Xocalı nisgilimizə məlhəm olan
müdrik siyasət
...Bütövlükdə Azərbaycan xalqına
qarşı yönəldilmiş Xocalı soyqırımı
öz ağlasığmaz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu
soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir...
Heydər ƏLIYEV
Azərbaycan xalqının ümummilli lideri
...Xocalı soyqırımını həyata keçirənlər
gec-tez ədalət məhkəməsi qarşısında
cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin
qanı yerdə qalmayacaqdır...
İlham ƏLIYEV
Azərbaycan
Respublikasının Prezidenti
XX əsrin faciəsi
Tarix boyu Azərbaycan xalqının
başına gətirilən müsibətlər
sırasında Xocalı soyqırımı daha faciəliliyi
və xüsusi amansızlıqla törədilməsi ilə
seçilir. Bu dəhşətli qətliamdan 30 il keçir.
Nə qədər zaman keçsə də xalqımıza
qarşı törədilən bu vəhşiliyi millətimiz
unutmayacaqdır. Xocalı soyqırımı–ermənilərin
xalqımıza qarşı təcavüzü, insanltörədilən
əsrin cinayəti bəşəriyyət tarixinə daxil
olmuş və əbədi qalacaqdır.
Ümummilli lider Heydər Əliyev
xalqın israrlı tələbi ilə növbəti dəfə
hakimiyyətə gəldikdən sonra onun təşəbbüsü
əsasında Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən Xocalı soyqırımına siyasi və
hüquqi qiymət verilmişdir. Ulu öndərin t“Xocalı
soyqırımı günü haqqında” Qərar qəbul edən
Milli Məclis, BMT-yə, dünya dövlətlərinə bu
qətliamın gerçək mahiyyətini
açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni
terrorizminə qarşı təsirli tədbirlər görməyə
çağırmışdır.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri
beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına
pozaraq keçmiş sovet ordusunun Xilə Xocalı şəhərinə
hücum etmiş və dinc əhaliyə misli görünməmiş
qəddarlıqla divan tutmuşdur. Ermənistanın uzun illərdən
bAplanlaşdırılmış etnik təmizləmə və
təcavüz siyasətinin tərkib hissəsi olan Xocalı qətliamı
olmaqla, 613 şəxs məhz azərbaycanlı qətlə
yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər
isə əsir və girov götürülərək işgəncələrə
məruz qalmış, onlardan 150 nəfərin, o cümlədən,
68 qadın və 26 uşağın faciədə 8 ailə
tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən
birini, 25 uşaq isə hər iki valideynini itirmişdir.
O gecə, həlak olanlar hər
birimiz üçün doğma və əzizdir, onlar milli
qürurumuzun qorunması naminə, ölkəmizin ərazi
bütövlüyü yolunda qurban gediblər,
xalqımızın milli azadlıq uğrunda
apardığı mübarizədə şəhid olublar.
Onların faciəli surətdə həlak olmaları Azərbaycan
xalqının qürurunun, əzmkarlığının, qəhrəmanlığının,
mətanətinin, qorxmazlığının və cəsarətinin
təzahürüdür.
Vurğulanmalıdır ki, Ermənistanın
azərbaycanlılara qarşı törətdiyi Xocalı
soyqırımı, eləcə də Bağanıs
Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları
və digər insanlığa sığmayan vəhşiliklər
ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizə qədəri işğal
edilmiş, 20 min vətəndaşımız qətlə
yetirilmiş, 50 min nəfərdən artıq insan
yaralanmış və əlil olmuşdur. Sadalanan ağır
nəticələrlə bərabər, ölkəmiz həm də
böyük humanitar fəlakətlə üz-üzə
qalmışdır.
Xocalıya ədalət, Heydər
Əliyev fondunun müstəsna xidmətləri
Qeyd etmək zəruridir ki, Azərbaycan
Respublikasının Prezidenti, müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən uğurlu daxili və
xarici siyasət sayəsində, Azərbaycan xalqına
qarşı törədilən deportasiyalar,
soyqırımları, terrorlar və insanlığa
sığmayan vəhşiliklərlə törədilmiş
digər cinayətlər, o cümlədən, Xocalı qətliamı
barədə tarixi reallıqların dünya ictimaiyyətinə
çatdırılması, onlara beynəlxalq səviyyədə
obyektiv və ədalətli, yəni həqiqətə və
milli maraqlarımıza uyğun münasibət bildirilməsinə
müvəffəq olunması ilə əlaqədar dövlətimiz
tərəfindən ölkədə və respublikamızdan kənarda
görülən nəhəng işlər, həyata
keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində,
artıq demək olar ki, bütün dünya Xocalı
soyqırımı barədə kifayət qədər məlumatlıdır,
eyni zamanda bir sıra ölkələr tərəfindən bu
soyqırım rəsmən tanınmış və faciəyə
beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı
soyqırımı qurbanlarının xatirəsini yad etməklə
bərabər, həm də erməni faşistləri tərəfindən
insanlığa qarşı törədilmiş bu vəhşi
qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmaq məqsədi daşıyan, möhtərəm
Prezident cənab İlham Əliyevin rəhbərliyi və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə
də ailə üzvlərinin iştirakı ilə “Ana
harayı” abidəsinə doğru keçirilən
izdihamlı yürüşlər xüsusi
vurğulanmalıdır. Həmin yürüşlər
xalqımızın dəhşətli faciəni heç vaxt
unutmayacağını bir daha göstərir.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr
müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın bu istiqamətdə müstəsna
xidmətləri, onun təşəbbüsü və rəhbərliyi
ilə görülən böyük işlər, xüsusən
də Heydər Əliyev Fondunun zəngin fəaliyyəti
mühüm əhəmiyyət kəsb etməkdədir.
