Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 4 aprel tarixli 59 nömrəli, “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” 2018-ci il 12 iyul tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilməsi barədə” 2018-ci il 19 noyabr tarixli 491 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

 

¹ 193 Bakı şəhəri, 18 may 2022-ci il

 

 

“Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 439; 2014, ¹ 10, maddə 1320; 2019, ¹ 5, maddə 948) aşağıda­kı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Dəniz limanı kapitanı haqqında Əsasnamə” üzrə:

1.1.1. 1.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texno-logiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə, “direktoruna” sözü “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilsin;

1.1.2. 1.3-cü bənddə “direktoru” sözü “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

1.1.3. 2.1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnki­şaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları” üzrə:

1.2.1. 2.1.4-cü yarımbənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanın­da Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.2.2-ci yarımbənddə “Agentli­yin Uzaq Məsafədən Tanınma və İzləmə Mərkəzinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;

1.2.3. 3.1.3-cü yarımbənddə və 3.12-ci bənddə ismin müvafiq hallarında “direktoru” sözü ismin müvafiq hallarında “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 1.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanın­da Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, ¹ 10, maddə 1227; 2019, ¹ 8, maddə 1466) ilə təsdiq edilmiş “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli­yinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2018, ¹ 7 (II kitab), maddə 1626; 2021, ¹ 11, maddə 1276) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İn­kişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 21-ci hissə aşağıdakı redaksiyada verilsin:

“21. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs.”;

3.2. 22-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnolo-giyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və struktur­larının təsdiq edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2018-ci il 19 no­yabr tarixli 491 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2441) 1-5-ci hissələri ləğv edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 21 may.- S.6.