Böyük Qayıdış reallığa çevrilir

 

Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaq­larda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanlı qardaşlarım ay­rıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər.

 

Rəcəb Tayyib ƏRDOĞAN

 

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdərək, dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köç­künün olmasına baxmayaraq, ölkəmiz məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. 2020-ci il noyabrın 10-da Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulya­siya sənədini imzalamaqla təslim olduğunu rəsmən etiraf etdi.

Düşmən üzərində qazandığımız şanlı qələbə ölkəmizin dünya miqya­sındakı reytinqini daha da yüksəltdi. Bu şanlı zirvəyə çatmaq üçü çətin, mürəkkəb və keşməkeşli yol keç­dik. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan diplomatik sahədə böyük uğurlar qazandı, münaqişənin həlli ilə bağlı hüquqi baza formalaşdırıldı, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırıldı. Prezident İlham Əlievin üzaqgörən siyasəti nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mfləri darmadağın etdi, eyni zamanda, informasiya müharibəsində üstünlük əldə etməyi bacardı.

Dövlət başçımız bütün təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, mötəbər tədbirlərdə işti­rakı zamanı Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyi­nin, tarixi və mövcud vəziyyət haq­qında həqiqətləri olduğu kimi çatdırdı. Artıq dünya birliyi əsl həqiqətin nədən ibarət olduğunu tam müəyyənləşdirdi. Baxmayaraq ki, ölkəmizə qarşı qərəzli olan ermənipərəst qüvvələr, həmçinin bəzi beynəlxalq təşkilatlar münaqişənin yaranmasında və uzun müddət davam etməsində əsl həqiqəti ört-basdır etməyə çalışırdılar, ancaq həmin qüvvələr Ermənistanla birlikdə Azərbaycan diplomatiyasının və rəşadətli ordumuzun qarşısında diz çökdülər.

Azərbaycanın qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirdi. Artıq dünya birliyiregionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatlarını qəbul edir. Bunu dövlət başçımıza ünvanlanmış çoxsaylı qələbə təbrikləri də təsdiqləyir. Regionda yaranmış yeni reallıq, həm də ölkələrin inkişafında müsbət tendensiyalar yaradılmasına imkan verəcək. Məsələn, Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkan­ları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduq­ca önəmlidir.

Tarixi qələbədən bir həftə son­ra dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş tor­paqlara səfərləri və yeni müəssisələrin, yaşayış massivlərinin, təhsil, səhiyyə ocaqlarının təməlini qoymaları, yolla­rın, kommunikasiya xətlərinin, elektrik enerjisi ötürücülərinin, tunellərin, körpülərin yenidən qurulması üçün tapşırıq verilməsi dədə-baba yurdların­dan didərgin salınmış soydaşlarımızın tezliklə doğma ocaqlarına qayıdacaq­larına əminlik yaradır. Bütün bunlar ölkəmizin keyfiyyət etibarilə yeni inkişaf dövrünə qədəm qoymasından xəbər verir. Həm də Azərbaycanın tarixində yeni səhifə – Böyük qayıdış, quruculuq missiyası başlanır. Azad edilmiş torpaq­lar əsl sahiblərinə qaytarılır.

İşğaldan azad edilmiş ərazilərdə qaçqın və məcburi köçkünlərin daya­nıqlı məskunlaşması ilə bağlı dövlət proqramının, beynəlxalq layihələrin və iqtisadi inkişaf konsepsiyasının əsas istiqamətləri müəyyənləşdirildi. Yaxın gələcəkdə qarabağlılar doğma ev-eşiklərinə qayıdacaqlar. Uzun illərdir həsrətlə gözlənilən Böyük qayıdış reallı­ğa çevrilir. Söz yox ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə sahəsində dövlət siyasəti uğurla həyata keçirilir. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli ordumu­zun qəhrəmanlığı nəticəsində torpaq­larımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılması hamıdan çox otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizi se­vindirib. Artıq onlar ata-baba yurdlarına qayıdışa hazırlıq görür, necə deyərlər, bir işarəyə bənddirlər. Dövlət başçı­mızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərməsi, bərpa-quruculuq işlərini nəzarətdə saxlamaları bu qayıdışı daha da sürətləndirir.