Xocalı həqiqətlərinin
bütün dünyaya çatdırılmasında, tarixi
faktların beynəlxalq aləmdə yayılmasında,
soyqırıma obyektiv qiymət verilməsində Heydər
Əliyev Fondunun həyata keçirdiyi sistemli və
davamlı tədbirlər, o cümlədən, müxtəlif
illərdə Xocalı soyqırımının
ildönümləri ilə bağlı Türkiyə, Rusiya,
ABŞ, Almaniya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt
və bir sıra digər ölkələrdə təşkil
olunmuş genişmiqyaslı mərasimlər əhəmiyyətli
rol oynamışdır. “Qarabağ həqiqətləri” silsiləsi,
“Sonsuz dəhliz” sənədli filmi və digər filimlər,
eləcə də bu mövzuda hazırlanmış
videoçarxlar, işğal olunan ərazilərdə mədəni-tarixi
abidələrin dağıdılması ilə bağlı
ingilis dilində və digər əcnəbi dillərdə nəşr
olunaraq, xaricdə yayılan kitablar, bukletlər və sair məqsədə
çatmağa öz mühüm töhfələrini
vermişdir. Heydər Əliyev Fondu tərəfindən 2007-ci
il fevralın 26-da Brüsseldə açılmış “Təcavüzün
qurbanları” adlı foto və uşaq rəsm sərgisi və
həmin ili fevralın 19-26-da “Xocalı həftəsi” tədbirlər
proqramı çərçivəsində İstanbulda və
Türkiyənin 25 vilayətində anım mərasimlərinin
keçirilməsi Xocalı qətliamı barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində görülən böyük işlər
kimi vurğulanmalıdır. Fond tərəfindən təşkil
edimiş, 2008-ci il fevralın 14-də Berlində “Xocalı
soyqırımı və 1915-ci il hadisələrindəki
gerçəklər” mövzusunda keçirilən elmi konfrans
da bu baxımdan mühüm əhəmiyyət kəsb
etmişdir. Xüsusi vurğulanmalıdır ki, 2012-ci ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə və onun
hazırlatdırdığı maarifləndirmə
materialları əsasında dünyanın 100-dən çox
şəhərində Xocalı faciəsinin 20-ci
ildönümü ilə əlaqədar müxtəlif tədbirlər
təşkil olunmuşdur. Heydər Əliyev Fondunun gərgin
fəaliyyəti, əvəzsiz xidmətlərinin sayəsində
dünya ictimaiyyəti Xocalıda ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri qanlı cinayət və
vandalizm aktları barədə geniş məlumatlar əldə
etmişdir.
Bu haqda danışarkən, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
2008-ci ildən başlayaraq həyata keçirdiyi “Xocalıya
Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma
kampaniyasını, eləcə də Xocalı
Soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması ilə
bağlı səmərəli fəaliyyətini xüsusi qeyd
etmək lazımdır. Bu kampaniya çərçivəsində
soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş
cəmiyyəti institutları, gənclər təşkilatları
və diaspor qurumları hakimiyyət strukturları ilə
birlikdə hərtərəfli fəaliyyət göstərirlər.
Mütəmadi olaraq, xüsusən də soyqırımın
ildönümü ərəfəsində Respublikamızda və
digər ölkələrdə bununla əlaqədar müxtəlif
tədbirlər keçirilir, ermənilərin vəhşiliklərini
əks etdirən fotoşəkillər, filmlər, materiallar
kütləvi şəkildə nümayiş etdirilir. Eyni
zamanda xarici dövlətlərin kütləvi informasiya vasitələrində
faciəyə həsr olunmuş məqalələr çap
olunur, televiziya və radio verilişlərinin
hazırlanması təmin edilir. Bununla da, saxtakarlıq üzərində
qurulmuş erməni təbliğat maşınının
yalanları ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini,
bu faciənin təkcə xalqımıza qarşı deyil,
bütövlükdə insanlığa, bəşəriyyətə
qarşı yönələn ən ağır cinayətlərdən
biri olduğunu qəbul edir və əcnəbilərdə də
bu dəhşətli soyqırımı törədən
millətin bütün dünya üçün təhlükəli
olması barədə fikir formalaşır.
