Müzəffər ordumuz qürur mənbəyimizdir

 

ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər

 

İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, mü­asirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünya­nın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurla­rımız, Qələbəmiz öyrənilir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Qırx dörd gün davam edən II Qarabağ müharibəsində rəşadətli ordumuz şərəfli tarix yazdı. Ordumuz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək, iş­ğalçı qüvvələri qısa müddətdə darmadağın etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qəhrəman əsgər və zabitlərimiz Ermənistanın və havadarlarının 30 illik işğalçılıq siyasətinə son qoyaraq, öz canları və qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad etdilər. Azərbaycan əsgəri bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdi və dünyada ən güclülərdən olduğunu təsdiqlədi. Azərbaycan Ordusu dünya hərb elminə yeni strategiyataktika gətirdi. Dünyanın aparıcı mediaları ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikadan yazdı. Silahlı Qüvvələrimizin şanlı qələbəsi və apardığı uğurlu hərbi əməliyyatlar – həm texniki im­kanlar, həm də operativ addımlar dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir.

 

Dövlət başçımız, Ali Baş Koman­dan İlham Əliyev Bakının mərkəzində açılmış, düşmən üzərindəki qələbəmizi, həmçinin ordumuzun qəhrəmanlığını əyani şəkildə nümayiş etdirən, Ermənistana və havadarlarına göz dağı olan Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında da bu məsələni diqqətə çatdırmışdır. Demişdir ki, İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir: Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniyainkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdir­mişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamı­nın qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.

 

Ölkədə rəhbərliyə başladığı gündən ordu quruculuğunu prioritet sahə kimi daim diqqət mərkəzində saxlayan Pre­zident İlham Əliyev 2020-ci il noyabrın 10- da qarşısına qoyduğu məqsədə nail oldu. Rəşadətli ordumuz hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək, qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Özü haqqında məğlubedilməzlik mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Azərbaycan Ordusu düşmənin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış yalanı 44 gün ərzində yerlə-yeksan etdi. Bu qələbə anti- Azərbaycan qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur etdi.

 

Tanınmış hərbi mütəxəssislər bildirirlər ki, Azərbaycan Ordusu bu möhtəşəm döyüş taktikası ilə nümunə göstərdi. Hələ müharibənin davam etdiyi müddətdə ordumuzun döyüş taktikasını heyranlıqla müşahidə edən hərbi analitiklər bildirirdilər ki, əgər döyüş sona qədər belə davam edərsə, 2 həftəyə Ermənistan hərbi birləşmələrinin tamamilə iflası realla­şacaq. Beynəlxalq hərbi ekspertlərin qənaətinə görə, hücum dronlarının döyüşdəki yüksək hədəf dəqiqliyi dünya hərb tarixində bir ilkdir. Ordumuzun hərbi taktikasını, döyüş qabiliyyətini yüksək qiymətləndirən hərbi ekspertlər bu fikirdədirlər ki, Azərbaycan Ordusu­nun döyüş taktikası hətta ən fövqəlgüc ölkələrin ordularında da qeydə alınma­yıb. Şuşanın azad edilməsi uğrunda hərbçilərimizin nümayiş etdirdiyi qeyri- adi peşəkarlıq bu gün də beynəlxalq aləmdə öyrənilir.

 

Tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotcenko, İsrailin dövlət xadimi, “Nativxüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi, rusiyalı kinorejis­sor, milliyyətcə erməni olan Karen Şah­nazarov, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza, ukraynalı hərbi ekspert-bloger Aleksey Arestoviç və digərləri dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə ordumuzun yüksək peşəkarlığını, hərbi hazırlığını, döyüş qabiliyyətini və hərbi texnikasını yüksək dəyərləndirirlər. Müharibənin gedişi zamanı da adları çəkilən diplomat və hərbi ekspertlər Azərbaycan Ordusunun qısa zamanda Ermənistan silahlı qüvvələrini darma­dağın edəcəyini əminlikıə bildirirdilər. Onların proqnozları özünü doğrultdu.

 

Hərbi ekspertlərdən birinin ordu­muz haqqında dedklərini olduğu kimi diqqətə çatdırırıq: “Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları za­manı müasir silahlardanpilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dron­larının istifadəsinin miqyası və inten­sivliyi baxımından bu, dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sü­but etdi. Bura Azərbaycan Ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilot­suz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir”.

 

Tanınmış rusiyalı kinorejissor, milliyyətcə erməni olan Karen Şahnaza­rovRusiya 1” telekanalında “Vladimir Solovyovla axşamverilişinin efirində bildirmişdi ki, Azərbaycan ərazi bütöv­lüyü problemini hərbi yolla həll etməyə qadirdir. Azərbaycanın hərbi potensialı çox böyükdür.

 

Göründüyü kimi, məhz ordumuzun PUA-lardanSİHA-lardan yüksək dəqiqliklə istifadəsi hərbçilərimizin itkisini minimuma endirib. Eyni zaman­da, Azərbaycan Ordusu bu döyüşlərdə hərbçi şərəfini üstün tutaraq, keç­miş Dağlıq Qarabağda ancaq hərbi obyektləri vurmaqla mülki şəxslərin həyatını qorudu.

 

İkinci Qarabağ müharibəsində Ermənistanın məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının sayı ordumuzun qəhrəmanlığından xəbər verir. Gəlin, faktlara diqqət yetirək: 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 126 piyadaların döyüş maşını, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda, döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edi­lib. Azərbaycan Ordusunun məhv etdiyiya qənimət kimi götürdüyü düşmən hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

 

Şanlı Qələbəmiz, əsgər və zabitlərimizin qəhrəmanlığı gənclərimizdə hərbi vətənpərvərlik ruhunu daha da artırıb. Gənclərin orduya dəstək üçün nümayiş etdirdikləri birlik bir daha göstərir ki, ölkəmizdə milli mənəviyyat, vətənpərvərlik hissi yüksəkdir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumağa hər an hazır­dır. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar və dövlət başçısının ətrafında bir yumruq kimi birləşmiş xalq və dövlətimiz güclü, rəşadətli orduya malikdir.

 

Prezident-xalq-ordu birliyini əks etdirən möhkəm bağlılıq xalıqmızı daha da qürurlandırıb. Vətən qarşısında öz borcunu dərk edən, Azərbaycan övladı kimi şərəflə ordu sıralarına qoşulmağı hər bir yeniyetmə səbirsizliklə gözləyir. Biz Prezidentimiz, Ali Baş Koman­dan İlham Əliyevin hər bir qərarını dəstəkləyir və onun icrasına daim hazırıq. Azərbaycan xalqının birliyini, dövlətimizin, qəhrəman ordumuzun gü­cünü heç bir qüvvə sarsıda bilməyəcək! Biz birlikdə güclüyük!

 

Düşməndən azad edilmiş bütün ərazilərdə hazırda quruculuq işləri aparılır, infrastruktur bərpa edilir. Yenidənqurma, bərpa-quruculuq işlərinin geniş vüsət alması Qarabağın qısa vaxtda çiçəklənəcəyinə və oraya yenidən həyat qayıdacağına əminlik yaradır. Reallıq odur ki, “Dəmir yum­ruq” hər zaman hazırdır və ermənilər tərəfindən törədiləcək təxribatların qarşısını almağa qadirdir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti .- 2022.- 19 mart.- S.5.