Azərbaycana yaxın və dost Moldova
Biz Moldova ilə sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Əslində, Moldova ilə əməkdaşlığımızın
zəngin tarixi var. Ancaq ölkələrimizin müstəqillik əldə
etməsindən sonrakı proseslərə nəzər salsaq, görərik ki,
ötən il dekabrın 21-də rəsmi
Kişinyovun Azərbaycanın dövlət
müstəqilliyini tanımasının 30 ili
tamam olmuşdur. Bu il mayın 18-də isə diplomatik münasibətlərimizin 30 ili
tamam olacaq.
Xüsusilə vurğulanmalı
məqamlardan biri odur ki, Moldova daim Azərbaycanın ərazi bütövlüyünü
tanımış, bizim
haqq işimizi dəstəkləmiş və
keçmiş Dağlıq
Qarabağ münaqişəsinin
dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə evsahibliyi
etmişdir. Məsələn, ulu öndər
Heydər Əliyev Ermənistan Prezidenti Robert
Köçəryanla 6 oktyabr
2002-ci ildə, Prezident
İlham Əliyev isə Serj Sarkisyanla
8-9 oktyabr 2009-cu ildə
Kişinyovda görüşmüşlər.
Ancaq xüsusilə yada salınmalı daha bir məqam
var. Belə ki, Prezident İlham Əliyevin ötən il dekabrın 15-də Brüsseldə Moldova Respublikasının
Prezidenti xanım Maya Sandu ilə görüşü əməkdaşlığımızın
yeni müstəvidə,
həm də daha səmərəli şəkildə davam etməsinə zəmin yaratmışdır. Həmin görüşdə
“Ümid edirəm ki, ölkələrimiz arasında münasibətlər
müsbət məcrada
inkişaf etməyə
davam edəcək.
Bu baxımdan, şəxsi
təmaslar çox vacib rol oynayır”
– deyən Azərbaycan
Prezidenti əlavə
etmişdi ki, ölkələrimiz arasında
münasibətlərin müsbət
məcrada inkişaf etməsi üçün
şəxsi təmaslar
çox vacib rol oynayır: “ Hesab edirəm
ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu
malları müəyyən
edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz
ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə
əməkdaşlıq və
yeni bazarlara çıxış bizim
üçün böyük
əhəmiyyət kəsb
edir. Buna görə düşünürəm
ki, bu məsələ
ilə bağlı ümumi zəmini tapacağıq”.
Prezident Maya Sandu
ölkəsinin qaz böhranı keçirdiyi
müddətdə onlara
dəstək olduğumuza
görə Azərbaycan
rəhbərliyinə minnətdarlığını
bildirərək demişdi
ki, biz enerji sektorunda əməkdaşlığımızı
müzakirə etmək
istəyirik: “Əlbəttə
ki, biz biznes baxımından əməkdaşlığımızın
dərinləşdirilməsi, ticarət mübadiləsi
sahəsində əməkdaşlıq
üçün imkanları
araşdırmaqda həmişə
maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında
çox maraqlıyıq.
Biz insanlarımız üçün
daha çox iş yerləri
yaratmaq istəyirik. Biz xarici investorların
cəlb edilməsində
və istənilən
digər ölkələr
kimi yeni bazarların tədqiqində
maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə
biznesmenlərimizə bir-biri
ilə ünsiyyət
yaratmağa kömək
imkanını görürəm
ki, hər iki ölkənin vətəndaşlarına kömək
edə bilək”.
Dövlət başçılarının
həmin görüşündən
heç iki ay keçməmiş Moldova Respublikası
Baş nazirinin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku
rəsmi səfərlə
Bakıya gəldi və bir neçə
mühüm görüşdə
kifayət qədər
geniş gündəliyi
əhatə edən müzakirələr aparıldı.
Azərbaycan Prezidenti İlham
Əliyev fevralın
10-da cənab Popeskunu qəbul edərkən də Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi
görüşü xatırladı
və ölkələrimiz
arasında əməkdaşlığın
hərtərəfli inkişafı
üçün böyük
potensialın olduğunu
vurğuladı.
Dost ölkənin
rəsmisi dövlətlərimiz
arasında diplomatik münasibətlərin olduğu
30 ilə yaxın müddətdə həmrəylik
prinsipindən çıxış
edərək, Azərbaycan
və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini diqqətə
çatdırıb. Niku Popesku
iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı,
enerji sahələrində
və digər sferalarda əməkdaşlıq
üçün geniş
imkanların olduğunu
bildirib, bu sahələrdə konkret layihələrin həyata
keçirilməsinin vacibliyini
vurğulayıb.
