Ana dilimiz milli yazımız xalqımızın ən qiymətli mənəvi sərvətidir

 

İnsanı dünyanın əşrəfinə çevirən bioloji-ictimai amillərdən biri şüur, onun məhsulu olan düşüncə və nitqdirsə, sonrakı dövrlərdə canlı danışığın yazıya çevrilməsi də bəşəriyyətin sivil inkişafında yeni mərhələ açan xüsusi bir hadisədir. Yazının meydana gəlməsi insanların izsiz-soraqsız fəaliyyətlərinin, əldə etdikləri təcrübənin, ictimai duyğu-düşüncələrin, baş vermiş önəmli hadisələrin yazıda əks olunaraq gələcəyə ötürülməsində inqilabi başlanğıc olmuşdur. Bu baxımdan xalqların yazı mədəniyyəti, yazılı tarixi onların dünyanın mədəni inkişafına töhfələrinin göstəricisidir

Azərbaycan xalqının yazı tarixi ilk yazı­nın yaranma dövrünə gedib çıxır. Qobustan, Gəmiqaya şəkilli təsvirləri ilə başlayan bu tarix zaman-zaman mixi yazılarından, əski əlifbalardan keçərək davamlı inkişaf yolunda olmuşdur. Müxtəlif tarixi dövrlərin ictimai-si­yasi şəraitinə uyğun olaraq fərqli əlifbalardan istifadə etməsinə baxmayaraq, xalqımız öz yazılı mədəniyyəti ilə bəşəri sivilizasiyaya önəmli töhfələr vermişdir.

Azərbaycanın tarixi yazı nümunələri öz zənginliyi ilə böyük bir mədəni irs təşkil edir, keçmiş barədə misilsiz bilgiləri əks etdirən qiymətli mənbələr ölkəmizin dünya­nın arxiv muzeylərində qorunur. Sözə yazıya olan dərin bağlılıq xalqımızın mədəni-intellektual səviyyəsinin göstəricisi olmaqla yanaşı, həm dünəndən bu günə davamlı körpü salmağa imkan vermişdir. Tarixi-mədəni funksiyasının unikallığı ilə hərf, söz yazı müqəddəs sayılmış, hərf yazıya məna verilməsi, yazının fəlsəfəsinin öyrənilməsi ayrıca bir elm, təriqət səviyyəsinə yüksəlib.

Azərbaycan yazısının xüsusi inkişaf dövrü isə heç şübhəsiz müstəqillik illərinə təsadüf edir. Dünyanın geopolitik baxımdan strateji bir məkanı olan Azərbaycan daim imperialist qüvvələrin hədəfində olub, bu, ölkəmizin tarixin müxtəlif vaxtlarında xüsusən son əsrlərində işğal altında qalmasına səbəb olub. Bu səbəbdən uzun illər milli varlığın qoruyucusu olan ana dili Azərbaycanda rəsmi dövlət dili olmayıb bu məsələdə önəmli amil olan əlifba dəfələrlə dəyişdirilib. 1918-ci ildə Xalq Cümhuriyyəti qurularkən görülən ilk milli yönlü işlərdən biri kimi Azərbaycan dili dövlət dili elan edilmişdi. So­vet dövrünün ilk vaxtlarında isə latın qrafikalı əlifba qəbul edilmişdi.

Təəssüflər ki, Xalq Cümhuriyyətinin ömrü uzun sürmədi. Stalin diktaturası isə 10 il keçər-keçməz Azərbaycan yazısını kiril əlifbasına keçirmişdi. Azərbaycanın sovet imperiyası tərəfindən işğal olunması ilə bir çox milli-mədəni dəyərlərimiz kimi dilimiz əlifbamız da repressiyaya məruz qalmışdı.Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə bir çox sahələr kimi milli məsələlərdə yabançı təsirlər aradan qaldı­rıldı. Məhz ulu öndərin təşəbbüsü təkidi ilə Azərbaycan dilinin dövlət dili elan olunması konstitusiyada təsbit edildi, dövlət yazışma­ları ana dilində aparıldı. Milli təəssübkeşliyin böyük himayəçisi Heydər Əliyevin dövlətçiliyimizin bərpa edilməsindən az sonra onun itirilməsi təhlükəsi yarananda xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycan dili Azərbaycan əlifbasının tarixində yeni inkişaf dövrünü açdı.

Ulu öndərin rəhbərliyi ilə hazırlanan yeni konstitusiyada Azərbaycan dili dövlət dili kimi ən yüksək status aldı. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Müvafiq qanun, fərman sərəncamlarla dil əlifba sahəsində inqilabi islahat aparılaraq, latın qrafikasına keçildi, ana dilinin yeni şəraitdə qorunması inkişafı təmin edildi.

Latın qrafikalı yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Bu mənada Azərbaycan Əlifbası Azərbaycan Dili Gününün təsis edilməsi haqqında ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanı tarixi hadisədir. Ümummilli liderin dilimizə qayğısı yalnız rəsmi fərman sərəncamlarla məhdudlaşmayıb. Xalqın xilaskarı milli varlığın ən böyük himayədarı kimi Heydər Əliyev öz şəxsi nitqindən tutmuş məmurların ana dilinə doğma münasibətinə, ana dilinin ən yüksək səviyyədə işləkliyinə qədər həmişə ana dilimizə qayğı göstərmişdir.

Sonrakı illərdə dövlət başçısı İlham Əliyev bu ənənəni davam etdirərək dilimizin qorun­ması, inkişafı istiqamətində misilsiz addımlar atılmışdır. Bütün sahələrdə ümummilli liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev dilimizin inkişafını hər zaman ön planda saxlamışdır. Qədim dövrlərdən müasir zamanımıza qədər Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının latın qrafikası ilə seriya ilə, ən böyük tirajla çapı bu istiqamətdə görülən yüksək tədbirlərdən biridir.

Azərbaycan PrezidentininAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi milli ana dilimizin qorunması baxı­mından mühüm tarixi hadisədir. Bununla yanaşı, Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixliAzərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındasərəncamı Azərbaycan dilinin inkişafı tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığıAzərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haq­qındafərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığınının növbəti parlaq göstəricisi olmuşdur.

Butün bunlar bir daha onu deməyə əsas verir ki, ana dilimizin qorunması dövlətimizin mədəni sahədə priotetlərindən biridir. Milli varlığımızın siması olan ana dilimizi yabançı ünsürlərdən qorumaq, yaşatmaq, zənginləşdirmək təkcə dövlətin yox, hər birimizin müqəddəs amalı, övladlıq borcu olmalıdır. Çünki bu dövlətimizin, bizim müqəddəs anamızın bizə öyrətdiyi, anamız Vətənin əbədi var olması üçün ən zəruri şərt, ən ciddi tələbdir.

 

 

Rəşad MAHMUDOV,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti. - 2022.- 31 iyul.- S.5.