Azərbaycanın postmüharibə
dövrü reallıqları
dünyanı heyran qoyur
Bu gün Qarabağ dirçəlir. Bütün
bölgələrdə quruculuq-bərpa işləri sürətlə
gedir, azad edilmiş bütün ərazilərdə
genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri
aparılır.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində
Ermənistan silahlı qüvvələrini diz
çökdürdükdən sonra işğaldan azad
edilmiş torpaqların minalardan təmizlənməsinə və
bərpa-quruculuq işlərinə start verildi. Dünya
ictimiyyəti də şahid oldu ki, Ermənistan işğal altnda
saxladığı ərazilərdə faşizmə xas olan qəddarlıq, vəhşilik
törədib. Şəhər və kəndlərimizi, qəbiristanlıqları,
məscidləri, tarixi abidələri darmadağın
edərək, yaşayış məntəqələrini
tamamilə yararsız hala
salıblar. Söz yox
ki, 44 gün davam edən Vətən müharibəsində
işğalçı Ermənistan bu vəhşiliyin
cavabını aldı. Üstəlik, qətlə yetirilmiş bütün
günahsız insanların, şəhidlərimizin də
qanı yerdə qalmadı.
Təxminən 30 il davam edən
işğala Azərbaycan dövlətinin məqsədyönlü
strategiyası və məntiqli xarici siyasəti sayəsində
son qoyduq. Dünya erməniliyinin, habelə ikili standartlardan əl çəkə bilməyən
bəzi riyakar beynəlxalq təşkilatların,
o cümlədən ermənipərəst
qüvvələrin BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi
və kağız üzərində qalan
4 qətnaməsini yerinə yetirdik.
Beynəlxalq aləmin də göz yumduğu ədalətsizliyi aradan
qaldırdıq və beynəlxalq hüququ,
milli ləyaqətimizi bərpa etdik. Dünya şahid oldu ki, biz öz
torpağımızda vuruşurduq,
düşməni torpaqlarımızdan qovurduq
və 44 gün ərzində məqsədimizə
nail olduq. Dövlət
başçımız da dəfələrlə
yüksək tribunalardan deyib
ki, bizim heç vaxt başqa ölkələrin torpağında gözümüz olmayıb.
Müharibə
dövründə bəzi dövlətlər, BMT Təhlükəsizlik
Şurasının üzvləri ölkəmiz əleyhinə
müəyyən təşəbbüslər irəli
sürmüşdülər və bunun çox mənfi fəsadları
ola bilərdi. Bu, bir
daha Azərbaycana qarşı ədalətsizliyin
növbəti təzahürü idi. Onsuz da biz 30 il
ərzndə hər addımbaşı dünya
birliyinin ədalərtsizliyi, ikili standartları ilə
qarşılaşırdıq. Əgər beynəlxalq hüququn norma və
prinsipləri əsasında Ermənistana
işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq edilsəydi, dəhşətli
dağıntılar, qətllər, terror
aktları, insan tələfatı baş verməzdi. Nüfuzlu beynəlxalq
qurumların da qəbul etdikləri qətnamələr
təsdiqləyirdi ki, Azərbaycanın işi haqq işidir.
Çünki biz öz torpaqlarımızın
azadlığı, erməni işğalına son qoyulması, ərazi bütövlüyümüzün
bərpası uğrunda vuruşurduq.
Buna baxmayaraq, ermənipərəst
dairələr və ölkələr beynəlxalq hüququn norma və
prinsiplərinə zidd olaraq,
Azərbayacana qarşı tamamilə reallığı əks
etdirməyən qətnamə qəbul etdirməyə
çalışırdılar. Ancaq
dövlət başçımızın qətiyyəti,
üzaqgörənliyi çətinliklə də olsa, bu ədalətsizliyin
qarşısını aldı.
