Hüquqi şəxslərin dövlət reyestri­nin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin apa­rılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 45         Bakı şəhəri, 16 fevral 2022-ci il

 

 

 

Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanunu­nun tətbiqi və “Dini etiqad azadlığı haqqın­da” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1363 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

 

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663; 2019, № 4, maddə 764, № 6, maddə 1161, № 12, maddə 2078) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Həmin Qərarla təsdiq edilmişHüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

 

1.1. aşağıdakı məzmunda 2.3.3-2-ci yarımbənd əlavə edilsin:

 

“2.3.3-2. ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Azərbaycan Respublika­sının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər);”;

 

1.2. 3.2.3-1-ci yarımbəndə “məlumatlar” sözündən sonra “, ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Azərbaycan Respublika­sının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər)” sözləri əlavə edilsin;

 

1.3. 4.10-cu bəndin Ə) yarımbəndində “və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində” sözləri “, xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində və dini qurumlarda” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “məlumatlar” sözündən sonra “(dini qurum­lar üçün həmçinin sənədlər)” sözləri əlavə edilsin.

 

2. Həmin Qərarla təsdiq edilmişQeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın II hissəsinin 3-cü sütununun Ə) yarımbəndinə “qeyri-hökumət təşkilatlarında” sözlərindən sonra “və dini qurumlarda” sözləri, “məlumatlar” sözündən sonra “(dini qurumlar üçün həmçinin sənədlər)” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.-2022.-19 fevral.-S.4.