Moskva Bəyannaməsi regional əməkdaşlıq üçün
də önəmlidir
“Şuşa Bəyannaməsi Türk dövlətləri, diasporlar və bölgədəki digər ölkələr üçün vacib bir sənəddir. Digər tərəfdən, Azərbaycan müstəqil dövlətdir, istənilən ölkə ilə müttəfiqlik bəyannaməsi bağlaya bilər”. Bu açıqlamasının davamında Azərbaycan və Rusiya arasında fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə –Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım həmin sənədi müsbət qiymətləndirdiyini söyləyib:
– Bu məsələdə bizim üçün vacib olan Azərbaycanın qərarlarıdır. Müstəqil dövlət olaraq Azərbaycan öz mənfəətinə uyğun müqaviləyə imza ata bilər. Rusiya və Azərbaycan arasında əlaqələr normal vəziyyətdədir. Qarabağ müharibəsində də Rusiya Türkiyə ilə birlikdə önəmli yeri tuturdu. Bizim bu müqavilədən gözləntimiz bölgədə əmin-amanlığa təminat yaratmasıdır. Ümumilikdə isə deyə bilərəm ki, bu bəyannamənin imzalanması iki qonşu və dost ölkə arasında normal prosedurdur.
Eyni
zamanda, bu müqavilə
barədə kimlərsə fərqli düşünə bilər.
Hazırda Ukrayna müharibəsi var. Bu məsələdə
kənardan Rusiyanın
sanki Azərbaycanı
öz tərəfinə
çəkməsi kimi
şərh edilə bilər. Amma bunu belə
düşünmək lazım
deyil. Günlərin
və illərin birində tarixən qardaş və dost olmuş Rusiya ilə Ukrayna da indiki qarşıdurmanı
arxada buraxıb belə bir müqavilə
bağlaya bilər. O ki qaldı, Azərbaycan və Türkiyə arasında bağlanan Şuşa
müqaviləsinə, o, beynəlxalq
hüquqa əsaslanır
və bu hüquqla da qorunur.
Türkiyə Böyük
Millət Məclisində
AKP deputatı Şamil
Ayrım Moskva Bəyannaməsinin Şuşa bəyannaməsi
ilə ziddiyyət təşkil etmədiyini vurğulayaraq bildirib:
– Moskvada bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında
bəyannaməni imzalamaları
iki ölkə ilə yanaşı, rejional əməkdaşlığın
genişlənməsi üçün
də önəmli addım sayıla bilər.
Hazırladı: T.RÜSTƏMOV
Xalq qəzeti
.- 2022.- 26 fevral.- S.10.