Regionların tərəqqisi inkişaf strategiyasının əsas məqsədlərindən biridir

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) təsdiq edildiyi vaxtdan ötən 18 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm uğurlar əldə olunub, iqtisadiyyatın bütün sahələrində dinamik artım qeydə alınıb. Təkcə birinci proqramın əhatə etdiyi 5 ildə 27,5 mindən çox yeni müəssisə açılıb, 547,5 min daimi yeni yeri yaradılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz yüksəlib, əhalinin gəlirləri 4 dəfə çoxalıb.

 

İlk regional proqramı əhatə edən 2004-2008-ci illərdə Azərbaycanın yüksəlişi istiqamətində mühüm addımlar atılıb. Bu dövrdə həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sekto­runun davamlı inkişafına, yeni müəssisələrin və yerlərinin yaradılmasına, regionlarda kom­munal xidmət və sosial infrast­ruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Reallaşdırılan genişmiqyaslı layihələr sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisa­diyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına önəmli təsir göstərib.

 

O illər ərzində respublikada nəhəng layihələrin icrası başa çatdırılıb. Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, “Şahdəniz” qazını da­şıyan Bakı–Tbilisi–Ərzurum xətti istifadəyə verilib. Bunlarla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişinə başlanılıb. Beləliklə, regionlarımızın inkişafı ilə bərabər, Azərbaycan, həm də regionun güc mərkəzinə çevrilməyə başlayıb.

 

Birinci regional proqramın icrası dövründə ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilib, qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılıb. Bu müddət ərzində 8 ra­yona qaz verilib, 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respubli­kası qazla təmin olunub.

 

Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanı­lıb. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlanılıb. Meliorasiya tədbirlərinə diqqət artırılıb, suvarılan torpaqla­rın sahəsi genişləndirilib. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

 

Birinci regional proqramın uğurlu icrası sosial sahənin də inkişafına mühüm təsir göstərib. Bu istiqamətdə infrastrukturun yara­dılması diqqətdə saxlanılıb. Beş il ərzində minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya 4 dəfə artı­rılıb. Eyni zamanda, 1600 məktəb tikilib, yüzlərlə tibb ocağı istifadəyə verilib. Onlardan 8-ni yüksək standartlara cavab verən müalicə-diaqnostika mərkəzi təşkil edib. Həmin dövrdə, eləcə də 10-dan çox olimpiya idman kompleksi və digər qurğular istifadəyə verilib.

 

Birinci regional dövlət proqra­mından sonra təsdiqlənən digər proqramların da icrası uğurla həyata keçirilib. Bununla da ökədə iqtisadiyyatın diversifikasi­yasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya­sına, infrastrukturkommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olunub. Respublikada qeyri-neft sek­torunun davamlı inkişafı, yeni müəssisələrin və yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə edilib.

 

Keçən il ərzində regionlarda yüzlərlə müasir müəssisə, yeni istehsal sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin– “Azərsulfat” MMC-nin sulfat turşu­su istehsalı, “GlassicaQSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “AzerfloatQSC-nin termoforma­siya metodu ilə vərəqə şüşə isteh­salı müəssisəsinin açılışı reallaşıb. Sumqayıt Kimya Sənaye Parkının 17-ci rezidenti olanAzmonbatMMC-nin istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparı­lacaq müəssisəsə istifadəyə verilib

 

Bütün bunlarla bərabər, Hacıqabul Sənaye Məhəlləsinin açılışı gerçəkləşib, məhəllənin rezidenti olan “Azərmaş” zavodu, tikinti materialları üçün avadan­lıqların, yüngül taraplastik su qablarının istehsalı müəssisələri işə salınıb. Hacıqabulda “Azərsun Şamaxı Aqropark” və “Agro DairyMMC-nin aqroparkı istifadəyə verilib. Naxçıvanda “Azərxalça” ASC-nin muxtar respublika filialı fəaliyyətə başlayıb. Şamaxıda Üzüm Tingçilik Mərkəzinın açılışı mərasimi keçirilib. Qubada qab­laşdırma vasitələrinin istehsalı müəssisəsi işə salınıb.

 

Yuxarıda sadalananlarla bərabər, 2021-ci ildə Abşeron Ra­yon Mərkəzi Xəstəxanasının yeni binası, DOST Mərkəzi, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Naxçıvan Qar­nizonu Mərkəzi Hospitalı, Naftalan Mərkəzi Sanatoriyası, Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası, Bərdə Peşə Liseyi, Goranboy Olimpiya İdman Kompleksi, Sumqayıt Məhkəmə Kompleksi, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi, Şama­xıda Yaradıcılıq Mərkəzi, Şamaxı şəhər stadionu, Şamaxıdakı Pirsa­at Baba ziyarətgah-məscid komp­leksi, rayondakı akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binası, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi və digər öbyektlərin açılışı mərasimləri keçirilib.

 

Regionların iqtisadi inkişafını, eləcə də sosial şəraitin yaxşılaş­masını şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun qurulmasıdır. Bu, müvafiq dövlət proqramlarında da daim diqqətdə saxlanılır. Ümumiyyətlə, son illərdə yol infrastrukturunun inki­şafı istiqamətində məqsədyönlü genişmiqyaslı layihələr icra edilir.

 

Yeri gəlmişkən, son 18 ildə respublikamızda kənd yolları­nın inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə yolların tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdam mühüm önəm daşıyan bu layihələrin icrası nəticəsində on minlərlə yeni yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahatoperativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Eh­tiyat Fondundan da əlavə vəsait ayrılıb.

 

Həyata keçirilən bütün bu tədbirlər respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial inf­rastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırıl­masına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırıl­masına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə tədbirlər hesabat dövründə həm işğaldan azad edilən ərazilərdə, həm də digər regionlarda həyata keçirilib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir ildə Qa­rabağın və Şərqi Zəngəzurun bərpasına göstərilən diqqət Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gətirməklə yanaşı, bu bölgələrin tərəqqisi üçün yeni imkanlar açıb, yeni vəzifələr müəyyənləşdirib. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmizlə işğalçıdan xilas olunan ərazilərimizdə qısa zaman­da genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilib. Məsələn, 2021-ci ildə Böyük qayıdışa ciddi hazırlıq işləri görülüb. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi sürətlə həyata keçirilib. Təməli dövlətimizin başçısı tərəfindən qo­yulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materialla­rından yararlanmaqla tam izolya­siya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binası­nın, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilib.

 

Keçən il Füzuli Beynəlxalq Hava Limanı, Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada bir çox tarixi-mədəni abidələr bərpa edilib, şəhərdə yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli qoyulub. Bütün bunlarla bərabər, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.

 

Ötən il ərzində regionlarda reallaşdırılan belə genişmiqyaslı layihələrin şərtləndirdiyi davamlı inkişaf Prezident İlham Əliyevin qeyri-neft sektorunun tərəqqisi, iqtisadiyyatın diversifikasiyası, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi da­şıyan fərman və sərəncamlarının, tapşırıq və tövsiyələrinin uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.

 

V.BAYRAMOV

 

Xalq qəzeti  2022.- 12 fevral.- S.4.