Bütün bunların nəticəsidir
ki, artıq əksər dövlətlər, onların vətəndaşları
və bir çox beynəlxalq təşkilatlar soyqırım
barədə ətraflı məlumatlara malikdirlər və
Xocalı faciəsinin soyqırımı olması faktı
dünyanın bir sıra ölkələri və nüfuzlu təşkilatları
tərəfindən rəsmən tanınmışdır.
Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan,
Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində
Xocalıda törədilmiş kütləvi qətllərin
soyqırımı aktı olduğu təsdiq edilmiş,
Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya,
Şotlandiya və Paraqvay parlamentləri, eləcə də
ABŞ-ın 25-dən artıq ştatının
(Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas,
Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut,
Florida, İndiana, Yuta, Nebraska, Havay, Montana, Aydaho, Arizona və
sair) icra və qanunvericilik orqanları tərəfindən
Xocalı faciəsi qətliam kimi qiymətləndirilərək
qətiyyətlə pislənilmişdir. Bundan başqa,
İslam Əməkdaşlıq Təşkilatı bu dəhşətli
faciəni soyqırım kimi tanımış, həmçinin,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
tərəfindən qəbul edilmiş 22 aprel 2010-cu il tarixli
qərarda Xocalının azərbaycanlılardan ibarət
mülki əhalisinin qətlə yetirilməsinin “müharibə
cinayətləri və ya insanlığa qarşı cinayətlər
kimi qiymətləndirilə bilən xüsusilə
ağır əməllər” olduğu müəyyənləşdirilmişdir.
Bütün şəhidlərin, o
cümlədən, Xocalı qurbanlarının ruhu
şaddır
Sevindirici və qürurvericidir ki,
müdrik lider və qətiyyətli sərkərdə,
qürurlu və əzmkar xalq, mübariz və rəşadətli
silahlı qüvvələr sayəsində düşmənin
layiqli cavabı verilməklə bütün şəhidlərimizin,
o cümlədən, Xocalı soyqırımı
qurbanlarının qisası alınmış və
onların qanı yerdə qalmamışdır. Belə ki,
2020-ci ildə Azərbaycan nəinki müasir
dövrünün, ümumilikdə, öz şərəfli
tarixinin ən böyük uğurlarından birini
qazanmışdır. Möhtərəm Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə damlası
düşmənin bütövlükdə vücudundan dəyərli
olan qanları ilə şanlı tarix yazan qəhrəman hərbçilərimiz
parlaq qələbəmizi təmin etmiş, nəticədə
hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə
işğal altında olan dədə-baba torpaqlarımız
azad olunmuşdur. Bu qələbə möhtərəm
Prezidentimizin dövranın gərdişini dəyişməyə
qadir liderlik məharətini, xalqımızın nə qədər
böyük xalq olduğunu və silahlı qüvvələrimizin
qüdrətini bütün dünyaya əyani şəkildə
sübut etdi. 27 sentyabr 2020-ci il tarixdə səhər
saatlarında Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı təxribat törədərək cəbhəboyu
zonada yerləşən Azərbaycan ordusunun mövqelərini
və yaşayış məntəqələrini
iriçaplı silahlar, minaatanlar və müxtəlif
çaplı artilleriya qurğularından intensiv atəşə
tutması ordumuzu mənfur düşmənin layiqli
cavabını verməyə sövq etdiyindən Azərbaycan
Silahlı Qüvvələri əks-hücum əməliyyatları
həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi
başladı. Ermənistanın növbəti təxribatlarının
qarşısını almaq və düşməni sülhə
sövq etmək məqsədi ilə gedən 44 günlük
müharibədə müdrik və qətiyyətli Ali Baş
Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan
Silahlı Qüvvələrinin hərbçiləri xarüqələr
yaratdı. Elə ilk günlərdən düşmənə
sarsıdıcı zərbələr vuran qəhrəman
övladların qısa zamanda ardıcıl zəfərlər
qazanmaqla kəndlərimizi, qəsəbələrimizi,
yaşayış məntəqələrimizi, eləcə də
şəhərlərimizi, o cümlədən, 4 oktyabrda Cəbrayıl,
17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı
və nəhayət 8 noyabrda Şuşa şəhərini
işğaldan azad etməsi Ermənistanı sülhə
vadar etdi və bu biçarə düşmənin
kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və
1 dekabrda Laçın işğaldan azad olundu. Bununla da, haqq
mübarizəsi hərbi-siyasi qələbəmizlə
başa çatdı və ədalət bərpa olundu.
Möhtərəm Prezident cənab İlham Əliyev
demişdir: “...44 gün davam edən İkinci Qarabağ
müharibəsində Ermənistan ordusunu darmadağın edərək,
öz tarixi torpaqlarımızı
işğalçılardan azad edərək, o cümlədən,
Xocalı qurbanlarının da qanını aldıq...”.
Hərbi Prokurorluğun bu istiqamətdə
fəaliyyəti
Azərbaycan Respublikasınının
Hərbi Prokurorluğunda da sözügedən məsələ
ilə bağlı kifayət qədər işlər
görülmüşdür. Hərbi prokurorluğun fəaliyyətinin
mühüm önəm kəsb edən bir hissəsi də Ermənistan
Respublikası MN-nin, habelə Azərbaycan Respublikasının
işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət
göstərən erməni silahlı dəstələrinin
törətdikləri cinayətlərin ibtidai
araşdırmasının aparılmasıdır.