Müharbənin başa çatmasından ilyarım vaxt keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri artıq beynəlxalq aləmdə də heyrət doğurub. Dövlət başçımızın “Qarabağı cənnətə döndərəcəyik!” inamı bü gun özünü bütün sahələrdə doğruldur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağda aparılan tikinti-bərpa işlərinə bir sıra dövlətlərin iri şirkətləri də qoşulub. İşğaldan azad edilmiş ərazilərin, demək olar ki, hər tərəfində tikinti-bərpa işləri sürətlə davam etdirilir. Dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə müntəzəm səfərləri və yeni istifadəyə verilmiş müəssisələrin açılışı, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakları bu bölgələrin yaxın illərdə əvvəlkindən də cəlbedici olacağından xəbər verir.
Qarabağ böyük bir tikinti meydanını xatırladır: yeni hərbi hissələr, sərhəd zastavaları üçün binalar tikilir, yaşayış massivləri salınır, təhsil, səhiyə ocaqları, muzeylər tikilir, bərpa olunur, avtomobil və dəmir yolları, kommunikasiya xətləri yenidən qurulur.
Təbii ki, bu qədər işlərin həyata keçirilməsini yalnız iqtisadi cəhətdən qüdrətli olan dövlət həyata keçirə bilər. Çünki işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün böyük vəsait tələb olunur. Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmiz bütün bunların hamısını öz vəsaiti hesabına həyata keçirir. Prezident İlham Əliyev də xalqa müraciətlərində bunu diqqətə çatdırıb: “Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur.”
Dövlət başçmızın rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul edilib. Möhtərəm Prezidentimiz bu proqram barəsində məlumat verərkən deyib: “Bu proqram bir neçə ili əhatə edir və birinci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək , bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.
Qarabağda
start götürən bərpa-tikinti işləri planlı
şəkildə həyata keçirilir. İlk
növbədə, yaşayış binalarının
inşası nəzərdə tutulub. Digər
infrastruktur layihələri də icra edilir. Qarşya
qoyulan prioritet vəzifə
ərazilərin minalardan təmizlənməsi
prosesinin sürətləndirilməsidir. Çünki tikinti
aparılan ərazilərdə bu prosesin həyata keçirilməsi çox vacibdir. Eyni zamanda, əhalinin doğma dədə-baba yurdlarına təhlükəsiz
köçürülməsi üçün
ərazilərin minalardan təmizlənməsi
vacib şərtlərdəndir. Bu məqsədlə cari
ildə dövlət büdcəsində 100 milyon
manata yaxın vəsaitin ayrılması nəzərdə
tutulub . Çünki
bu məsələ həll olunmadan vətəndaşlar o
bölgələrə yerləşdirilə bilməz.
Qürurverici haldır ki, Qarabağda ucaldılan binalar, müasir və abad hərbi hissələrin, avtomobil və dəmir yolarının tikintisi, elektirk və su xətlərinin çəkilişi ermənilərin və onların havadarlarının gözləri qarşısında aparılır. Laçında, Kəlbəcərdə, Şuşada, Qubadlıda belə obyektlərin sayı getdikcə sürətlə artır. Bütün bunlar düşmənlərimizə göz dağıdır. Yenidənqurma, tikinti-bərpa işlərinin sürətlə həyata keçirilməsində əsas məqsəd bizim üçün keçmiş olan məcburi köçkünlərin azad edilmiş torpaqlara, isti ocaqlarına tezliklə qayıtmasıdır.
İşğaldan azad edilmiş bölgələr sırasında Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Artq Böyük qayıdışın bir addımlığındayıq. Çünki birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi, faktiki olaraq, yenidən qurulur, böyük və rahat kənd olacaq. Bu kəndin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarının şahidi olacaq. Ağalı kəndinin sakinləri artıq bu il doğma yurdlarında yaşayacaqlar. Səbrsizliklə gözlədiymiz Böyük Qayıdışın tezliklə şahidi olacağıq. Füzulinin Dövlətyarlı kəndinin bərpasına da bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Bura Ağalı kəndindən də böyük yaşayış məskəni olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır.
