Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 noyabr tarixli 511 nömrəli
Qərarı ilə təsdiq edilmiş
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
strukturu”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 46 Bakı şəhəri, 18 fevral 2022-ci il
“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1831 nömrəli Sərəncamının 2-1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 noyabr tarixli 511 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2173) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda 2.2.52-ci yarımbənd əlavə edilsin:
“2.2.52. Şuşa
İstilik Sistemləri
İstismar Sahəsi.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-2022.-19
fevral.-S.4.