Kütləvi məzarlıqlar – erməni faşizmini gizlədən naməlum ünvanlar

 

Müharibələr təkcə insanların, ölkələrin həyatında deyil, tarixin özündə də sağalmaz yaraya çevrilir. Zaman keçsə də həmin aylardan-illərdən qan sızır, hər toxunanda ağrı qopur. Savaşlarda igidliklə həlak olanların məzarları müqəddəs ziyarətgaha, and yerinə çevrilir. Nəhəng insan qəssabxanasına çevrilmiş müharibələrdə izsiz-soraqsız yoxa çıxanlar da az olmur. Bu isə doğma-yaxınlara, tanıyıb-bilənlərə daim faciə yaşadır, nişanəsiz yoxa çıxanları yetirən kənd, şəhər və ölkə üçün ikiqat ağır itki, dərd olur.

 

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə apardığı I Qarabağ müharibəsində zaman-zaman zehniyyəti xalqımı­za qarşı barışmaz nifrət ruhunda zəhərləndirilərək vəşiləşdirilmiş erməni toplumu yaşayış məntəqələrimizə silahlı basqınlar edərək dinc əhaliyə qarşı dəhşətli qətliamlar törətmişlər. Bu müdhiş müharibə cinayətlərini gizlətmək üçün erməni qaniçənlər irimiqyas­lı faciələrin qurbanlarını kütləvi məzarlıq adı almış yerlərdə qalın torpaq qatının altında gizlətmişlər.

 

Açıq döyüşlərdə həlak olan­ların da xeyli hissəsinin cəsədləri işğal olunmuş ərazilərdə qaldığın­dan onların da axirət ünvanı belə məzarlıqlar olmuşdur. Aradan keçən 25–30 ildə əsirlikdə qalmış qoca, qadın və uşaqlar da işgəncələrə tab gətirməyərək həyatlarını itirmiş, onların da aqibəti harda gəldi üstləri miskincəsinə torpaqlanmaq olmuş­dur.

 

Beləliklə, I Qarabağ müharibəsi zamanı döyüşlərdə həlak olmuş və əsir düşmüş müxtəlif yaşlardan olan 4 minədək soydaşımızdan bugünədək bir soraq yoxdur. Hələlik onların təxmini və ümumi bir ünvanı var: kütləvi məzarlıqlar. İşğal olun­muş əraziləri geri çəkildikcə nəhəng mina tələsinə çevirmiş amansız düşmən həmin fəlakət zonalarının xəritələrinin verilməsində olduğu kimi, kütləvi məzarlıqların yerlərinin açıqlanmasında da eyni qəddar inadkarlığı davam etdirir.

 

Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin qarşılığında Azərbaycan tərəfi I Qarabağ savaşı, eləcə də Vətən müharibəsi zamanı əsir düşmüş bütün erməniləri hu­manitar yardım göstərildikdən sonra sağ-salamat geri qaytarmış, həlak olanların meyitlərini və qalıqlarını aşkar edildikcə təhvil vermişdir. Bu proses bu gündavam edirdünya ictimaiyyəti bu barədə geniş məlumatlandırılır. Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyində bu ölkənin aparıcı media qurumları rəhbərləri ilə təşkil olunmuş görüşdə Ermənistanın Qa­rabağda törətdiyi insanlıq əleyhinə cinayətlərdən danışarkən hərbi əməliyyatlar zamanı əsir götürül­müş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini də bir daha beynəlxalq informasiya məkanında aktuallaşdırdı.

 

Azərbaycan rəhbəri bildirdi ki, mina xəritələrinin verilməsində bəşəri normalara etinasızlıqla tərəddüd etmiş, yanlış və natamam xəritələrlə baş aldatmış Ermənistan rəhbərliyi meyitlərin qaytarılma­sında və kütləvi məzarlıqların yerlərinin bildirilməsində də eyni oyunbazlıq edir: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmı­şıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?”.

 

Azərbaycan tərəfi müharibə bitdikdən sonra Ermənistandan gizli yolla ərazilərimizə keçib silahlı diver­siya törətmiş hərbi əsirləri də misil­siz humanizm nümunəsi göstərərək revanşist əhvallı ölkəyə qaytarıb. Dövlətimizin başçısı bütün bunların müqabilində Ermənistan tərəfinin məzarlıqlarla bağlı antibəşəri möv­qeyinin bu cinayətlərin gizlədilməsi yolu ilə məsuliyyət və cəzadan yayınmaq cəhdi olduğunu söylədi: “Yəqin, onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirikyeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

 

Minalanmış zonalar işğal edilmiş əraziləri əhatə etdiyi kimi, müharibə qurbanları olmuş soydaşlarımızın məzarlıqları da, şübhəsiz, işğal­dan azad edilmiş torpaqlardadır. Minaları aşkar etmək olduqca çətin və təhlükəli olduğu kimi, həmin məzarlıqların yeriniindiki halda tapmaq müşküldür. Şübhəsiz, bu məzarlıqlar kütləvi qətliamlar törədilmiş, qanlı döyüşlər getmiş kənd və şəhərlərin həndəvərindədir. Ötən günlərdə Xocavəndin işğaldan azad edilmiş Edilli kəndində aşkar edilmiş məzarlıqda burda əsirlikdə saxlanmış 15–20 nəfərin işgəncə ilə qətlə yetirilib gizlədildiyi güman edilir. Şübhəsiz, belə məzarlıqlar işğal edilmiş bir çox məntəqələrdə mövcuddur.