Bütün dünyaya məlumdur ki, ötən əsrin 80-ci
illərinin sonlarından başlayaraq təcavüzkar erməni
millətçiləri tərəfindən Azərbaycan
Respublikasına qarşı əsassız ərazi
iddialarının irəli sürülməsi və qondarma
Dağlıq Qarabağ probleminin ortaya atılması
xalqımıza qarşı soyqırım törədilməsi,
azərbaycanlıların kütləvi şəkildə
qırğını, əsrlər boyu
yaşadığı tarixi ərazilərindən, doğma
torpaqlarından deportasiyası, şəhər və
rayonlarımızın talan edilməsi, mədəniyyət
abidələrimizin dağıdılması və milli
genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər
ilə nəticələnmişdir. Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
törədilmiş sülh və insanlıq əleyhinə,
müharibə, terrorçuluq və digər cinayətlərin
istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin
cinayətlərin təşkili və törədilməsində
iştirak etmiş şəxslərin müəyyən edilib
mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə
cəlb edilməsi, habelə beynəlxalq hüquq
normalarının kobud şəkildə pozulması
faktları ilə bağlı beynəlxalq təşkilatlar
qarşısında müvafiq vəsatətlər
qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü
il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili
İşlər və Milli Təhlükəsizlik nazirlərinin
vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu
yaradılmış, bir müddət sonra təşəbbüsüm
əsasında həmin cinayət işi 05 may 2005-ci il tarixdən
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
icraatına qəbul olunmuş, ibtidai araşdırmaya prosessual
rəhbərlik isə tərəfimdən həyata
keçirilmişdir. İşin istintaqının hərtərərfli,
tam və operativ, eləcə də bu istiqamətdə
ixtisaslaşmış əməkdaşlar tərəfindən
daha peşəkarlıqla aparılmasını təmin etmək
məqsədi ilə Xüsusi istintaq şöbəsinin
yaradılması üçün tərəfimdən məsələ
qaldırılmış, bundan sonra 30 mart 2009-cu il tarixdə
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsinin tərkibində Xüsusi istintaq
şöbəsi yaradılmış, 20 noyabr 2012-ci il tarixdən
isə şöbə müstəqil struktur qurum kimi fəaliyyət
göstərməyə başlamışdır. Cinayət
işinin istintaqı həmin tarixdən adıçəkilən
şöbədə davam etdirilmişdir.
Qeyd etmək lazımdır ki, Ermənistan
Respublikasının Silahlı Qüvvələri və
qanunsuz erməni silahlı birləşmələrinin üzvləri
tərəfindən 1988-1992-ci illərdə törədilmiş
eyni xarakterli cinayət faktları ilə bağlı müxtəlif
vaxtlarda başlanılmış və cinayət törətmiş
şəxslərin və ya onların olduqları yerin müəyyən
edilməməsi əsası ilə icraatları
dayandırılmış hər bir cinayət işi öyrənilmiş
və 147 cinayət işinin icraatı 2004-2008-ci illərdə,
1 işin icraatı 2017-ci, 4 işin icraatı 2018-ci, 1
işin icraatı 2019-cu, 1 işin icraatı isə 2020-ci ildə
olmaqla, ümumilikdə, 154 cinayət işinin icraatı təzələnərək
vahid bir icraatda birləşdirilmiş və istintaq
aparılmışdır.
Cinayət işi Respublika Hərbi
Prokurorluğunda icraata götürüldükdən sonra tərəfimdən
yeni istintaq-əməliyyat planı tərtib olunmuş,
işin ibtidai araşdırması əvvəlki illərdən
fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat
planına əsasən ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan
Respublikası CM-nin, CPM-nin tələblərinə tam
uyğun və baş vermiş cinayət hadisələrinin hər
birinin mahiyyəti üzrə aparılmışdır. Cinayət
təqibi üzrə toplanmış materialların həcminin
böyüklüyü, araşdırılmalı olan
xüsusatların çoxluğu, eyni zamanda cinayətlərin
törədilmə üsul və vasitələri, xarakteri nəzərə
alınaraq, araşdırmanın səmərəliliyini və
operativliyini təmin etmək məqsədi ilə iş
üzrə 5 əsas istiqamət: a) Azərbaycan xalqına
qarşı soyqırım; b) Əsir düşmüş və
girov götürülmüş şəxslərə
qarşı işgəncə; c) Terror; ç) Dövlətə
və vətəndaşlara vurulmuş ziyan; d) Müasir
dövrdə milli ədavət və düşmənçilik
niyyətilə törədilmiş xüsusilə ağır
cinayətlər kimi istiqamətlər müəyyənləşdirilmiş,
həmin istiqamətlər üzrə cinayət hadisələrinin
araşdırılması, cinayət qanunu ilə nəzərdə
tutulmuş əməlin törədilməsində
şübhəli olan şəxslərin müəyyən
edilməsi, sübutların toplanılması və təqsirləndirilən
şəxs qismində cəlb olunması yönündə
işlər davam etdirilmişdir.
