliyevlə birlikdə Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Bakıda imzalanan bu müqaviləyə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizi, Mərkəzi AsiyaOrta Şərq qaz resurslarının Av­ropa bazarına gətirilməsi plan­laşdırılırdı. Qeyd edək ki, Xəzər dənizi hövzəsindən, xüsusən də Şahdəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi TransAnadoluTransAdriatik boru xəttinin inşasını əhatə edir. Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq sa­zişi ilə tənzimlənmişdir. Təsadüfi deyil ki, Aİ ticarət tərəfdaşlarımız arasında birinci sıradadır. Aİ Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşın­qayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neftqaz məhsulları olmuşdur.

 

Azərbaycanın Aİ ölkələri ara­sında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30,5 faiz), Almaniya (768,70 milyon ABŞ dolla-rı, 16,25 faiz) və Böyük Britaniyadır (449,71 milyon ABŞ dolları, 9,5 faiz).

 

Xatırladaq ki, ötən ilin sonlarında Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfər edib. Həmin səfər başa çatdıqdan sonra komissar görüşlərin yekunu barəsində Aİ-nin rəsmi saytına müsahibə verib. Varhelyi bildirib ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında ən ön sıralardadır. O qeyd edib ki, Azərbaycan iqti­sadiyyatı pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, çox cüzi təsirlərə məruz qalıb. Müsahibədə vurğulanıb ki, Azərbaycan təkcə regionda deyil, eləcə də bütün dün­yada pandemiyadan ən az zərər çəkən ölkələrdən biridir. Komissar daha sonra Azərbaycanın inkişaf perspektivlərindən bəhs edib. Bil­dirib ki, Azərbaycanın çiçəklənməsi regionun çiçəklənməsi deməkdir. Aydın olub ki, Aİ Azərbaycanın regionun inkişafına, infrastruk­turun genişlənməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhvələri yüksək qiymətləndirir.

 

Qeyd etdiyimiz kimi, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycana maraq daha art­mışdır. Azərbaycan Aİ üçün ən böyük ticarət tərəfdaşlarından biridir. Belə olan halda, II Qarabağ müharibəsindən sonra yaranan yeni imkanlar iqtisadisiya­si əlaqələrin gücləndirilməsinə müsbət töhfələr verəcək.

 

Əgər Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi Qafqaz üçün yeni əməkdaşlıq imkanlarının yaranmasında maraqlı olduğunu nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə ittifaqla ölkəmiz arasında əlaqələr daha da möhkəmlənəcək.

 

Avropa İttifaqı Azərbaycanla ikitərəfli əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir. Belə ki, yeni sahələr üzrə əməkdaşlıq layihələri hazırlanır və yaxın gələcəkdə həmin proqramlar müzakirə edilməyə başlanacaq. Bu güniqtisadiyyat, enerji, investisiyalar, infrastruktur və qarşılıqlı əməkdaşlıq kimi mühüm məsələlər üzrə Azərbaycanla birlikdə işləməyə hazırdır. Qeyd edək ki, bütün bunlar ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişa­fını da sürətləndirəcək.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti  2022.- 10 fevral.- S.3.