Azərbaycanın iqtisadi siyasət modeli bütün dünyada təqdir edilir

 

 Müəllifi ümummilli lider Heydər Əliyev olan inkişaf strategiyası 18 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və hazırda mühüm nəticələri ilə diqqət çəkir. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisa­diyyatının müasirləşməsini gerçəkləşdirməklə ölkəmizin beynəlxalq siyasi-iqtisadi nüfuzunu daha da artırır, iqtisadi qüdrətini davamlı şəkildə yüksəldən respublikamız dün­ya miqyasında kreditor mövqelərini getdikcə gücləndirir. Azərbaycanın ötən bir il ərzində maliyyə imkanlarını genişləndirməsi, bununla da sosial-mədəni layihələrin həyata keçirilməsinə, humanitar yardımların göstərilməsinə nail olması bunun bariz ifadəsidir.

 

Dövlətimizin başçısı son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları da sürətləndirib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yenilənmələr respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda tikiləcək Qaradağ Günəş Elektrik Stansiyası­nın təməlqoyma mərasimində çıxış edərkən bu barədə deyib: “Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıbdır. Yəni, bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz art­mışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşı­laşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində, doğru­dan da təqdirəlayiq addımlar atılır. Əlavə etsəm ki, Azərbaycan dün­ya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.

 

 Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan müstəqilliyinin ilk illərində ağır iqtisadi şəraitdə idi. Əksər sahələrdə, o cümlədən elektroenergetikada böhranla üzləşmişdi. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri uğulu inkişaf strategiyası ilə mövcud böh­ran aradan qaldırıldı, iqtisadi müstəqillik bərpa olundu. Ötən müddətdə davamlı tərəqqi yolu keçən Azərbaycan qlobal layihələr, islahatlar sayəsində enerji sek­torunda daxili tələbatı gerçəkləşdirməklə bərabər, bu sahədə beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verməyə başladı.

 

Müstəqillik dövründə ölkə iqtisadiyya­tına 300 milyard dollar investisiya qoyul­ması, xarici ölkələrə yatırımlar olunması, valyuta ehtiyatlarının 53 milyard dollara yüksəltməsi də Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Belə bir uğur göstəricisi isə hazırda ölkəmizin mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən və Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi tanınması­nı şərtləndirir.

 

Azərbaycanın dinamik inkişafı dünyada mövcud qeyri-sabit siyasi şəraitə, hələ də hökm sürən koronavirus pandemiyasının yaratdığı böhranlı vəziyyətə baxmayaraq, habelə Vətən müharibəsindən sonra da davam edib. Cari ilin yanvar-fevral ayların­da respublikada 19 milyard 175,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb. Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri 58,9 faiz artaraq 1 910 manat olub.

 

Bundan başqa, bu ilin ilk iki ayında əsas kapitala 1 milyard 339,7 milyon manat məbləğində vəsait yönəldilib. Bu dövr ərzində neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 11,2 faiz azalsa da, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,1 faiz artıb.

 

Yeri gəlmişkən, istifadə edilən vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı (17,9 faizi) xidmət sahələrinə, 114,8 milyon manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

 

Ötən iki ay ərzində əsas kapitala yönəldilən vəsaitlərin 779,5 milyon ma­natını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əsas kapitala yönəldilən vəsaitlərin 815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə tikinti-quraşdır­ma layihələrinin yerinə yetirilməsinə sərf olunub. İnşaat işlərinin belə genişmiqyaslı xarakter alması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi islahatlar, qeyri-neft sek­torunun inkişaf etdirilməsi istiqamətində reallaşdırılan ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın neft-qaz amilindən asılılı­ğının getdikcə azalması ilə bağlı olub. Yeri gəlmişkən, son illər dünyaya özü­nün yeni inkişaf modelini təqdim etməyi bacaran Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilbəil sürətlənib. Bu da respublikamızda qeyri-neft sahələrinin inkişafına müsbət təsir göstərib.

