Antalya Forumu – dünyanın sabahına cavabdehlik

 

2500 siyasətçi, diplomat, alim, biznes adamı və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi yüksək səviyyəli İkinci Antalya Diplomatik Forumu (ADF) öz işini uğurla başa çatdırdı. Türkiyənin digər bölgələrinə güclü qar yağsa da, kurort şəhəri Antalyada həm hidrometeroloji, həm də siyasi baxımdan mülayim hava hökm sürürdü. Əzəmətli “NestKonqres Mərkəzi forumun əsas ünvanı idi. Oraya toplaşan müsafirlər üç gün ərzində dünyəvi və regional məsələləri çözməyə çalışdılar, dünyanın sabahı ilə bağlı qayğılardan danışıb, işgüzar təkliflərini səsləndirdilər...

 

Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalarmövzusunda keçirilmiş ilk forumdan daha əhatəli olması ilə seçilən budəfəki tədbir “Diplomatiyanın yenidən qurulması” ümumi adını daşıyıb. Möhtəşəm beynəlxalq forum Türkiyə Prezidenti Administrasiyasının dəstəyi ilə Xarici İşlər Nazirliyi tərəfindən keçirilib və yüksək səviyyədə təşkili ilə də diqqət çəkib.

 

Forumda 17 dövlət və hökumət başçısı, 80 nazir olmaqla 75 ölkədən nümayəndələr iştirak ediblər. Bun­dan başqa, tədbirə NATO və ATƏT də daxil olmaqla, 39 beynəlxalq və regional təşkilatın təmsilçiləri qatılıb­lar. Forumu, təxminən, 30-dan çox ölkədən olan 350-yə yaxın media nümayəndəsi işıqlandırıb. NATO-nun Baş katibi Yens Stoltenberq, Birləşmiş Millətlər Təşkilatının Sivi­lizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel MoratinosBMT-nin xüsusi nümayəndəsi James Svan, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell, Avropa Parlamentinin rəhbərləri də ADF-yə qatılanlar arasında olublar.

 

Forumdan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğ­lu keçirdiyi mətbuat konfransında tədbirin məqsəd və mahiyyəti barədə söz açıb və iştirakçıların münasibətini yüksək dəyərləndirib. Rəsmi açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib. BMT-nin Baş katibi Antonio Quter­reşin iştirakçılara videomüraciəti yayımlanıb.

 

Türkiyə Prezidenti öz nitqində deyib: “Keçən il pandemiya şəraitinə baxmayaraq, Antalya Diplomatik Forumunun ilk iclasını uğurla keçir­dik. İnanıram ki, bütün bəşəriyyətin sağlamlıq böhranı ilə mübarizə apardığı ağrılı bir dövrdə Antalyadan verdiyimiz sülh, dialoq və həmrəylik mesajları foruma çox fərqli məna qatır. İkinci Antalya Diplomatik Forumuna olan maraq onu göstərir ki, tədbirin zaman keçdikcə qlobal diplomatiyanın ürəyinin döyündüyü yerə çevrilməsi ilə bağlı arzumuz tezliklə reallığa çevriləcək”. Sonra cənab Ərdoğan forumda iştirak edən dövlət və hökumət başçılarının, müxtəlif ölkələrin nümayəndələrinin və digər qonaqların sessiyalara töhfələri ilə yanaşı, onlar arasında qurulacaq güclü dialoqun da çox mühüm olduğunu bildirib.

 

Ukrayna böhranına toxunan natiq həmin qarşıdurma başla­dıqdan sonra ilk yüksək səviyyəli görüşün Türkiyədə keçirilməsinin Antalya Diplomatiya Forumunun öz məqsədinə çatdığını göstərdiyini vurğulayıb: “Qonşularımız arasın­da böhranın qaynar münaqişəyə çevrilməsindən təəssüflənirik. Gərginliyin bu mərhələyə çatması ən çox bizi narahat etdi. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və silahlar tezliklə susacaq”.

