Azərbaycanın inkişaf və tərəqqi dövrünün
başlanğıcı
Bu gün böyük insan Heydər
Əliyevin ömür yolu
hər birimiz üçün
xalqa, Vətənə xidmət etməyin
rəmzinə çevrilib. Bu gün onun
ən sevimli kəlmələrindən
birini–“Mən fəxr edirəm ki, mən
azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz
xatirəsi qarşısında baş əyirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Milli qurtuluşa aparan yol 29 il əvvəl baş verənləri gözlərimiz önündə canlandırır və bizə tariximizi vərəqləməyi diktə edir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi mərd oğul və qızlarımızın qanı bahasına bərpa edilmiş müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Bir tərəfdən ölkədə tez-tez baş verən hakimiyyət dəyişikliyi, sərhədlərin müdafiəsinin unudulması, digər tərəfdən ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin respublikamızda xof yaratması və qanunlara tabe olmaması, o cümlədən ölkədə yaranmış hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı hissə-hissə zəbt edən Ermənistan ordusunun törətdiyi vəhşiliklər Azərbaycanı parçalanmaq həddinə çatdırırdı.
Həmin
dövrdə hakimiyyəti ələ keçirmiş
AXC-Müsavat cütlüyü ziyalıları,
tanınmış ictimai-siyasi xadimləri, həmçinin
ağsaqqalları, elm adamlarını yaxına buraxmır,
onlarla məsləhətləşmir və hakimiyyəti
özlərinin zəif təfəkkürləri ilə “idarə
edirdilər”. Bu cütlüyün
vəzifəyə təyin etdiyi şəxslər
, əsasən, savadsız, dövlət idarəçiliyində
heç bir təcrübəsi
olmayan, əsas amalı var-dövlət toplamaq olan naşı adamlar idi. Vəziyyət
getdikcə ağırlaşırdı. Qanunlara
tabe olmayan
ayrı-ayrı şəxslər ətraflarına
topladıqları qeyri-qanuni silahlı birləşmələrlə
hakimiyyəti ələ keçirmək üçün
min bir oyundan
çıxırdılar.
1993-cü ilin iyun ayı. Məhz bu
tarixdə müstəqilliyini yenicə bərpa edən Azərbaycan
xalqı Sovet İtifaqının əsarətindən
qurtulduğu üçün
sevinməyə macal tapmamış, fəlakətə
sürükləndi. AXC-Müsavat
iqtidarının ölkəyə kor-koranə rəhbərliyi
respublikamızı kiçik
xanlıqlara bölür və bununla da Azərbaycan dünya xəritəsindən silinmək ərəfəsinə
yetişirdi. Xalqın taleyini
yalnız öz maraqlarını güdən,
“kreslo” davasına çıxan
naşı adamlar həll edirdi.
Azərbaycan
idarəolunmaz vəziyyətə çatmış ölkəyə
çevrilirdi. Hakimiyyətdə
olanların ölkənin tanınmış ictimai-siyasi
xadimlərinə güvənməsi əvəzinə xarici ölkələrdəki himayədarları
ilə məsləhətləşmələri xalqla iqtidar arasında uçurum yaradırdı. Xalqın
narazılıqlarına əhəmiyyət verməyən AXC-Müsavat cütlüyü
yalnız hakimiyyəti saxlamağı
düşünərək, respublikamıza faciə gətirmiş,
günahsız insanların həlak olmasına şərait
yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı və suverenliyimizə
təhdid yaratmışdı. Bütün
ölkələrlə münasibətlər korlanmış,
bəzi ölkələrə qarşı
iddialar irəli sürməklə Azərbaycanı
qonşu dövlətlərlə
düşmən etmişdi və
respublikanı təcrid vəziyyətə
salmışdı. AXC-Müsavat cütlüyünün bir
illik hakimiyyəti ölkədə anarxiya, xaos,
özbaşınalığın tüğyan
etməsi, iqtisadiyyatın çökməsi, əhalinin
sosial durumunun son dərəcə
ağırılaşması, torpaqlarımızın
işğalı ilə nəticələnmişdi.
1993-cü
ilin 4 İyun hadisələri vəziyyəti daha da gərginləşdirdi.
AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə
yüksəltdiyi, korpus komandiri
Surət Hüseynov hakimiyyətə tabe olmur, öz
silah yoldaşları ilə birlikdə iqtidara meydan oxuyurdu. O, hakimiyyətin istefasını tələb
edir, ölkədə birinciliyi
öz əlinə almaq
istəyirdi. Gəncədə baş verənlər
ölkədə vəziyyətin təhlükəli həddə
çatmasının əsas sübutu idi. Ovaxtkı hakimiyyətin səriştəsizliyi,
baş alıb gedən siyasi
xaos ölkəni vətəndaş
müharibəsi ilə üz-üzə qoydu.
İqtidarın Surət Hüseynovu və
rəhbərlik etdiyi hərbi birləşməni
tərksliah etmək üçün
göndərdiyi silahlı qüvvələr ağır məğlubiyyətə
uğradı. Qardaş qanı axıdıldı,
günahsız insanlar qətlə yetirildi. Vəziyyət daha
da ağırlaşdı və ölkə
vətəndaş müharibəsi həddinə
çatdı.