 

Onu da qeyd edək ki, ölkəmizin yeni iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini qeyri-neft sekto­runun vacib sahələrindən sayılan inşaat kompleksi təşkil edir. Məlum olduğu kimi, bu sahənin inkişafının diqqətdə saxla­nılması ölkədə yeni və uzunmüddətli yerlərinin yaradılması, inşaat materialla­rının istehsalının stimullaşdırılması, tikinti materialları bazarında canlanmanın artma­sı baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Son illərin pandemiyaqlobal maliyyə böhranlarının ölkəmizin inşaat sektorunda müəyyən geriləməyə gətirib çıxarması­na baxmayaraq, dövlətimizin başçısının xüsusi qayğı və diqqəti sözügedən sahənin işində müəyyən canlanmaya səbəb olub. Bunun nəticəsində isə artıq tikinti komplek­si özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə yüksək investisiya fəallığı nəzərə çarpıb.

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verilib. Möv­cud sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi nəticəsində müsbət göstəricilər əldə edilib. Cari ilin ilk iki ayında da bu dinamika aydın nəzərə çarpıb. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən sözügedən dövrdə qeyri-neft-qaz sektorunda 20,8 faiz artım qeydə alınıb.

 

Regional inkişaf proqramlarının uğurlu icrası da ölkənin sosial-iqtisadi mənzərəsində əsaslı dəyişikliyin yara­dılmasını şərtləndirib. Bu, ilk növbədə, respublikada çoxsaylı yerlərinin açıl­masında özünü büruzə verib. Başqa sözlə, qeyri-neft-qaz sektorunun davamlı tərəqqisi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsalemal müəssisələrinin fəaliyyətə başlaması yerlərinin yaradılmasını sürətləndirib.

 

Azərbaycanda ötən il ərzində 69 min yeni yeri açılması da əhalinin məşğulluğunun təmin edilməsinin dövlətin prioritetləri sırasında olduğunu göstərir. Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin müvafiq məlumatları da təsdiqləyir. Məsələn, keçən il yaradılan yeni yerlərinin 77,1 faizi Bakı şəhərinin, 22,9 faizi regionların payına düşür.

 

Yeni açılan yerləri iqtisadiyyatın və sosial sferanın müxtəlif sahələrini əhatə edib. Belə ki, ötən il hüquqi şəxslərin yaratdıqları yerlərinin 21,7 faizi tikinti, 18,8 faizi ticarət, 11,2 faizi emal sənayesi, 6,5 faizi peşə, elmitexniki fəaliyyət üzrə açılıb. Qeyd edək ki, yeni yerlərinin 88,8 faizi qeyri-neft sektorunda yaradılıb.

 

Bu il fevralın 1-i vəziyyətinə ölkədə iq­tisadi fəal əhalinin sayı 5 milyon 304,3 min nəfər olub. Onlardan 4 milyon 988,5 min nəfərini məşğul əhali təşkil edib.

 

Xatırladaq ki, ilin əvvəlində müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər olub. O cümlədən, iqtisadiyyatın dövlət sektorunda 904,7 min, qeyri-dövlət sektorunda 800,4 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,5 min, qeyri neft-qaz sektorunda isə 1673,6 min nəfər cəmləşib.

 

Hazırda 30 ildən artıq dövr ərzində iş­ğalçı Ermənistan tərəfindən təbii sərvətləri istismar edilən, hərbi məqsədlər üçün istifadə olunan, dağıdılaraq yararsız hala salınan şəhər və kəndlərimizin bərpası dövlətimiz qarşısında dayanan ən vacib vəzifələrdən birinə çevrilib. Azad olunan ərazilərdə əhalinin məskunlaşdırılması, onların həyat şəraitinin təmin edilməsi, dayanıqlı və davamlı iqtisadi fəallığının reallaşdırılmasına yönəldilən infrast­ruktur layihələrinin hazırlanması, dövlət xidmətlərinin təmin olunması, müdafiə xarakterli işlərin icrası ilə bağlı ortaya çıxan zəruri xərclərin maliyyələşdirilməsi ortamüddətli dövr ərzində dövlət büdcəsi qarşısında mühüm çağırışlar yaradıb. Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi isə bu çağırışların gerçəkləşməsinə əlverişli zəmin yaradıb.

 

Pandemiya şəraitində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün respubli­kada sosial-iqtisadi nailiyyətlərin davam­lılığı və dayanıqlı inkişafı həm beynəlxalq maliyyə qurumları, həm də böyük şirkətlər, investorlar tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Prezident İlham Əliyevin çevik, praq­matik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın mini­muma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

 

V.BAYRAMOV

 

 Xalq qəzeti  2022.- 19 mart.- S.1;3.