Qeyd olunmalıdır ki, iş üzrə,
ümumilikdə, 80 000-dən artıq istintaq hərəkəti
icra edilmiş, o cümlədən 28 000-dən artıq şəxs
zərərçəkmiş şəxs və zərərçəkmiş
şəxsin hüquqi varisi qismində tanınaraq
dindirilmiş, 29 000-dən artıq şəxs şahid qismində
dindirilmiş, 18 000-dən artıq şəxs mülki
iddiaçı qismində tanınmış, 2 800-dən
artıq müxtəlif növ ekspertizalar keçirilmiş,
31 000-dən artıq prosessual qərarlar qəbul edilmiş,
digər çoxsaylı zəruri istintaq hərəkətləri
yerinə yetirilmişdir. Eyni zamanda, cinayət nəticəsində
dövlətə və vətəndaşlara dəymiş zərərin–mənəvi,
fiziki və maddi ziyanın miqdarının və bunun
müqabilində ödənilməli olan kompensasiyanın məbləğinin
beynəlxalq standartlara əsasən müəyyən edilməsi
məqsədilə, cinayət işi üzrə 16 sentyabr
2014-cü il tarixli qərarla kompleks məhkəmə-qiymətləndirmə
ekspertizası təyin edilmiş və rəy verilməsi Azərbaycan
Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin
işğalı nəticəsində itki və tələfatların
qiymətləndirilməsi üzrə İşçi Qrupuna
həvalə edilmişdir.
Onu da qeyd etmək lazımdır ki,
tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra,
Birinci Qarabağ müharibəsi zamanı şəhid
olmuş və müxtəlif qəbiristanlıqlarda
tanınmadan dəfn edilmiş naməlum məzarlardan meyit
qalıqları ekshumasiya edilmiş, hər biri üzrə məhkəmə-tibbi
və molekulyar-genetik ekspertizalar təyin edilərək icraya
yönəldilmiş və digər zəruri hərəkətlər
yerinə yetirilmişdir.
Hazırda Azərbaycan Respublikası
Hərbi Prokurorluğu tərəfindən Dövlət Təhlükəsizliyi
Xidməti, Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç
Komitəsi ilə birlikdə məhkəmə-tibb ekspertlərinin
iştirakı ilə bu proses davam etdirilir.
Qanunsuz erməni silahlı birləşmələri
tərəfindən azərbaycanlılara qarşı
Xocalı şəhərində, Xocavənd rayonunun
Qaradağlı kəndində, Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində, Qazax rayonunun
Bağanıs-Ayrım kəndində, Əsgəran rayonunun
Meşəli kəndində və sair yaşayış məntəqələrində
törədilmiş soyqırımlar, əsir
düşmüş və girov götürülmüş
şəxslərə qarşı törədilmiş işgəncələr,
habelə ayrı-ayrı epizodlar üzrə Şuşa, Xocavənd,
Əsgəran, Ağdərə, Ağdam, Goranboy, eləcə
də başqa rayonlarda törədilmiş vəhşiliklər
və digər cinayətlər peşəkarlıqla
araşdırılmış və zəruri istintaq-əməliyyat
hərəkətləri həyata keçirilmişdir.
Cinayət işinin istintaqı
zamanı Xocalı soyqırımı epizodu üzrə
müəyyən edilmişdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələri
keçmiş sovet ordusunun Xankəndidə yerləşən
366-cı alayının iştirakı ilə Birləşmiş
Millətlər Təkilatının Baş Məclisinin 9
dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin
qarşısının alınması və ona görə cəzalandırma
haqqında”, 12 avqust 1949-cu il tarixli “Döyüşən silahlı
qüvvələrdə yaralıların və xəstələrin
vəziyyətinin yaxşıladırılması
haqqında”, habelə “Hərbi əsirlərlə rəftar
haqqında”, “Müharibə zamanı mülki əhalinin
qorunması haqqında” Cenevrə konvensiyalarının,
04.11.1950-ci il tarixdə Avropa Şurası tərəfindən
qəbul olunmuş “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın
3-cü maddəsinin tələblərini kobud şəkildə
pozaraq Xocalı şəhərinə hücum etmiş, əvvəlcə
şəhəri şiddətli artilleriya atəşinə
tutmuş, sonra isə çoxsaylı ağır tanklar, piyadaların
döyüş maşını və zirehli transportyorlar
vasitəsilə şəhərə daxil olmuş, evlərində
yatmış dinc əhalini vahiməyə salmış,
qarşılarına çıxan qadınlara, uşaqlara,
qocalara aman vermədən odlu silahlardan atəşlər
açmaqla, tank, döyüş maşını və digər
texnikanın altına salaraq əzməklə, müxtəlif
işgəncələr verməklə insanları qətlə
yetirmiş və sair vəhşiliklər törətmişlər.
