Şuşa ili” tədbirləri şəhərə xoş ovqat bəxş edir

 

Şuşa Azərbaycanın incisi, Qarabağın

 

gözüdür, bizim qədim abidələrimiz olan, qədim

 

dövlətçiliyimizin şəhəridir. Şuşa təkcə şuşalılar

 

üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini,

 

millətini sevən hər bir vətəndaş üçün əziz bir

 

şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz

 

bir abidədir.

 

Heydər ƏLIYEV Ümummilli lider

 

Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini hamımız yaxşı bilirik, 1752-ci ildə Pənahəli xan qoymuşdur gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik biz gəldik.

Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik öz ərazi bütövlüyümüzü bərpa etdik milli ləyaqətimizi bərpa etdik”. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri səsləndirən Ali Baş Komandan İlham Əliyev 2022-ci iliŞuşa ilielan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı.

Mühüm siyasi tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. 2022-ci ilin AzərbaycandaŞuşa ilielan edilməsi, həmçinin Şuşanın bu günü gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesaj, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsidir.

Bu il Şuşanın 270 illiyinin qeyd olunacağı tarix kimi simvolikləşmir. Həm ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Vaqif məqbərəsinin 40 illiyidir. yenə bu il ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, idealları istiqlal təlimi ilə yoğurub hasilə gətirdiyi Yeni Azərbaycan Partiyasının 30 illiyidir. Bütün bu rəqəmlərin ayrılıqda hər biri birlikdə hamısı Azərbaycanın bugünü deməkdir, qazanılan Zəfər, müzəffər ordu qalib Ali Baş Komandan deməkdir.

Nazirlər Kabinetinin təsdiq etdiyiŞuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən, bu ilin may ayından başlayaraq, Azərbaycanın mədəniyyət paytaxtında genişmiqyaslı möhtəşəm tədbirlər təşkil edilməyə başlanıb. Azərbaycan tarixinin, elm mədəniyyətinin təbliğinin önə çıxdığı bu tədbirlərdə xarici ölkələrdən gələn qonaqlara ölkəmizin inkişafı, azad edilmiş ərazilərdə görülən işlər barədə ətraflı məlumat verilir,

2022-ci il mayın 12-də V “XarıbülbülBeynəlxalq Folklor Festivalının açılışı baş tutdu. Mərasimin açılışında Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət, ictimaiyyət nümayəndələri, xarici qonaqlar iştirak etdilər. Festivala 10 ölkədən müxtəlif folklor üslublarında musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qoşulmuşdu. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığıAzərbaycan musiqisində multikulturalizmmövzusunda təqdim edildi, eləcə , xalq mahnıları klassik musiqidən ibarət proqram təşkil olundu.

Festival tədbirlərinə Azərbaycan, Mali, Türkiyə, Özbəkistan, Gürcüstan, Tunis, Misir Pakistandan olan musiqiçilər, rəqqasə müğənnilər dəvət edilmişdi. Üç gün ərzində festival səhnəsində təkcə Azərbaycanın deyil, həmçinin dəvət olunmuş digər ölkələrin ən yaxşı musiqi kollektivlərinin uğurlu çıxışları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Onlar öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini məharətlə təqdim etdilər.

Bizim muzey Şuşa iliçərçivəsində silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri Beynəlxalq Muzeylər Günü ərəfəsində təşkil edilənŞuşa musiqiçilərisərgisidir. 200 eksponatın yer aldığı sərgidə Şuşa şəhərində dünyaya göz açan musiqi mədəniyyətimizə töhfələr verən sənətkarlardan şair, musiqişünas, rəssam Mir Möhsün Nəvvabın şəxsi əşyaları, xanəndələr Keçəçioğlu Məhəmmədin qavalı, Məşədi Məmməd Fərzəliyevin, Məcid Behbudovun, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin fotoşəkilləri, bəstəkarlar Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Süleyman Ələsgərov, Əşrəf Abbasov başqalarının not yazıları digər qiymətli materiallar nümayiş olunur. Həmçinin, muzeyin zəngin kolleksiyalarından xeyli eksponatlar Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuşMədəniyyətimizin incisiQarabağsərgisində nümayiş edilir. Eləcə sosial şəbəkələrdəŞuşa musiqiçilərirubrikasında hər həftə muzeyin kolleksiyalarından materiallar təqdim olunur.

Tarixdən məlumdur ki, XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilib. Şuşada, Cıdır düzündəXarıbülbülBeynəlxalq Folklor Festivalının keçirilməsi Azərbaycan mədəniyyətinin, tarixi-mədəni irsimizin möhtəşəm təbliğinin, azad olunmuş torpaqlarda oyanışın hələ başlanğıcıdır. Bundan sonra Azərbaycanda bayram bayrama qarışacaq, Böyük Qadışın təntənəsi uzun müddət dünyaya əks-səda salacaq.

 

Alla BAYRAMOVA,

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti .- 2022.- 11 iyun.- S.10.