Elm və təhsillə
bağlı fərman ölkəmizdə elmin
və iqtisadiyyatın inkişafına böyük
töhfə verəcək
Prezident
İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı
bir çox aspektlərdən xüsusi əhəmiyyət
daşıyır. Düşünürəm ki, bu mühüm
sənədin icrası elm və təhsilimizin
inkişafını daha da
sürətləndirəcək.
Fərmana
əsasən, Təhsil Nazirliyi Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi
adlandırıldı. Sənəd həm Elm və Təhsil
Nazirliyinə, həm də Milli Elmlər Akademiyasına
növbəti etimad kimi qiymətləndirilməlidir.
Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir. Sözügedən sənəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək.
Beləliklə,
elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin
həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil
Nazirliyinə həvalə edildi. Nazirliyin
yanında iki yeni agentlik yaradıldı və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə
və təşkilatları yeni təşkil
olunacaq Elm və Təhsil
Nazirliyinin tabeliyinə verildi.
Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycan cəmiyyətində Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılırdı. Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır.
Beləliklə, fərman Elm və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası qarşısında bir sıra yeni mühüm vəzifələr müəyyənləşdirir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası qarşıya qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu böyük vəzifənin icrasında hər iki quruma uğurlar arzulayırıq.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı
Xalq qəzeti .- 2022.- 30 iyul.- S.3.