 

Bu yerdə onu da xatırladaq ki, erməni millətçi bandalarının 1918-ci ildə Qubada törətdiyi kütləvi qırğının qurbanlarının gizlədildiyi məzarlıq 90 ildən sonra aşkar edildiyi kimi, Qarabağ şəhidlərinin kəfənsiz uyu­duqları məzarlıqlar davaxtsa üzə çıxacaq. Bu məzarlıqları tapmaq bizə indiorada yatanların doğma-yaxınlarının onlardan bir soraq alıb, az da olsa, təsəlli tapmaq istədiyi günlərdə daha önəmlidir.

 

Məsələ burasındadır ki, tarix boyu dinc həyatı üstün bilmiş xalqı­mız üçün yeni doğulmuş uşaqdan tutmuş əl-ayağı hərəkətdən qalmış qocayadək hər bir insanın həyatının və axirət ünvanının misilsiz dəyəri var. İşıqlı dünyadan vaxtlı-vaxt­sız köçənlərin məzarları sonrakı dövrdə onların xatirəsinin canlı timsalına çevrilir. Ayrıca məzarı olmamaqdan şəhidlərimizin ruhu, sanki, dinclik tapmır, yerdə qalnlar isə bu boşluğun əzabından qurtara bilmir. I Qarabağ müharibəsinin cəsur batalyon komandiri, mərhum Şahid Həbibullayev söyləyirdi ki, Horadiz döyüşləri zamanı itkin düşmüş oğlunun günlərlə sürən axtarışlardan sonra mərmi partla­yışından həyatını itirdiyini öyrənə bilən ata-ana həmin yerdən tapılmış avtomatın metal qırığını və bir torba külü övlad nişanəsi kimi dəfn edib, başdaşı qoymuşlar.

 

Xalqımız üçün məzarın önəmi bax belə ucadır. Ermənistan rəhbərliyi bütün başqa ucalıqlar kimi, bizi bu mənəvi yüksəklikdən də məhrum etmək qəsdindədir. Qəddar düşmən xalqımızı ən böyük faciələrə gülə-gülə məruz qoyduğu halda, doğmalarının izsiz-soraqsız yoxluğundan illərdən bəri qəlbi dağlanan insanlara, elə bizim hamımıza bu kiçik təsəllini də çox görür. Cənnət Qarabağı xarabazara döndərmiş, 1 milyon azərbaycanlını 30 il öz vətənində qaçqın-köçkünə çevirmiş, on minlərlə soydaşlarımızı məhv etmişömürlük əlil etmiş vəhşi düşmənin dəyişməz xisləti belədir.

 

Hələlik düşmən ölkə dinc əhaliyə, əsir və girovlara qarşı törətdiyi məlum və təkzibedilməz cinayətlərin izlərinin aşkar edilməsindən şərəfsiz bir inadkar­lıqla boyun qaçırır. Tarixçi professor Qabil Hüseynli mediaya açıqlama­sında bu məsələ ilə bağlı bildirib:

 

– Erməni silahlı bandalarının 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə kütləvi məzarlıqların olması təkzibolunmaz bir faktdır. Bunu hamımız bilirik. Hətta həmin kütləvi məzarlıqlarla bağlı təxmini coğrafiyaları da göstərmək müm­kündür. Bu məsələ ermənilərin üzdəniraq yazıçılarının, şairlərinin müəyyən ifadələrində də əksini tapıb. Məsələn, bədnam Zori BalayanRuhumuzun dirçəlişi” adlı əsərində Xocalı soyqırımından cəmi bir-iki gün sonra baş verən hadisələri təsvir edib. Həmin sətirləri oxuyarkən adamı dəhşət bürü­yür. Qarabağda erməni quldurlar diz çökdürülüb qovulandan sonra gorbagor olmuş bu sadist yazar bildirib ki, erməni əsgərlər Xocalıda, təxminən, 1200 nəfər öldürülmüş insanı bir yerə toplayaraq əvvəlcə onların üzərinə benzin töküb yandırıblar, sonra onları buldozerlə kürüyərək yaxınlıqdakı dərəyə töküblər.

 

Biz bu gün Xocalının ətrafında Qubadakı məzarlıqlara bənzər kütləvi məzarlıqlar tapa bilərik. Sadəcə, hazırda ora əlimiz çat­mır. Vaxtilə Xankəndidə əsirlikdə olansonradan azad edilmiş bir azərbaycanlının kütləvi məzarlıqlarla bağlı dediyi ifadələr də diqqət çəkir. Onunla birlikdə Xankəndidəki xəstəxanaların birində 24 nəfərdən çox adam var imiş. Bu adamların üzərində erməni həkimlər dəhşətli eksperimentlər aparırmışlar. Əsirlikdən qayıdan soydaşımız deyib ki, ermənilərin azərbaycanlı əsirlər, girovlar üzərində apar­dığı təcrübələrin hamısı ölümlə nəticələnirdi. Şübhəsiz, onların da meyitləri ümumi bir məzarlıqda gizlədilib.

