Türkün gücünü dünyaya
göstərən “TEKNOFEST”
Türkiyə ilə Azərbaycan dostluğu, qardaşlığı 30 il ərzində bütün geosiyasi proseslərdən uğurla çıxan iki dövlət arasındakı münasibərlərin təzahür formasıdır. Ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında prezidentlərin çıxışlarından da gördük ki, artıq Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən doğacaq yeni mərhələ, qlobal yanaşma və strateji məsələlər var. Bunların da kökündə qardaşlıq, dostluq durur və bu gün dünyada gedən proseslər fonunda bu iki dövlətin bir yerdə olması dünyaya sülh, əmin-amanlıq, yenilik gətirir. Dünya şöhrətli alim Əziz Səncərın Şuşaya getməsi, orada fəxrlə “Mən öz torpağımdayam” – deməsi onu sübut edir ki, hər bir türk harada yaşamasından asılı olmayaraq, Şuşanı özününkü bilir, Qarabağı doğma yurdu hesab edir. Birliyimiz onu göstərir ki, hər bir türk üçün Azərbaycan Vətəndir, doğmadır, onu qorumağa da hər an hazırdır.
Festivalda iştirak etdim. Çox qürurverici
anlar yaşadım.
Gənclərin daha çox
Səlcuq Bayraqdarın
ətrafına toplaşdıqlarını
müşahidə etdim.
Onlar Səlcuq bəylə şəkil çəkdirir,
tövsiyələrini dinləyir,
suallar verirdilər.
Festivalda
öz ixtiraları ilə iştirak edən azərbaycanlı gənclər də vardı. Sevindirici haldır ki,
mükafat alanlar arasında onlar da oldu. Bu, bizdə böyük
qürur və sevinc hissi yaradır.
Vətən müharibəsində yaratdığı
PUA-larla düşmənə
qan udduran Səlcuq Bayraqdarın festivalla bağlı fikirləri maraqlı oldu. Səlcuq bəy
dedi ki,
”TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi
və əxlaqı əldə rəhbər tutan bir ruhdur.
Bu ruh ölkələrimizi
tam müstəqil və
firavan edəcək, səmalarımızı, dənizlərimizi,
torpaqlarımızı qoruyub
dirçəldəcək yüksək
texnologiyaları bütün
cəmiyyətlə birlikdə
inkişaf etdirmək səfərbərliyidir: “Mənə
dünən ilk dəfə
görməyin nəsib
olduğu işğaldan
azad edilmiş qədim şəhərimiz
Şuşada, Cıdır
düzündə, o geniş
düzdə azad şəkildə gəzərkən
bu ruhu daha
da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?”
– deyə soruşduğum universitet tələbəsi gənc
bir qız bu ruhu belə
ifadə edərək
dedi: “Dünya türkün gücünü
görsün, yerini bilsin”. Biz də
bu yola bu
amalla çıxmışıq,
“TEKNOFEST”in şüarının
artıq düşüncələrdə
yer aldığını
görürük. Bundan sonra
üzərimizə düşən
vəzifə türk nəsillərinin yolunu açmaq üçün
dayanmadan çalışmaqdır”.
Fəaliyyət göstərdiyi Amerikadan
Bakıya gələn
Nobel mükafatı laureatı,
görkəmli alimimiz
Əziz Səncərin
gənclərə müraciəti
daha ibrətamiz oldu: “Mardin vilayətinin
Savur rayonundan çıxan və oxuma-yazma belə bilməyən bir ailənin uşağına
bu şansı verən millətimizə güvənin. Vətənimizin – Vətənimiz dediyim zaman mən
həm Türkiyə,
həm də Azərbaycanı nəzərdə
tuturam, onu da açıqlayım, – yüksəlməsi üçün
lap çox çalışın.
İşlər qaydasında getmədikdə
belə düzəltmək
üçün mübarizə
aparın, inadkar olun və məğlubiyyəti
əsla qəbul etməyin”.
Azərbaycan Prezidenti İlham
Əliyev Türkiyə
ilə münasibətlərin
yüksək səviyyədə
olduğunu xatırladaraq,
yaxşı günlərdə
də, çətin günlərdə də hər zaman bir - birimizin yanında olduğumuzu vurğuladı və dedi ki, elə
etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə – Azərbaycan qardaşlığı,
birliyi xalqlarımız
üçün əsas
yol istiqamətidir, bölgə üçün,
dünya üçün
də çox önəmli amildir, təhlükəsizlik, sabitlik
amilidir: “Nə qədər Türkiyə
və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh
və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi
zamanı gördük.
Türkiyə bizim yanımızda
idi. Əziz qardaşım, hörmətli
Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında
“Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – deməsi bizə əlavə güc verdi, ruh
verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Dövlət
başçımız türk dünyasının
böyük oğlu, dünya şöhrətli alim Əziz Səncərin
“TEKNOFEST”in hörmətli qonağı olduğunu
vurğuladı və gənclərə müraciət etdi:
“Əziz bəylə keçən görüşümü
xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var
idi hər zaman – Şuşaya getmək. Mənimlə
görüşdən sonra Şuşaya getmişdir və
bildirmişdir ki,
artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona
nail olmuşam –
Şuşanı da gördüm.
Bu, bizi də çox xoşbəxt etdi.
Əziz Səncər kimi insanlar
gənclər üçün örnəkdir,
nümunədir – həm alim, həm vətəndaş,
həm türkçü, həm vətənpərvər
insan. Siz gənclər,
Əziz bəyə oxşamağa
çalışmalısınız.”
“TEKNOFEST”in
ölkə xaricində ilk dəfə Azərbaycanda təşkil
edildiyini qeyd edən Türkiyə Prezidenti R.T.Ərdoğan festivalı
Azərbaycan gəncliyinin bacarığını,
istedadını nümayiş və inkişaf etdirməsi
üçün önəmli bir platforma kimi dəyərləndirdi:
“TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən
siz gənclərimiz sabahın pilotsuz uçuş
aparatlarını, süni zəkalarını, rəqəmsal
texnologiyalarını istehsal edən və inkişaf etdirən
alimləri olacaqsınız”.
Türkiyə ilə Azərbaycan dostluğu – qardaşlığı sarsılmazdır. Prezident İlham Əliyevin dediyi kimi, iki ölkə prezidenti arasındakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.
Aydın
HÜSEYNOV,
Milli Məclisin deputatı
Xalq qəzeti .- 2022.- 4 iyun.- S.8.