Azərbaycan – Türkiyə dostluğu regionalqlobal əməkdaşlığa da töhfələr verir

 

2009-cu ildə Naxçıvan Zirvə görüşündə o vaxt Naxçıvan sazişi im­zalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayı­mız 7-yə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır. Eyni zamanda, bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik. Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə görüşü keçi­rilmişdirbizim təşkilatımız – həm üzv ölkələr bir-birinə kömək göstərirlər, həm də başqa ölkələrə kömək göstəririk.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfəri və orada türkiyəli həmkarı ilə görüşü barədə qələmə almaq istədiyim sətirləri dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi kimi qəbul edilən bir faktı yada salmaqla başlamaq istəyirəm.

 

Yadımdadır, bir neçə il əvvəl İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilirdi. Sammitin tribunasından elan edilmişdi ki, Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya və İraqın daxil olduğu Asiya qrupu adından Azərbaycan Prezidenti İlham Əliyev çıxış edir. O zaman mən bu xəbəri radiodan eşidəndə dərhal mətnin yazılı variantını da görmək istədim. Çünki o siyahıda çox böyük dövlətlər var idi.

 

Ancaq tək həmin fakt deyil. Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasının, AŞPA Nazirlər Komitəsinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının ən ali toplantılarına sədrlik etməsini də çox görmüşük. Bütün bunlar geridə qalan illərin tarixinə yazılıb. Bu gün isə dünyada son otuz ilin ən mürəkkəb prosesləri gedir. Hamının diqqəti sonu görünməyən münaqişələrin müzakirə olunduğu ünvanlara yönəlib.

 

Biz fəxr edirik ki, region və hətta dünya üçün ağır nəticələr verə biləcək qarşıdurmaların ara­dan qaldırılması üçün ən çox təşəbbüskarlıq edən ölkələrdən biriqardaş Türkiyə Cümhuriyyətidir. İndi artıq həm cənab Rəcəb Tayyib Ərdoğan dünya liderləri ilə intensiv ünsiyyət yaradır, həm də bir çox böyük dövlətlərin rəsmiləri Türkiyə Prezidentinə zəng edir, münaqişələrin həllində maraqlı olan tərəflərin dövlət və hökumət rəsmiləri Ankaraya, İstan­bula, Antalyaya gəlirlər.

 

Elə Azərbaycan Prezidenti İlham Əliyev də məhz dünya üçün önəmli olan bu günlərdə Ankaraya səfər etmişdir. Dövlət başçımızın bu səfəri təkcə Azərbaycan və Türkiyə üçün vacib olan məsələlərin müzakirə edilməsi məqsədini daşımırdı. Burada söhbət regional əhəmiyyətli məsələlərin müzakirəsindən gedir­di. Ən azı, on ölkənin maraqlarına cavab verən Zəngəzur dəhlizinin açılmasının, onun region üçün ya­ratdığı perspektivlərin, bu xüsusda Qars–Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin vacibliyi gündəliyə gətirilmişdi.

 

Eləcə də Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan –Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etməsi, münaqişənin həll edilməsindən sonra Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında aparılan fikir mübadiləsi də təkcə ölkələrimizin maraqlarını təmin etmirdi.

 

Azərbaycan Prezidentinin Ankara səfəri zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacib­liyi qeyd edilmişdir ki, bu da həmin tarixi sənədin icrasının tezləşdirilməsi məqsədini daşıyırdı. Bu görüşdə söhbət təkcə Azərbaycan – Türkiyə təmaslarının sıxlaşdırılmasından deyil, həm də Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmaslarının intensivləşdirilməsindən gedirdi.

 

Təbii ki, bu gün dünyanın bü­tün ölkələrini ən çox narahat edən məsələ enerji təhlükəsizliyinin təmin olunmasıdır. Dövlət başçımızın Ankara səfəri zamanı da Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulmuş, bu xü­susda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunmuş, həmin dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilmişdir. Eləcə də, həmçinin İğdır –Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsindən investisiya ayrılmasının nəzərdə tutul­duğu bildirilmişdir.

 

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətləri elə səviyyədədir ki, dövlət başçıları istənilən təmas zamanı cəmiyyət həyatının bütün sahələrinə aid olan məsələləri müzakirə edirlər. Yəni, bizim üçün hansısa səfərin konkret birya iki məsələni əhatə etməsi məhdudiyyəti yoxdur. Azərbaycan Prezidentinin Ankara səfəri zamanı da həmin arqumentin təsdiqinə şahidlik etdik. Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələsi müzakirə edilmiş, hərbi, hərbi texniki, o cümlədən, hərbi təlim və tədris sahələrində əməkdaşlığın səviyyəsi barədə fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuş­dur.

 

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan – Türkiyə dostluq və tərəfdaşlıq münasibətləri beynəlxalq aləmdəki proseslərə də öz töhfəsini verməkdədir. Ona görə də dövlət başçımızın Ankara səfəri zamanı Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılmış, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilmişdir.

 

Bu, bir faktdır ki, Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Türkiyənin gücünüsiyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur.

 

Bu gün Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyənin in­kişafı, bu ölkədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Biz bir neçə il əvvəl belə düşünürdük ki, Türkiyənin güclənməsi bütün türk dövlətlərinə əlavə güc ve­rir. İndi isə məlum olur ki, Türkiyənin güclənməsi regionun bütün ölkələrinin də sabitliyin qorunmasına, inkişa­fın təmin edilməsinə özünəməxsus töhfələr verir. Dostları və müttəfiqləri ildən-ilə artan Azərbaycan dövləti də artıq dünyada söz sahibinə çevrilmiş­dirbiz həmin faktın təsdiqini artıq hər ay deyil, hər gün hiss edirik.

 

Bu sətirləri Azərbaycan Prezidenti İlham Əliyevin bir çıxışından seçdiyim sitatla tamamlamaq istəyirəm: “Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdirortaq maraq­larımızdır”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2022.-12 mart.-S.3.