“Satışı əlavə dəyər
vergisindən azad olunan
heyvandarlıq və quşçuluq təsərrüfatlarında
istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın
təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 251 Bakı
şəhəri, 30 iyun 2022-ci il
“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci
il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin
Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin
tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli
Fərmanının 2.1.4-cü yarımbəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Satışı əlavə dəyər vergisindən azad
olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında
istifadə edilən yem və yem əlavələrinin
Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu
Qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və
2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş nazir
Xalq qəzeti .- 2022.- 2 iyul.- S.9.