Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurucusudur
Onun adı və
fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır
Azərbaycan xalqının
böyük oğlu, müstəqil Azərbaycan dövlətinin
qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq
ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk
prosesinin başladıcısı və idarəedicisi ulu
öndər Heydər Əliyev Azərbaycan xalqının
dövlətçilik tarixində o qədər böyük
yeniliklərə, o qədər böyük işlərə
imza atıb ki, yuxarıda sadaladığımız
titulların heç biri onun titanik fəaliyyətini tam əhatə
etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev
erasını yaratmış ulu öndər haqqında
danışarkən, adətən, onu bir ümummilli lider kimi
səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz
olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər
Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış
oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli
kontekstdə yanaşmış oluruq.
Lakin
Heydər Əliyeivin adı bir şəxsiyyət və
dövlət xadimi kimi fəaliyyəti isə bir siyasətçi
kimi, Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır.
O, istər sovet xalqları, istərsə də
bütövlükdə türk xalqlarının tarixində
mühüm rol oynamış bir siyasətçidir. Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində
aldığı kritik qərarlar bu gün müasir Türk
dünyası xalqlarının və daha geniş mənada
Qrta Asiyadan Avropaya qədər uzanan böyük siyasi
coğrafiyada yerləşən çoxsaylı xalqların
müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və
birliyi kontekstində mühüm əhəmiyyət kəsb
edir. Buraya iqtisadi müstəvidə onun əsasını
qoyduğu böyük regional enerji layihələri, mədəni
humanitar müstəvidə isə yaratdığı , daima
sülhü təşviq edən siyasi dəyər və ənənlər
daxildir.
Azərbaycançılıq
ümummilli və universal dəyərlər sistemi kimi
Hazırki tarixi prizmadan baxdıqda Heydər Əliyevin fəaliyyətinin
bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi
yanaşmadan kənarda qalan bəzi aspektrləri xüsusi maraq
və əhəmiyyət kəsb edir. Ümumi yanaşma və
ortaq ictimai qənaət Heydər Əliyevin azərbaycançılıq
ideologiyasını Azərbaycanda ikinci dəfə siyasi
hakimiyyətə gəldikdən sonra başlatdığı
yönündədir. Ancaq əslində ulu
öndər Heydər Əliyev azərbaycançılıq
ideologiyasının əsaslarını hələ sovet
dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik
Komitəsinə rəhbərlik etdiyi zaman
başlatmışdır. Biz bilirik ki,
Dövlət Təhlükəsizlik Komitəsi sovet
dövrünün ideoloji və siyasi əsaslarını
formalaşdıran, onu idarə edən və yönləndirən
əsas orqan idi. Və təəssüf
ki, sovet Azərbaycanı dövründə ulu öndər
Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik
Komitəsinə rəhbərlik edən azərbaycanlı
olmamışdır. Azərbaycan
xalqının, Azərbaycan ziyalısının, Azərbaycan
dövlətçiliyinin, Azərbaycanın düşünən
beyinlərinin başına gələn faciələrin
böyük bir qismi də vaxtilə bu sistemin xalqımıza
qarşı yönələn antimilli fəaliyyəti nəticəsində
mümkün olmuşdur. Sovet quruculuğu prosesində,
1937-ci il repressiyasında, həmçinin,
ondan sonrakı dövrlərdə Azərbaycan xalqının
ziyalılarına qarşı törətdilən
repressiyanın mərkəzlərindən biri də təhlükəsizlik
orqanları idi. Bu orqanlar milli düşüncəyə
qarşı sistemli və amansız bir mübarizə mexanizminə
çevirilmişdi. Ulu öndər Heydər Əliyev
milli təhlükəsizlik orqanlarına rəhbərlik edənə
qədər həmin proses bu və ya digər dərəcədə
davam edirdi. Heydər Əliyev bu vacib quruma rəhbər
təyin edildikdən sonra isə yeni konsepsiya əsasında
yeni kadr komplektləşməsi apardı. Gizli
anti-Azərbaycan mərkəzləri ləğv edildi. Azərbaycançılıq ideologiyasının,
milli özünüdərk prosesinin rüşeymi də elə
oradan inkişaf etməyə başladı. Bundan sonrakı mərhələdə Heydər
Əliyev siyasi səhnəyə gəldikdən, yəni,
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu
ideoloji ənənə daha münbit bir sferaya keçid etməklə
kütləviləşməyə başladı. Beləliklə,
artıq 1978-ci ildə ulu öndərin həyata keçirdiyi
fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan
Konstitusiyasında təsbit olundu.