 

I Qarabağ müharibəsi zamanı mühasirəyə düşmüş, qaçıb ca­nını qutarmaq imkanı olmamış, ermənilərə əsir düşmüş 4 minədək uşağın, qadının, qocanın böyük əksəriyyətinin indi həyatda olmadığı­nı qətiyyətlə söyləmək mümkündür. Onu da deyim ki, həmin adamlar heç biri elementar dəfn qaydasına əməl olunmadan basdırılıb. İşğalçı­lar onları işgəncə ilə məhv edərək vəhşi formada toplu məzarlıqlara atıblar. Ermənistan tərəfi əvvəlcə həmin kütləvi məzarlıqların ye­rini Azərbaycan tərəfinə təqdim edəcəyini bildirmişdi. İndi onların bundan imtina etmələri anlaşılan deyil. Yəqin, başa düşürlər ki, bu, Ermənistan dövləti üçün böyük bir biabırçılıqdır. Bu, özünü sivil xalq adlandıran və yaxud dünya­ya mədəni bir xalq kimi sırımağa çalışan vəhşi vandalların mənəvi simasını açıb göstərir.

 

Ona görə də 30 il işğal altında saxladıqları ərazilərdəki kütləvi məzarlıqların yerini deməkdən imti­na edirlər. Əminəm ki, biz Qarabağ torpağında, separatçıların yaşa­dığı və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi, ermənilərə dəstək verdiyi ərazilərdə kütləvi məzarlıqların çox hissəsini tapa­cağıq. Amma ermənilər, azacıq da olsa, tövbə hissi keçirsələr həmin kütləvi məzarlıqların yerini deməklə üzrxahlıq edə bilərlər. Onlar azərbaycanlıların, türklərin qanına susamış vəhşi məxluqdurlar.

 

Politoloq haqlıdır: erməni cəlladlar bizin üçün gərəkli olan hər hansı bir məsələdə səmimi əlaqələr qurmağı ağıllarından belə keçirmirlər. Xocalı, Qaradağ­lı, Ağdaban və digər soyqırımları gündəmdən düşməməlidir. Çünki erməni xislətinin nə olduğunu dün­yaya çatdırmaq üçün bu mövzu çox zəruri məsələlərdən biridir.

 

Bu son dərəcə ağrılı bu mövzu­nun statistik mənzərəsi olaraq xatırla­daq ki, I Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3 min 890 Azərbaycan vətəndaşı itkin düşmüş­dür. 1988–1994-cü illərdə itkin düşən minlərlə soydaşımızın taleyindən hələ də xəbər yoxdur. Yüzlərlə azərbaycanlının qətlə yetirilməsi, diri-diri yandırılması, onların kütləvi basdırılması faktı isə bütün dünyaya məlumdur. Həmin qətliamlardan sağ qurtulan şahidlər, eyni zamanda, ta­rixi faktlar da bunu təsdiq edir. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların nəticəsi olaraq aşağıdakı ərazilərdə kütləvi məzarlıqların mövcudluğu ehtimalını söyləməyə imkan verir.

 

1990-cı il martın 24-də Qa­zax rayonunun Bağanis Ayrım kəndində ermənilər qırğın törədərək 7 kənd sakinini ocağa ataraq yandırıb, 2 nəfəri isə güllələyiblər. Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilər sırasında 1991-ci il okt­yabrın sonundanoyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləri də var. 1991-ci ilin iyundekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.

 

I Qarabağ müharibəsində ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xo­calıda baş verib. Ən çox kütləvi məzarlığın da məhz bu ərazidə olması ehtimalı var. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 1275 nəfər əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Kütləvi məzarlıqların olduğu bildirilən ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir.1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri bu kəndin 67 sakinini işgəncələrlə qətlə yetirib. Həmin gün 90–100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur.

 

Goranboyun Ballıqaya yay­lağında 1992-ci ilin 28 avquunda Ermənistanın diversiya qrupu 24 nəfər laçınlını qətlə yetirib. Kəlbəcərin Ballıqaya ərazisində də ötən il kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin 2–26 yanvarında uğursuz Daşal­tı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlar­dan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı.

 

Dəhşətli cinayətlərdən biri də Kəlbəcər rayonundaTuneladlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər əsir götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir.

 

Azərbaycanlıların kütləvi bas­dırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Baş­lıbel kəndidir. 1993-cü ilin aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınıblar. Aprelin 18-də ermənilər 14 nəfəri girov götürüb, 18 nəfəri qətlə yetiriblər.

 

Ermənilərin gizlətmək istədiyi kütləvi məzarlıqların natamam və təxmini ünvanları göstərir ki, bu müdhiş cinayətlərin son ucu olan həmin yerləri gizli saxlamaq müm­kün olmayacaq.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2022.- 26 fevral.- S.11.