Vətən müharibəsində müasir döyüş tarixinin şanlı səhifəsini yazan ordumuz

 

Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bərabər, həm də dövlət sərhədimizdə diversiya təxribatları törətməkdən çəkinmirdi. Təbii ki, ordumuzun ayıq-sayıqlığı qarşı tərəfin bütün niyyətlərini puça çıxarırdı. İşğalçı ölkənin davamlı olaraq təxribata cəhd göstərməsi həm də onun münaqişənin həlli ilə bağlı mövqeyində qeyri-səmimiliyini nümayiş etdirirdi. Bu isə o demək idi ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı deyilbununla işğalçı dövlət olduğunu bir daha təsdiqləyir.

Vətən müharibəsindən əvvəl Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatlar da qeyd edilən fikrin əyani sübutu idi. Belə ki, 2020-ci il iyulun 12-də işğalçı ölkənin silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətində mövqelərinə artilleriya atəşi ilə zərbə endirməklə təxribat törətdi, dövlət sərhədimizi pozdu. Hər zaman olduğu kimi, Tovuz hadisələrində də Ermənistan tərəfi günahı Azərbaycan Ordusu üzərinə yıxmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərdi. Yeri gəlmişkən, həmin hadisələr vaxtı Ermənistan tərəfindən Azərbaycana qarşı yönəldilən iddialar heç bir məntiqə, düşüncəyə sığmırdı. Belə ki, guya hərbçilərimiz tərəfindən UAZ maşını ilə Ermənistan sərhədi pozularaq diversiya törətməyə cəhd edilib. Prezident İlham Əliyev isə həmin vaxt çıxışlarının birində dedi: “Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm, bizim hərbi postumuz artilleriya atəşi ilə vurulubbu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar...”.

Dövlətimizin başçısı erməni silahlı qüvvələrinin həmin təxribatından dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinə həlak olan hərbçilərimizin intiqamının alınması, onların qanının yerdə qalmaması üçün göstərişlər verdi, həmçinin müvafiq strukturlara beynəlxalq təşkilatların Ermənistanın bu diversiyası ilə əlaqədar dolğun məlumatlandırılmasını tapşırdı. Lakin bütün cavab tədbirləri erməni faşistlərini Azərbaycana qarşı yeni təxribatlar törətməkdən çəkindirmədi. Belə ki, az sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdi, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alındı və itkilər verərək geri çəkilməyə məcbur edildi.

Bu hadisə, eyni zamanda, Ermənistanın təxribatçı tərəf oduğunu bir daha sübuta yetirməklə yanaşı, Azərbaycan Ordusunun hazırlıq səviyyəsini, peşəkarlığını da göstərdi. Bütün bu təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlüriyakar fəaliyyətinin məntiqi nəticəsi idi. Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək, iki ölkə qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək istəyir, digər tərəfdən də, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etməyə, mövqelərimizi zəiflətməyə cəhd göstərir, mülki əhalini, kəndlərimizi atəşə tuturdu. Bu çirkin və məkrli siyasət, şübhəsiz ki, Ermənistanı uçuruma aparırdı. Təbii ki, bütün məsuliyyət də Ermənistan rəhbərliyinin üzərinə düşürdü.

Beləliklə, 2020-ci il sentyabrın 27-də Azərbaycanın işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı ilə təcavüzkarın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad olundu. Bu, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, döyüş ruhunun məntiqi nəticəsi idi. Bu qələbə, eyni zamanda, bütün dünyaya xalqımızın torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, yumruq kimi bir olmağını, milli birliyini nümayiş etdirdi, həmçinin şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını göstərdi.

Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Burada Silahlı Qüvvələrimizin güc-qüdrəti haqqında aydın təsəvvür yaransın deyə diqqəti bir məqama yönəltməyi zəruri sayıram. Belə ki, işğaldan azad edilən rayonlarımızın ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bir neçə müdafiə xəttindən ibarət olan bu istehkamlar müasir standartlar tətbiq edilməklə hazırlanıb. Həmin sədlərin keçilməsi ciddi texnikainsan itkisi olmadan, ümumiyyətlə, mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində müdafiə istehkamlarının tamamilə dağıdılması, ərazilərimizin işğaldan azad olunması Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Prezidentinin Silahlı Qüvvələrimizə hər zaman diqqət və qayğı göstərməsi, ordumuzun müasir texnika və silah təminatına xüsusi əhəmiyyət verməsi indiki müharibədə möhtəşəm qələbəmizi şərtləndirdi, ərazi bütövlüyümüzü reallaşdırdı. Beləliklə, 44 günlük savaşda ordumuz ən ağır əməliyyatları uğurla başa çatdırdı, ən çətin, mürəkkəb sədləri asanlıqla dəf etdi. Buna görə də dünyanın bir sıra inkişaf etmiş ölkələrində Azərbaycanın hərbi təcrübəsinin öyrənilməsi qərarlaşdırıldı. Cənab Prezident çıxışlarının birində bununla bağlı dedi: “Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasdabu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişikİkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq”.

Azərbaycan 44 gün ərzində əldə etdiyi parlaq qələbə ilə Ermənistanın işğalına, saysız-hesabsız təxribatlarına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər Silahlı Qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı şanlı qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Bu münasibətlə keçirilən Zəfər paradı da 44 günlük haqq savaşımızda Silahlı Qüvvələrimizin güc-qüdrətini, həmçinin xalq-Prezident-ordu birliyinin sarsılmazlığını bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.

 

Şair RAMALDANOV,

 

ehtiyatda olan polkovnik, hərbi ekspert

 

Xalq qəzeti .- 2022.- 25 iyun.- S.4.