Azərbaycan
torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən
davamlı işğalı, getdikcə gərginləşən
siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan
sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək,
xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin
bütün təbəqələri əmin
idilər ki, müstəqilliyini yenicə
bərpa etmiş ölkəni düşdüyü ağır və
dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət dövlət
idarəçiliyində zəngin təcrübəsi olan, dünya şöhrətli
siyasi xadim Heydər
Əliyev ola bilər. Əslində, bu istək bütün
xalqın ürəyinin səsi idi.
Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə
öz gələcək taleyini
özü həll etmək niyyətində
idi. Beləliklə, xalq ölkəni fəlakətdən qurtarmaq üçün ulu öndər Heydər Əliyevə
müraciət etdi.1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın
çağırışına səs verərək
Bakıya qayıtdı və Azərbaycan Xalq
Cümhuriyyətinin taleyindən daha dəhşətli
hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan
xilas etdi. Həmin gün, sözün həqiqi
mənasında, respublikamızın taleyində dönüş anı oldu.
Xalqımızı nicata aparan
yol bilavasitə həmin gündən
başlandı.
Xalqın
təkidi ilə Naxçıvandan Bakıya gələn ulu
öndər əvvəlcə Gəncəyə gedib baş
verən hadisələrlə yerində tanış
olmağı qərara aldı. “Əminik ki, Gəncə hadisələri diqqətlə
araşdırılacaq, mübahisəli məsələlər
bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət
quruculuğu naminə
danışıqlar, qarşılıqlı anlaşma
və sülh yolu ilə
həll ediləcək” söyləyən ulu
öndər Gəncəyə yollanmaqla əsl
həqiqəti öyrənməyə çalışdı.
Bu səfərin çox
təhlükəli olduğu
hamıya bəlli idi. Hətta, hakimiyyət
hərisləri ulu öndərə qəsd
də edə bilərdilər. Ancaq bu təhdidlərin, təhlükələrin heç biri Heydər
Əliyevi qərarından döndərə bilmədi. Ümummilli lider Gəncəyə
yollandı. Gəncəlilər xilaskar lideri böyük hörmət
və ehtiramla qarşıladılar.
1993-cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin Sədri seçildi. Xalqımızın
taleyində böyük əhəmiyyəti
olan günlərdən biri
də məhz tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il
iyunun 24-də Milli
Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri
Heydər Əliyevə verildi. Ulu öndərin
hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin
ictimai-siyasi və iqtisadi
böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri
qoyuldu, beynəlxalq aləmə inteqrasiya olunmağa
başladı və dost qonşu
dövlətlərlə əlaqələr tədricən bərpa
olundu. 1997-ci ilin iyun ayında Milli Məclis
15 iyun gününü
bayram elan etdi.
Prezident
İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan
tarixində dönüş nöqtəsi adlandırıb. Danılmaz həqiqətdir ki, Azərbaycanın
müasir və müstəqil dövlət
kimi mövcudluğu,
inkişafı XX əsrdə ikinci dəfə
qazandığımız müstəqilliyin ilk
illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə
əlaqədardır.
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi olan 1993-cü ilin 15 iyunu, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq, tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin möhkəmləndirilməsı, qurtuluşu deməkdir.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı, xalqın ciddi narahatlığına səbəb olan qeyri-qanuni silahlı birləşmələri zərərsziləşdirdi, ordudakı pərakəndəliyi aradan qaldırdı və vahid ordu formalaşdırdı. Tədricən iqtisadi sahədə əsaslı dönüş yaratdı, dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Həmin
vaxt möhkəm təməllər üərində
qurulmuş sabitlik Prezident İlham Əliyev tərəfindən
daha da inkişaf etdirildi. Möhtərəm
Prezidentimiz ölkəmizin beynəlxalq təşkilatlarla
əməkdaşlığı istiqamətində bütün imkanlardan
istifadə etdi və Azərbaycanı dünyada sülh tərəfdarı,
Ermənistanı isə işğalçı ölkə kimi tanıtdı. Bu illər
ərzində möhtərəm Prezidentimizin
qarşıya qoyduğu prioritet
vəzifə ordu quruculuğunu
daha da inkişaf
etdirmək idi. Dövlət
başçımız qarşısına qoyduğu
məqsədə nail oldu.
Məhz ulu öndərin ordu
quruculuğu istiqamətində
başladığı işlər və müəyyənləşdirdiyi
strategiya sayəsində bu
gün Azərbaycan Silahlı Qüvvələri
dünyanın ən güclü
orduları sırasında yer alır.
2020-
ci il sentyabrın 27- də Ermənistan ordusu sərhədboyu ərazilərimizdə
təxribatlar törədərək, ölkəmizə
müharibə elan edən zaman qarşılarında
güclü Azərbaycan Ordusunu gördü. Cəmi 44 gün davam
gətirə bilən Ermənistan silahlı qüvvələri
darmadağın edildi və təslim
oldu. Rəşadətli ordumuzun
qazandığı tarixi Qələbə
Azərbaycanın dünya birliyndəki nüfuznu daha da yüksəltdi.
Azərbaycan ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Ölkəmiz Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş, dünyada söz sahibi olan Azərbaycandır.
Məlahət
İBRAHİMQIZI,
Milli Məclisin deputatı
Xalq qəzeti .- 2022.- 18 iyun.- S.7.