Bir gün əvvəl – fevralın 9-da isə Azərbaycan Respublikasının
Xarici İşlər
naziri Ceyhun Bayramov Niku Popesku ilə görüşüb. Ceyhun Bayramov moldovalı
həmkarına bölgədə
mövcud münaqişə
sonrası vəziyyət,
üçtərəfli bəyanatların
icrası və bu xüsusda, Azərbaycan tərəfindən
atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən bərpa
və yenidənqurma işləri ilə bağlı məlumat verib.
Rəsmi məlumatda bildirilir ki, tərəflər iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə
ikitərəfli əlaqələrin
inkişafı üçün
mövcud potensialdan istifadə olunmasını
müzakirə ediblər. Həmçinin görüşdə iqtisadi
münasibətlərə xüsusi
diqqətin ayrılmasının
önəmli olduğu
qeyd edilib və Azərbaycan Respublikası ilə
Moldova Respublikası arasında
iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
fəaliyyətinin əhəmiyyət
kəsb etdiyi vurğulanıb. Eləcə
də, iki ölkə arasında çoxtərəfli platformalarda
(BMT, ATƏT, Avropa Şurası,
QDİƏT, GUAM və “Şərq
Tərəfdaşlığı” təşəbbüsü) həyata
keçirilən uğurlu
əməkdaşlıq və
beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstəyin
davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Niku Popesku mətbuat konfransında xatırladıb ki, Moldovada Azərbaycanın
130 şirkəti fəaliyyət
göstərir: “Biz bu
sayın artmasında maraqlıyıq”. O, bildirib
ki, azərbaycanlı həmkarı ilə görüşdə, həmçinin
iki ölkə arasında kənd təsərrüfatı və
digər sahələrdə
biznes əlaqələrinin
genişləndrilməsindən, mobil operatorlar üçün rouminq xərclərinin aradan qaldırılmasından danışılıb.
Nazir xüsusilə vurğulayıb
ki, “Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız
var. Pandemiya dövründə
Azərbaycan bizə kömək etdi, dəstək göstərdi.
Biz bunu yüksək
qiymətləndiririk və
buna görə təşəkkür edirik”.
Fikrimizcə, bu məqamda bəzi faktları xatırlatmaq üçün
Azərbaycan– Moldova əməkdaşlığının
tarixçəsinə nəzər
salsaq, yerinə düşər. Məsələn,
Azərbaycan Respublikasının
Moldova Respublikasındakı səfirliyi 2005-ci il oktyabrın 5-də
açılmışdır. Moldova Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyi
isə həmin il noyabrın
1-də fəaliyyətə başlamışdır. Ölkələrimiz arasında əlaqələr
müxtəlif sahələr
üzrə inkişaf
edir, yüksək səviyyəli və digər səfərlər
qarşılıqlı formada
həyata keçirilir.
Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq
inkişaf edir.
BMT, AŞ, ATƏT, QDİƏT, GUAM və
digər beynəlxalq və regional təşkilatlar,
eləcə də MDB
çərçivəsində Azərbaycan və Moldovanın mövqeləri
yaxındır, ölkələr
həmin təşkilatlarda
mütəmadi məsləhətləşmələr
aparır və ənənəvi olaraq, bir-birinə qarşılıqlı
dəstək verirlər.
2017-ci il
iyunun 21-də Moldova Respublikasının
Prezidenti cənab İqor Dodon Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Sonrakı il
martın 15-də isə
cənab Dodon VI Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəlmişdir.
Cənab
Dodon 2019-cu ilin martında keçirilən
VII Qlobal Bakı Forumunda da iştirak
etmişdir. İndiyədək iki ölkə arasında 59 sənəd imzalanmışdır. Azərbaycandan Moldovaya plastik məmulatlar, meyvə şirələri, boyaq maddələri və sair məhsullar ixrac olunur. Moldovadan Azərbaycana isə dərman preparatları, şüşə qablar,
nasoslar, kağız məmulatları, mal əti
və digər məhsullar gətirilir.
Azərbaycan və Moldova Avropa İttifaqının MDB ölkələri
ilə münasibətlərinin
yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüs
olan “Şərq tərəfdaşlığı”çərçivəsində
uğurlu əməkdaşlıq
edirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
.- 2022.- 12 fevral.- S.4.