İstintaq materialları ilə
sübuta yetirilmişdir ki, Xocalı qətliamı zamanı
106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 şəxs
məhz azərbaycanlı olduqlarına görə
ağlasığmaz işgəncələr verilməklə
xüsusi vəhşiliklərlə qətlə yetirilmiş,
487 dinc sakinə müxtəlif dərəcəli bədən
xəsarətləri yetirilmiş, 1275 nəfər isə əsir
və girov götürülərək işgəncələrə
məruz qalmış, onlardan 150 nəfərin, o cümlədən,
68 qadın və 26 uşağın taleyi bu günədək
məlum deyildir. Soyqırım zamanı 8 ailə tamamilə məhv
edilmiş, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə
hər iki valideynini itirmişdir.
Cinayət işi üzrə sülh
və insanlıq əleyhinə cinayətlər, habelə
müharibə cinayətləri və digər cinayətlər
törətmiş şəxslərdən 40-ı Xocalı
soyqırımı, 12-si Qaradağlı soyqırımı,
18-i Bağanıs-Ayrım soyqırımı, 9-u Meşəli
soyqırımı, 47-si Kərkicahan soyqırımı, 35-i əsir
və girov götürülmüş şəxslərə
qarşı işgəncə, 3-ü terrorçuluq cinayətləri,
85-i digər epizodlar və 57-si ümumi cinayətlər
kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə
və sair cinayətlər üzrə olmaqla, ümumilikdə
306 şəxsin Azərbaycan Respublikası CM-nin 103-cü
(Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 113-cü (İşgəncə),
115-ci (Müharibə qanunlarını və adətlərini
pozma), 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma), 120-ci (Qəsdən
adam öldürmə), 214-cü (Terrorçuluq) və digər
maddələrində nəzərdə tutulan cinayətləri
törətmələri sübuta yetirildiyindən, onların
müvafiq maddələrlə təqsirləndirilən şəxs
qismində cəlb edilmələrinə dair qərarlar qəbul
edilmiş, barələrində məhkəmə qərarlarına
əsasən həbs qətimkan tədbiri seçilmiş və
axtarışlarının təmin edilməsi üçün
müvafiq sənədlər İnterpolun Azərbaycan
Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət
Axtarış İdarəsinə göndərilmişdir.
Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirlərinin
davamlılığı təmin olunur.
Sadalananlarla yanaşı, Azərbaycan
Respublikasının ərazilərində qanunsuz fəaliyyət
göstərmiş erməni separatçı reciminin
silahlı hərbi birləşmələri və Ermənistan
Respublikasının Silahlı Qüvvələri tərəfindən
12 may 1994-cü il tarixdə atəşkəs sazişi (Bişkek
protokolu) imzalandıqdan sonra bu günkü günədək
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularına və mülki əhaliyə
qarşı törədilmiş cinayət hadisələri ilə
bağlı milli ədavət və düşmənçilik
niyyəti ilə qəsdən adam öldürmə, qəsdən
adam öldürməyə cəhd faktları və digər
faktlar üzrə Azərbaycan Respublikası CM-nin 120.1, 120.2.1,
120.2.7, 120.2.12, 29,120.2.7, 29,120.2.12, 150.2.1, 100.2, 115.4, 276 və
digər maddələri ilə 1000-dən artıq cinayət
işi istintaq olunmuşdur.
Qeyd olunanlarla bərabər,
vurğulamaq lazımdır ki, 27 sentyabr 2020-ci il tarixdən
başlayaraq işğalçı erməni hərbi birləşmələrinin
Cenevrə Konvensiyası ilə üzərinə düşən
öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin
mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin
sıx yaşadığı əraziləri müxtəlif
silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi
cinayət əməlləri, o cümlədən, silahlı
qüvvələrimizin hərbi qulluqçularını və
dinc sakinləri öldürmələri, habelə hərbi
qulluqçulara və mülki şəxslərə müxtəlif
dərəcəli bədən xəsarətləri yetirmələri
faktları üzrə Hərbi Prokurorluq orqanlarında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar
müharibəni planlaşdırma, hazırlama və ya
başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma);
116.0.7-ci (Müdafiə olunmayan ərazilərə,
yaşayış məntəqələrinə və
silahsızlaşdırılmış zonalara hücum etmə);
120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən adam öldürmə);
120.2.7-ci (İki və ya daha çox şəxsi
öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və
ya düşmənçilik niyyəti ilə adam
öldürmə) və digər maddələri ilə cinayət
işləri başlanılmış və intensiv şəkildə
zəruri istintaq-əməliyyat hərəkətləri həyata
keçirilmiş və hazırda davam etdirilir.
Xüsusi vurğulanmalıdır ki,
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi
istintaq şöbəsində istintaq olunan cinayət işi
üzrə 2 şəxs – Azərbaycan Respublikasının vətəndaşı,
milliyyətçə erməni olan Baqdasaryan Arsen
Eduardoviçin 26 dekabr 2014-cü il tarixdə Azərbaycan
Respublikasının Ağdam rayonu ərazisində və Ermənistan
Respublikasının vətəndaşı Ğazaryan Karen
Armeninin 15 iyul 2018-ci il tarixdə Qazax rayonu ərazisində
ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə
yaratmaq məqsədilə partlayış törətməklə
insanların həlak olmasına, onların
sağlamlığına zərər vurulmasına, əhəmiyyətli
əmlak ziyanının vurulmasına yönələn hərəkətlər
etmək istəmələri ifşa olunduğundan, onlar Azərbaycan
Respublikası CM-nin 29,120.2.12, 206.3.2, 214.2.3, 276, 29,282.1, 318.2 və
digər maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək məhkəmə məsuliyyətinə
verilmiş və məhkəmənin hökmlərinə əsasən
müvafiq olaraq 15 və 20 il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum edilmişlər.
