Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli
80 nömrəli və “Sudan istifadə
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyul tarixli
262 nömrəli qərarlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 44 Bakı şəhəri,
16 fevral 2022-ci il
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 288-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ñi il 21 may tarixli 1343 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 452; 2012, ¹ 2, maddə 184; 2013, ¹ 6, maddə 744; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 4, maddə 834; 2017, ¹ 6, maddə 1228, ¹ 10, maddə 1876; 2018, ¹ 6, maddə 1379, ¹ 8, maddə 1817, ¹ 11, maddə 2461) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na aşağıdakı məzmunda 2.11-1-ci və 2.11-2-ci bəndlər əlavə edilsin:
“2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahib-karlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 950; 2017, ¹ 7, maddə 1480; 2018, ¹ 9, maddə 1939; 2020, ¹ 2, maddə 186, ¹ 6, maddə 815) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
“2.2. STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”;
2.2. aşağıdakı məzmunda 6.18-ci bənd əlavə edilsin:
“6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-2022.-19
fevral.-S.4.