Dövlətçilik naminə mübariz keşikdə

 

2 İyul Azərbaycan Polisi Günüdür

 

“Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkan­larla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır… Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək”.

 

İlham ƏLİYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan polisləri 1998-ci ildən bəri iyulun 2-ni özlərinin peşə bayramları kimi qeyd edirlər. Daxili İşlər Nazirliyionun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərlik ənənələri yaradıb və ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, son­rakı illərdə Daxili Qoşun hissələri olub. Həmin döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər ordenme­dallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanları­nın fəaliyyəti uğurlu olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 100 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan Res­publikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrilib. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli isla­hatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqları­na tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturu­nunnormativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Azərbaycan polisinin 100 illiyi ilə əlaqədar asayiş keşikçilərini təbrik edən cənab İlham Əliyev qanunun aliliyi naminə onların xidmətlərini layiqincə dəyərləndirib və xalqın öz polisinə güvəndiyini bildirib. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, polis vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksi­yaları peşəkarlıqla yerinə yetirirona bəslənən inamı, etimadı doğruldur.

Prezident İlham Əliyev tərəfindən hər il olduğu kimi, bu peşə bayramı ərəfəsində də xidmətdə fərqlənən bir qrup əməkdaşın ali xüsusi rütbələrə layiq görülməsi, orden və medallarla təltif edilməsi barədə sərəncamlar imzalanmışdır.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların müka­fatlandırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il martın 12-də – Daxili Qo­şunların yaranması günündə Da­xili Qoşunların Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak etməsi, eləcə də həmin gün imzaladığı sərəncamla Qoşunla­rın iki hərbi qulluqçusunu “Vətən uğrunda”, üç nəfəri “İgidliyə görə”, 7 nəfəri isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif etməsi bunun əyani göstəricisidir.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, yenə də fədakarlıq nümunələri göstəriblər. Onlar haqq savaşı­mızda doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər. Xüsusi təyinatlı cəngavərlərimiz düşmənə sarsıdıcı zərbələr vuraraq, minlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edib, parlaq qəhrəmanlıq salnaməsi yaradıb­lar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunla­rın şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması uğrunda mətanətlə döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Pre­zident, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin sərəncamları ilə müxtəlif ordenmedalla­ra, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Onu da deyək ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının fərmanı ilə Azərbaycan Respub­likasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komen­dantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad edilən şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirli­yinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyət beynəlxalq standartlara uyğunlaşdırılıb, maddi-texniki təminat yaxşılaş­dırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlar­la elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informa­siya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qo­runmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Qeyd etmək lazımdır ki, inişildən dünyada geniş yayıl­mış koronavirus pandemiyası ilə mübarizə dönəmi də Azərbaycan polisinin şərəf tarixinin parlaq səhifəsini təşkil edir. Polislərimiz bu dönəmdə mühüm məsuliyyəti dərindən dərk edib və üzərlərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetiriblər. Onlar bu günpandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə əməl olinması və vətəndaşımızın sağlamlığının etibarlı qorunması üçün nümunəvi xidmət aparırlar.

Təbii ki, şərəfli Azərbaycan polisinin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Dövlətimizin başçısı ötən il pandemiya dövründə onların fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.

Biz polis orqanları əməkdaşlarının küçədə çətinə düşən insanlara dərhal kömək etməyə can atmasının, halı pisləşən şəxslər üçün “Təcili yardım” briqadasının gəlişini gözləmədən onları öz xidməti avtomobillərində dərhal xəstəxanaya çatdırmasının, 8 Mart bayramında qadın sürücüləri saxlayaraq hər birinə gül dəstəsi verərək təbrik etməsinin, qoca və uşaqların qolundan tutaraq yoldan keçirməsinin dəfələrlə şahidi olmuş və ürəkdən “afərin” söyləmişik. Bu gün hər bir vətəndaşımız məhz xalqın mənafelərini daim uca tutan daxili işlər orqanlarının əhalinin təhlükəsiz həyatının təmin edilməsində, asayişinin qorunmasında xidmətlərindən tam razıdır.

İnanırıq ki, Azərbaycan po­lisi bundan sonra da dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyət göstərəcəkdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti .- 2022.- 2 iyul.- S.8.