Bundan başqa, Ermənistan
Respublikasının vətəndaşları Mkrtiçyan
Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa
Aramaisoviç qabaqcadan əlbir olan bir qrup şəxs
halında cinayət əlaqəsinə girərək, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində
yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş
millətçi ermənilərdən ibarət
yaradılmış, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin
fəaliyyətində iştirak edib həmin qanunsuz silahlı
birləşmələrin digər üzvləri ilə birlikdə
əsir düşmüş və ya girov
götürülmüş və qanunsuz olaraq Şuşa
şəhər həbsxanasında, Xocalı şəhəri
yaxınlığında olan Ballıca meşəsində,
Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndində,
Ağdərə (Tərtər) rayonunun Aşağı
Oratağ kəndində və Ermənistan Respublikası
Dövlət Təhlükəsizliyi Nazirliyinin istintaq təcridxanasında
saxlanılan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq
humanitar hüquqla müdafiə olunan mülki şəxslərlə
qəddar və qeyri-insani rəftar edərək, mütəmadi
olaraq baş və bədənlərinin müxtəlif nahiyələrinə
avtomat silahının qundağı, ağac və dəmir
parçaları, rezin dəyənək, yumruq və təpiklə
çoxsaylı zərbələr vurub, siqaret
közünü bədənlərinə basıb,
şaxtalı havada qarın altında və xlorlu suda
saxlayıb, üzərlərinə soyuq su töküb fiziki
ağrılar yetirməklə, gün ərzində bir dəfə
quru çörəklə su verərək ac-susuz saxlamaqla və
ya yemək üçün çiy kartof və kələm
qabıqları verib psixi iztirablar yetirməklə onlara işgəncələr
vermişlər.
Bundan əlavə, Lüdvik
Mkrtiçyan və Alyoşa Xosrovyan 1993-cü ildə Ermənistan
Respublikasında Qarabağ müharibəsi veteranlarından
ibarət yaradılmış separatçı
yönümlü «Yerkrapa» könüllülər birliyinin
üzvləri olmaqla, Ermənistan Respublikasının 27
sentyabr 2020-ci il tarixdən etibarən Azərbaycan
Respublikasına qarşı başladığı yeni təcavüzkar
müharibədə könüllü olaraq iştirak etmək
məqsədi ilə qanunsuz olaraq avtomat silahlarını,
döyüş sursatlarını əldə etmiş və
Azərbaycan Respublikasının dövlət sərhədini
Laçın dəhlizi vasitəsi ilə keçərək
həmin odlu silah və döyüş sursatları ilə
birlikdə Azərbaycan Respublikasının ərazisinə
daxil olub Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan erməni silahlı birləşmələrinin tərkibində
Azərbaycan Ordusunun hərbi qulluqçularına
qarşı döyüş əməliyyatlarında
iştirak etməyə başlamış, basqınlar
etmiş, həmin silahlı basqınların birində xidməti
vəzifəsini yerinə yetirən, N saylı hərbi hissənin
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusu olan əsgərimiz milli ədavət və
düşmənçilik niyyəti ilə qəsdən
öldürülmüş, digərlərinin isə qəsdən
öldürülmələrinə cəhd edilmişdir.
Qanunsuz erməni silahlı birləşmələrinin üzvlərinin
həyata keçirdikləri silahlı basqınlar Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları tərəfindən dəf edilən zaman,
03 oktyabr 2020-ci il tarixdə Alyoşa Xosrovyan, 20 oktyabr 2020-ci il
tarixdə isə Lüdvik Mkrtiçyan üzərlərində
gəzdirdikləri odlu silah, onun komplekt hissələri və
döyüş sursatı ilə birlikdə tutulmuşlar.
Bununla əlaqədar, Mkrtiçyan
Lüdvik Mkrtiçoviçə Azərbaycan Respublikası
CM-nin 112, 113, 115.2, 115.3, 120.2.1, 120.2.3, 120.2.12, 29,120.2.1,
29,120.2.3, 29,120.2.7, 29,120.2.12, 206.3.2, 228.2.1, 228.2.2, 279.1, 279.3 və
318.2-ci, Xosrovyan Alyoşa Aramaisoviçə Azərbaycan
Respublikası CM-nin 115.2, 115.3, 206.3.2, 228.2.1, 276, 279.1 və
318.2-ci maddələri ilə ittihamlar elan edilmiş, barələrində
məhkəmə tərəfindən həbs qətimkan tədbiri
seçilmiş, 08 may 2021-ci il tarixdə cinayət işinin
materiallarından təqsirləndirilən şəxslər
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan barəsində
müvafiq cinayət işi ayrıca icraata ayrılmış
və 19 may 2021-ci il tarixdə həmin cinayət işi
üzrə ibtidai istintaq tamamlanaraq, baxılması
üçün aidiyyəti üzrə Bakı hərbi məhkəməsinə
göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin
hökmü ilə hər biri 20 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmişlər.