İdeyanın ideologiyaya çevrilməsi
və kütləvi mənimsənilməsi
Həmin dövrdə artıq azərbaycançılıq
ideyası ideologiyaya çevrilməyə başladı. Təsadüfi
deyil ki, ideologiyaya çevrilmə prosesi də, məhz, ideya
müəllifi tərəfindən həyata keçirildi.
Bundan sonrakı mərhələdə azərbaycançılıq
ideologiyasının xalq tərəfindən mənimsənilməsi,
dərk olunması prosesi başladı. Bu
istiqamətdə atılan zəruri addımların nəticəsi
isə, Bakı şəhərinin kosmopolit
demoqrafiyasının azərbaycanlılaşdırılması
oldu. Çünki o dövrdə
Bakının universal möhürü beynəlmiləl şəhər
simvolu idi. Beynəlmiləl şəhər
isə kosmopolit sosiologiyanın məntiqi ilə milliliyi arxa
plana keçirirdi.
Sənayeləşmənin
sosiologiyası və Bakı
1969-cu ildən başlayaraq 1970-80-ci illərdə Azərbaycanda
sənayeləşmənin baş turması dövrün
iqtisadi trendini təşkil edirdi. Bu prosesdə sənaye
müəssisələrinin böyük bir qismi Bakıda
yaradılmağa başladı. Həmin
tarixi mərhələdə Heydər Əliyev tərəfindən
Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən
azərbaycanlıların məhz Bakı şəhərində
məskunlaşdırılması Bakıda yeni milli intibah
yaratdı. Bu paytaxt əhalisinin
sosiologiyasında da demoqrafik balansı milli zəmində
lehimizə dəyişdi. Və əlbəttə ki, bu
proses həm iqtisadi, həm siyasi, həm milli intellektual
müstəvidə baş verirdi. Regionlarımızdan
gələn gənclər işlə, yaşayış yeri
ilə təmin olunur, onların məskunlaşması
üçün yeni mikrorayonlar inşa edilirdi. Həmin dövrdə Azərbaycanda həm
çoxsaylı və çoxtəyinatlı sənaye müəssisələri
tikildi, həm yataqxanalar, yeni qəsəbələr və
mikrorayonlar salındı. Beləliklə,
Bakı daha da böyüməyə və gözəlləşməyə
başladı.
Heydər Əliyev erası müxtəlif
sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir
Biz ulu öndərin fəaliyyətinə, Azərbaycan
xalqı qarşısında xidmətlərinə nəzər
saldıqda görürük ki, Heydər Əliyev erası
müxtəlif qatlardan və mərhələlərdən
ibarətdir. Bu qatların və mərhələlərin hər
biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir.
Ən əsası odur ki, bu səhifələr
Azərbaycan xalqının və dövlətinin
inkişafını özündə ehtiva edən, onu
stimullaşdıran səhifələrdir. Əlbəttə
ki, ulu öndərin hakimiyyətinin xüsusi bir dövrü
onun SSRİ rəhbərliyinə aparılması ilə
bağlıdır. Bu dövrdə də
yenə Azərbaycan daima ulu öndərin diqqətində
olmaqla respublikamızın inkişafı başlıca məsələ
kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində
tutulurdu. Və nəhayət ulu öndərin
sonrakı mərhələdəki fəaliyyəti onu
artıq müstəqil bir dövlətin, müstəqil bir
xalqın lideri kimi səciyyələndirməyə imkan verir.