 

Dünyada yenidaha etibarlı diplomatik münasibətlər formasının tapılması, böhran və münaqişələrin həlli yolları forumda ətraflı müzakirə olunub. Panel iclasları konkret olaraq demokratik idarəetmə, liderlikdiplomatiya, rasizmdiskriminasiya, Avropa üçün siyasi muxtariyyət, Afrikanın inkişafı, Asiya-Sakit okean regionunda əməkdaşlıq və rəqabət, Əfqanıstan, dezinformasiya qarşıdurması, terrorizmə qarşı müqavimət, dəniz mübahisələrinin həlli, yaşıl iqtisadiy­yat, iqlim dəyişmələri və energetik keçid məsələlərini əhatə edib.

 

Forumda Azərbaycan nümayəndələri geniş tərkibdə iştirak ediblər. Ölkəmizi Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, “Qarabağa dönüşİcti­mai Birliyinin sədri, deputat Tural Gəncəliyev təmsil ediblər. İqtidar partiyası olan YAP-ın nümayəndələri də orada olublar.

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra­siyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayra­movun forum çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, müsahibə və açıqlamaları Türkiyə KİV-i tərəfindən geniş yayılıb və böyük maraq­la şərh olunub. Təmsilçilərimiz Azərbaycan diplomatiyasının mü­hüm aspektlərini partnyorlarının və opponentlərinin diqqətinə çatdırıblar. Forum Azərbaycan həqiqətlərinin təbliği, münasibətlər yaratmaq, qlobalregional əhəmiyyətli prinsipial məsələlərin həlli ətrafında müzakirələr aparmaq, yeni əlaqələr qurmaq üçün əlverişli platformaya çevrilib.

 

Bildiyimiz kimi, forum çərçivəsində keçirilən “Sülhrifaha uzanan qlobalregional yollar”, “Enerji təhlükəsizliyində mürəkkəblik”, “Müdafiə sənayesinin gələcəyi”, “Cənubi Qafqaz üçün körpü”, “Terrorizmlə mübarizə: ça­tışmayan nədir?” və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir. Elə görüşlərdə də əsasən bu aspektlər sərf-nəzər edilib.

 

Antalya Forumunda Azərbaycanın XİN rəhbəri Cey­hun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə ikitərəfli gündəliyin aktual məsələləri nəzərdən keçirilib. Baş diplomatlar regionun cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorunun aradan qaldırılma­sı nəticəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanlar, kommunikasiya və nəqliyyat xətləri, sərhədlərin delimitasiyası və digər məsələlərdən bəhs ediblər. Tərəflər, həmçinin Ukraynadakı mövcud vəziyyət, RusiyaUkrayna ara­sında danışıqlar, məsələnin sülh yolu ilə həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da İkinci Antal­ya Diplomatiya Forumunda enerji təhlükəsizliyi ilə əlaqədar panel müzakirələrdə iştirak edib. Nazir çıxışında enerji bazarlarındakı mövcud vəziyyəti şərh edib və ölkəmizin bu sahədə artan roluna diqqət çəkib. O, Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın qon­şularına və Avropaya yetəcək qədər təbii qaz ehtiyatına sahib olduğunu bildirib. Deyib ki, Azərbaycanın indi 2,6 trilyon kubmetr təbii qazı var və Cənub Qaz Dəhlizi layihəsini genişləndirməyə hazırlaşır. Bununla bağlı Avropa ölkələri ilə dialoq­lar aparır. Müzakirələr, əlbəttə, Türkiyənin iştirakı ilə olacaq. Daha öncə – fevralın 4-də Bakıda keçi­rilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında 19 dövlətin təmsilçiləri ilə razılıq əldə olunub. Nazir RusiyaUkrayna münaqişəsi səbəbindən yaranan qlobal enerjineft böhranı şəraitində beynəlxalq arenada OPEK+ ölkələrinin yaşadığı təbəddülatlar və digər müşküllər barədə fikirlərini də bölüşüb. Əminlik ifadə edib ki, forumda bütün bunlarla bağlı zəruri qərarlara gəlinəcək.