Vətən müharibəsində qazandı­ğımız zəfərdən sonra yaranan yeni reallıqlardan biri də Prezident İlham Əliyevin imzaladığı fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasıdır. İşğaldan azad edilmiş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək Azərbaycan dövləti qarşısında duran prioritet vəzifələrdəndir. Bu, regi­onun sabitliyinə mühüm töhfədir. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görü­lür, eyni zamanda, nəhəng infrastruktur layihələr icra edilir. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri yekunlaşmaq üzrədir. Şuşa, Cıdır düzü yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin, Suqovuşan su anbarı beynəlxaq idman yarışlarının keçirildiyi məkana çevrilib.

Sahələrin minalardan təmizlənməsi əhalinin təhlükəsiz köçürülməsində mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının böyük hissəsini, hətta, hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə, insanların ya­şamaq hüququnu kobud şəkildə pozur. Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri təxirəsalınmaz tədbirləri görməyi tələb edir. Bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi artırmalıdır.

Bütün bunlara baxmayaraq, qarabağlıların öz ata-baba yurdlarına qaytarılması dövlət siyasətinin priori­tetidir. Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, postmüharibə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqların­da reinteqrasiyası üzrə də dünyaya yeni nümunəvi bir model təqdim edəcək.

Qardaş Türkiyə müharibədə olduğu kimi, bu işdə də öz köməyini əsirgəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azd edilmiş Zəngilan rayonunaŞuşa şəhərinə səfərləri çərçivəsində təməlqoyma və açılış mərasimlərində iştirakları gələcəyə olan ümidimizi daha da artırır.

Həm Şuşada, həm də Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, iki dost və qardaş ölkənin birgə addımlarının tarixdə əbədi qalacağından xəbər verir. Hər iki dövlət başçısının iştirakı ilə Zəngilan rayo­nunda “DOST Aqropark”ın təməlinin qoyulması, prezidentlərin aqroparkın ərazisində çinar ağacı əkmələri “Qara­bağ Azərbaycandır!” reallığını bir daha dünyaya nümayiş etdirdi. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsaltexnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluqşitilçilik sahələri salına­caq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qu­rulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Layihənin icrası ilə bağlı 110 hek­tardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə, tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standart­ları tətbiq olunacaq. Piyadavelo­siped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görülür. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi in­novativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir su­varma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemidata və təhlil mərkəzindən həyata keçiriləcək.

Bəli, zəngilanlılar, eyni zaman­da, bütün qarabağlılar bu əlamətdar hadisəni 27 il gözlədilər, bunun xəyalları ilə yaşadılar. Keçmiş məcburi köçkünlərin xəyalları gerçək oldu. Təkcə Zəngilan yox, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər də, bütövlükdə, Qarabağ cənnətə dönür və mükəməlliyə əzəmətə qovuşur.

Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağa səfəri zamanı Azərbaycanın işğaldan azad edilmiş bu bölgələrinin qısa müddət ərzində, həqiqətən, necə dirçəldiyini, sürətlə inkişaf etdiyini xüsusi vurğuladı. Dedi ki, bu, hər igidin, hər siyasətçinin işi deyil: Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qa­yıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tari­xi üslubda, son dərəcə gözəl bir şəkildə inşa edilir”.

Qardaş ölkənin başçısı Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini də yüksək dəyərləndirdi və həmin yolların bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcəyini bil­dirdi. Bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlərin həm Azərbaycan, həm də regionumuz üçün qürurverici olduğunu diqqətə çatdırdı. İstər tunellər, yol ötürücüləri, istərsə də avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxı­mından çox önəmlidir.

 

Dövlət başçımızın tapşırığına əsasən, bütün yenidənqurma, bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Hazırda AğdamFüzuli şəhərlərinin baş planları təsdiqlənib və həmin planlar əsasında işlərə start verilib.

Keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmaları üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları yaradılır. Bütün bunlar planlı şəkildə həyata keçirilir. Həsrətlə gözlənilən Böyük Qayıdış reallığa çevrilir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti .-  2022.- 21 may.- S.4.