Genetik olaraq, liderlik keyfiyyətlərinə və
yüksək idarəetmə istedadına sahib olan Heydər
Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi
proseslər baş verərkən, XX əsrin sonlarında
bunları proqnozlaşdırmağı, həmçinin,
öz yeri və mövqeyini bu proseslərin içində
müəyyənləşdirməyi dəqiqliklə
bacarırdı. Eyni zamanda, onun qəbul
etdiyi şəxsi qərarlar bir növ Azərbaycan
xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən
və məqsədyönlü, konkret hədəfə
doğru istiqamətlənmiş olduğu üçün
bizim ümummilli yolumuzu işıqlandıran mayaka
çevrildi.
Azərbaycanda milli özünüdərk
prosesi və müstəqillik uğrunda mübarizə
20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın
Daimi Nümayəndəliyinə gələrək,
xalqının ağır günündə onun yanında
olduğunu nümayiş etdirən ulu öndərin bu
addımı bütün dünyaya səs saldı. Əslində
bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin
elan olunması və hədəflərinin göstərilməsi
idi. Əlbəttə ki, Azərbaycan
xalqının milli özünüdərkinin bərpası və
müstəqillik mübarizəmizin uğurla sona
çatması üçün ulu öndər Heydər
Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan,
istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji
baxımdan daim məhdudiyyətlər və təzyiqlər
altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gəldikdən sonra Azərbaycan
Xalq Cümhuriyyətinin 1918-20-ci illərdə
dalğalanmış üçrəngli bayrağını
xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının
Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına
yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Eyni zamanda bu hadisə tariximizin ən yaddaqalan səhifələrindən
birinə çevirildi.
Naxçıvana rəhbərlik etdiyi illərdə ulu
öndərin fəaliyyət sferası daha da genişlənməyə
başladı.
Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin
çıxarılması və xarici dövlətlə sərhədlərin
qorunmasını öz əlimizə almağımız da
Heydər Əliyev erasında tariximizə yazılan
qızıl səhifələrdəndir.
Müstəqil dövlətimizin tərəqqisi
Heydər Əliyevin adı ilə bağlıdır
Müstəqillik tariximizin ən krtik hadisələrindən
biri Azərbaycanda vətəndaş müharibəsinin
qarşısının alınması ilə
bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı
bir dövr idi. Azərbaycan dövləti
parçalanmaq təhlükəsi ilə üz-üzə
qalmışdı. Həmin dövrə
diqqətlə nəzər salsaq görərik ki, ulu öndər
Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan
dövlətinin və dövlətçiliyinin mənzərəsini
çox aydın şəkildə görür və onun
struktur formulasını müəyyənləşdirərək
nəyin, necə olmasını dəqiq cizgilərlə qura
bilirdi. Məhz bunun nəticəsi idi ki,
müstəqil Azərbaycan dövləti quruldu. Məhz ulu öndərin həmin dövrdə həyata
keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan
müstəqil dövlət kimi tanınır, inkişaf edir və
onun yaratdığı siyasi varislik əsasında Prezident
İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətərə
imza atır.
Heydər Əliyev böyük müəllim,
mükəmməl natiq, dahi təbliğatçı idi
Ulu öndərin tarixi şəxsiyyət kimi əsas
keyfiyyətlərindən biri də onun böyük müəllim,
dahi təbliğatçı və mükəmməl natiq
olması idi.