Yerigəlmişkən qeyd
olunmalıdır ki, qanunsuz erməni silahlı birləşmələri
tərəfindən törədilən cinayətlərin
istintaqı zamanı aşkar edilmiş fakt və
sübutların, xalqımızın tarixi torpaqlarından
zorla çıxarılması üçün həyata
keçirilmiş deportasiya siyasətinin, azərbaycanlılara
qarşı xüsusi amansızlıqla və qəddarlıqla
törədilən kütləvi qırğınların
tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, bu barədə
gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin
və ətraflı məlumatların verilməsi, gənclərin
və hərbi qulluqçuların hərbi vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, ulu öndər Heydər
Əliyev tərəfindən 26 mart 1998-ci il tarixdə
imzalanmış «Azərbaycanlıların soyqırımı
haqqında» Fərman və «Xocalı
soyqırımının 20-ci ildönümü haqqında»
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2012-ci il tarixli Sərəncamı
ilə qarşıya qoyulmuş vəzifələrin yerinə
yetirilməsi məqsədilə, qısa müddətdə
toplanmış zəngin tarixi sənədlər, faktlar və
istintaq materialları əsasında, təşəbbüsüm
və şəxsi nəzarətim ilə Hərbi
Prokurorluğun mərkəzi aparatının inzibati
binasında Memorial Soyqırım muzeyi yaradılmış, 24
fevral 2014-cü il tarixdən istifadəyə verilmişdir.
Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror
adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə
edir. Muzeyi həm Azərbaycan vətəndaşları, həm
də xarici vətəndaşlar ziyarət edirlər ki, bu da vətəndaşlarımızda,
xüsusən də yeniyetmələrdə və gənclərdə
vətənpərvərlik hisslərinin daha da dərindən
aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində,
eləcə də əcnəbilər vasitəsilə tarixi
reallıqların bütün dünyaya yayılmasında
böyük əhəmiyyət kəsb edir.
Yaradıldığı vaxtdan hazıradək muzey xarici vətəndaşlar
da daxil olmaqla 27.000 nəfərdən artıq şəxs tərəfindən
ziyarət edilmiş, ziyarətçilərə ətraflı
məlumatların verilməsi təmin olunmuşdur. Onu da qeyd
etmək istərdim ki, hər il Xocalı
soyqırımının ildönümü ərəfəsində,
o cümlədən 24 fevral 2022-ci il tarixdə Memorial
Soyqırım Muzeyində Hərbi Prokurorluğun, Xocalı
rayon İcra Hakimiyyətinin əməkdaşlarının,
millət vəkillərinin, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının, Azərbaycan Milli
Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan
Vətən Müharibəsi Veteranları ictimai birliyinin,
Xocalı soyqırımını tanıtma ictimai birliyinin və
Tərxis olunmuş hərbçilərin gəncləri
maarifləndirmə ictimai birliyinin üzvlərinin, Xocalı
sakinlərinin, habelə ictimaiyyət və mətbuat nümayəndələri
iştirakı ilə elmi-praktiki konfrans keçirilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutunun birgə layihəsi olan “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” və “Soyqırım muzeyi” kitablarının nəşr edilməsi təmin edilmişdir. Qeyd olunanlarla bərabər, iş materialları əsasında Xocalı soyqırımına dair “Əsrin faciəsi” filmi çəkilmiş, ingilis dilinə dublyac olunmuş, həmçinin soyqırım şəkilləri toplanılaraq vahid diskdə cəmləşdirilmişdir.
XX əsrin əvvəllərindən bəri erməni millətçilərınin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri cinayətlərin tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin əyani olaraq dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın millətçi və terrorçu siyasətinin ifşa olunması və bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin materialların verilməsi məqsədi ilə işlər davam etdirilir.
Ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə olan, müharibə və digər cinayətlərlə bağlı, həmçinin, yerli və xarici kütləvi informasiya vasitələrində, eləcə də ölkəmizdə və ondan kənarda bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edilərək müxtəlif mövzularda çıxışlar olunmuş, bu istiqamətdə işlərin davamlılığı təmin olunur.
Sonda qeyd etmək istərdim ki, hazırda erməni hərbi birləşmələrinin törətdikləri təxribat faktlarına, hərbçilərimizi və dinc sakinlərimizi öldürmələrinə və ya onların sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə və digər cinayət əməllərinə görə başlanmış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və institusional tədbirlər, istintaq-əməliyyat hərəkətləri davam etdirilir. Əminəm ki, xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar.
Xanlar VƏLIYEV,
Azərbaycan Respublikası Baş prokurorunun müavini –
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı
Xalq qəzeti.-2022.-26
fevral.-S.5;6.