Təhlükəsizlik,
rahatlıq, rifah, məşğulluq və
gələcək inkişaf –
yaşayış üçün bütün amillər nəzərə
alınıb. Əhalinin rahat və təhlükəsiz
yaşaması üçün nə
lazımdırsa, dövlət tərəfindən həyata keçirilir. Bütün
güclər səfərbər olunub. Həmin
məqsədlər üçün hər
il 2,2 milyard manat, yəni, son iki ildə 4,4 milyard manat vəsait ayrılıb. Dövlət
başçımız bildirib ki, təxirəsalınmaz işlərin
görülməsi üçün əlavə
vəsait də ayrılacaq.
Qarabağda
həyata keçirilən böyük layihələrindən
biri də Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat
infrastrukturudur. Bu il
Zəngilan Beynəlxalq Hava
Limanının istismara verilməsi
reallaşdırılacaq. Ekspertlər də bildirirlər bu hava limanının çox böyük
funksiyaları olacaq. Çünki
Zəngilan ərazisi beynəlxalq əhəmiyyətə malikdir. Buradan keçən
dəmir və avtomobil yolları nəinki
Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək,
eyni zamanda, beynəlxalq
yükdaşımaları üçün
yeni bir yol olacaq. Xatırladaq ki, torpaqlarımız işğal
altında olan zaman
İrəvan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Guya, həmin yol Zəngilandan
keçməli idi. Dövlət
başçımızın qətiyyəti düşmənin
bütün ümidlərini gözlərində
qoydu. Hazırda Zəngilandan Qubadlıya və
Qubadlıdan Laçına çəkilən yol
Şərqi Zəngəzur iqtisadi
zonasındakı rayonlar arasında birləşməni
təmin edəcək. Horadizdən Ağbəndə gedən
dəmir yolunun inşası da sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar,
həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli
bir infrastruktur layihəsi
olacaq.
Ümumiyyətlə, Zəngəzur dəhlizi həm ölkəmiz, həm də region üçün əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılması qarşıya qoyulan prioritetlərdən biridir. Qeyd edildiyi kimi, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciət daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Yeri gəlmişkən, son 10-15 il ərzində ölkəmizin nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan istənilən yükü qəbul edir və onu tranzit kimi ötürə bilir.
Azad
edilmiş ərazilərdə elektrik təchizatı ilə
bağlı görülən işlər xüsusi qeyd edilməlidir.
Çünki regionun elektrik
enerjisi ilə tam təmin
olunması digər işlərin də həyata keçirilməsinə
təkan verir. Ötən il
20 meqavat gücündə 4 su elektrik stansiyası inşa edilib. Bunlardan ikisi Suqovuşanda, Laçın rayonunun
Güləbird kəndində və Kəlbəcər rayonunda Lev çayı
üzərində qurulub. Düşmən
məğlub olduğunu hiss
edıb qaçan zaman
30-dan çox elektrik
stansiyasını dağıdıb və məhv edib. Bu stansiyaların bərpasına
ötən il
başlanılmışdır. Artıq azad
edilmiş bütün
ərazilər digər bölgələrimizin elektrik
xətləri ilə birləşdirilib. Nəqliyyat infrastrukturunun, kommunikasiya
xətlərinin müasir tələblər
səviyyəsində qurulması ilə bağlı bütün planlarımız vaxtlı-vaxtında
yerinə yetirilir.
İşğaldan
azad edilmiş torpaqlarda tikinti-bərpa işləri davam
etdirlir. Üç məktəbin inşası bu il başa
çatmalıdır – Ağdamda 1
nömrəli məktəb, Cəbrayıl və Şuşa şəhərləində məktəb
binalarının tikintisi bu
il başa çatacaq. Hər üç
məktəb 960 yerlikdir. Bununla bərabər, dörd xəstəxananın inşası davam etdirlir. Şuşa şəhərində xəstəxananın
bu il istismara
veriləcəyi planlaşdırılıb, Ağdamda
210, Füzulidə 180 çarpayılıq xəstəxanaların
inşasına start verilib.
Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın
təməli qoyulacaq.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma, bərpa işləri geniş vüsət alıb. Dövlət başçımızın qeyd etdiyi kimi, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ Azərbaycandır!
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti .- 2022.- 4 iyun.- S.4.