 

ADF çərçivəsində Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası­nın sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım arasında görüş keçirilib. T.Budaqov ADF-nin sülh, sabitlik, inkişaf və tərəqqi yolunda beynəlxalq müzakirələr platforması kimi dəyərləndirərək deyib ki, bu tədbir qısa zaman çərçivəsində geniş mənada və böyük coğrafiyada cəlbediciliyini daha da artıracaq. Həmçinin martın 18-də açılışı keçiriləcək “1915 – Çanaqqala körpüsüqardaş ölkədə inkişaf və tərəqqi tarixi yaradan AKP hakimiyyətinin ən böyük uğurlarındandır. Bu körpü Avrasiya məkanını ən etibarlı yol ötürücü­sü kimi tarixə düşəcək. Görüşdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 gün­lük Vətən savaşında qazandığı parlaq hərbi qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət, Türkiyənin sərgilədiyi qardaşlıq mövqeyi, mövcud regi­onal münasibətlərin perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. İki ölkənin hakim partiyaları arasında qardaşlıq münasibətləri tarixi hadisə, dövlətçilik tariximizdə həmrəyliyin və proseslərə strateji yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilib. Xüsusi vurğulanıb ki, ölkələrimizin liderlərinin strateji məsələlərdə qətiyyətli və ortaq qərarları Azərbaycan və Türkiyənin bundan sonra da birgə inkişafını təmin edəcək.

 

Elə buradaca vurğulayaq ki, iki və üçtərəfli görüşlərin keçirilməsi Antalya toplantısının əlavə bir özəlliyi olub. Türkiyə, RusiyaUkrayna xarici işlər nazirlərinin Antalya görüşü forumda yaddaqalan ən ciddi hadisələrdən biri kimi tarixə düşüb. Sergey Lavrov bildirib ki, Ru­siya məsələnin həlli üçün nəzərdə tutulan bütün səyləri dəstəkləyir və müzakirələrin alternativi yox­dur: “Biz humanitar dəhlizlərin hər gün açılmasını təklif etdik”. Dmitri Kuleba isə Ukrayna ilə Rusiya arasında gərginlik başladıqdan sonra tərəflərin ilk yüksək səviyyəli görüşünün təşkilinə görə Türkiyə tərəfinə minnətdarlıq edərək görüşü xarakterizə edib: “Mən problemin həlli üçün əlimdən gələni etdim. Çünki bölgədə humanitar faciə yaşanır. Ölkəmizdəki bu faciənin başa çatması üçün əlimizdən gələni edəcəyik. Bu formatda görüşlərimizin keçiriləcəyinə inanı­ram”.

 

Türkiyə və Ermənistanın diplomatiya idarələri rəhbərlərinin forumun ən qaynar vaxtında bir araya gəlməsi mühüm siyasi hadisə kimi dəyər qazanıb. Ru­siya və Ermənistanın xarici işlər nazirləri də Antalyada görüşüb, özlərinə aid məsələlərlə bərabər, Türkiyə – Ermənistan, Azərbaycan – Ermənistan münasibətlərini də müzakirə ediblər.

 

Türkiyə Prezidenti Administra­siyasının Kommunikasiya İdarəsi, Anadolu Agentliyi, Türkiyənin Ticarət Nazirliyinin əməkdaşları və Xarici iqtisadi əlaqələr qurumunun, Türkiyə İxracatçılar Məclisi və digər tanınmış qurumlar informasiya və nəşriyyat işlərinə dair öz məhsulları ilə ziyarətçilərin xidmətində olublar. Çoxsaylı beynəlxalq media qurum­larının forumdan geniş, azad və sərbəst şəkildə materiallar hazırla­ması üçün bütün imkanlar yaradılıb.

 

Sirr deyil ki, dünyanın bu günü fikir ayrılıqları, qarşıdurma­lar və müharibələrlə xarakterizə olunur. Belə bir vaxtda ADF-də hər cür şəraitdə diplomatiyaya şans vermənin vacibliyi bir daha göstərilib, münaqişələrin və onların yaratdığı humanitar vəziyyəti yaxşı­laşdırmaq üçün həll yolları axtarılıb. Problemləri çözmək və əməkdaşlığı inkişaf etdirmək üçün güclü diploma­tiyanın zəruriliyi vurğulanıb.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti  2022.- 15 mart.- S.5.