Heydər Əliyev “ideya, ideologiya və təbliğat”
universal üçlük formulasından çox məharətlə
istifadə etməyi bacarırdı. O, ideyanı verir,
onu ideologiyaya çevirir və həmin ideologiyanın toplum tərəfindən
mənimsənilməsini təmin edirdi. Elə
Azərbaycanı birləşdirəcək universal formula olan
azərbaycançılıq ideologiyasının da müəllifi,
təbliğatçısı və icraedicisi, məhz, ulu
öndərimiz olub. Əslində, bir
xalqın vahid ideologiya ətrafında təşkilatlanması
üçün illər keçir. Yəni,
hər hansı bir ideologiyanın mənimsənilməsi,
öyrənilməsi və xalqın həmin ideologiyanın
daşıyıcısına çevrilmə prosesi uzun illər,
bəlkə də qərinələr, yüzillər
aparır. Amma ulu öndər özünəxas
xüsusi çevik üsul və metodlarla bu prosesi elə həyata
keçirdi ki, qısa müddətdə azərbaycançılıq
ideologiyası Azərbaycanın başlıca milli-siyasi
ideologiyasına çevrildi. Bir qədər sonra isə
bu, öz müsbət bəhrəsini verdi.
Azərbaycanda bu ideologiyanın bərqərar
olması və mənimsənilməsi ilə ölkəmizdə
etnik separatçılığa son qoyuldu.
Heydər Əliyev dövlətin
siyasi və ideoloji varisliyini təmin etdi
Ulu öndər elə böyük dövlət xadimlərindən
və siyasətçilərindən idi ki, dövlətçiliyin
siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni
zamanda, onun varisliliyini də təmin etdi. Hər
hansı bir dövlətin var olması üçün
mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə
bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu
bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu yaxşı bilən ulu öndər
dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin
etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar
deyə bilərik. Ümummilli lider, ulu öndər, Azərbaycan
Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini, müstəqil Azərbaycan
Respublikasının Prezidenti və s. Bunlar əlbəttə
ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər
Əliyev şəxsiyyəti bütün bunların
hamısının fövqündə duran bir nümunədir.
Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən
və titullardan Heydər Əliyev Azərbaycan xalqının
milli və dövlətçilik maraqlarının təmin
olunması üçün istifadə etdi. O, bir millət
mücahidi idi, Azərbaycan xalqının böyük
mücahidi idi, Azərbaycan xalqını beynəlxalq
münasibətlərdə böyük arenaya
çıxarmağı qarşısına məqsəd qoymuşdu.
Azərbaycan həqiqətlərini dünyaya
çatdırmağı qarşısına məqsəd
qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi
olmasını qarşısına məqsəd qoymşdu.
Prezidentlikdən tutmuş digər titul və vəzifələr
isə onun üçün, məhz, bu məqsədləri həyata
keçirmək üçün bir mexanizm və vasitə
idi. Ona görə də, ulu öndər Heydər Əliyev Azərbaycan
xalqı tərəfindən daima hörmətlə
anılacaq. Xalqımız var olduqca, o da yaşayacaqdır.
Əldə
etdiyimiz tarixi zəfər, ərazi
bütövlüyümüzün bərpa olunması, qalib
xalqa çevirilməyimiz Heydər Əliyev ideyalarının
təntənəsidir
Hazırda Azərbaycan xalqı təkcə öz müstəqillik dövrü tarixinin deyil, bütövlükdə dövlətçilik tarixinin ən əlamətdar bir mərhələsinə qədəm qoyub. Bu mərhələ torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın ümummilli arzusunun reallığa çevirilməsi, inkişaf, tərəqqi, dirçəliş, intibah mərhələsidir. Ancaq müstəqillik tariximizin elə kritik səhifələri var ki, həmin mərhələdə Heydər Əliyevin qəbul etdiyi uazqgörən strateji qərarlar olmasydı milli dövlətçiliyimiz böhrandan xilas edilə, inkişaf edərək hazırkı mərhələyə çata bilməzdi. Bu gün Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzrəndə inkişaf edən müstəqil Azərbaycan Respublikası bütün dövrlərin ən güclü Azərbaycanıdır.
Hikmət
BABAOĞLU,
Milli Məclisin
deputatı
Xalq qəzeti .- 2022.- 7 may.- S.5.