Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Həbs edilmiş
şəxslərin hava gəmisində
daşınması Qaydası”nın təsdiq edilməsi barədə”
2013-cü il 2 avqust tarixli 194 nömrəli, “Qanunsuz
müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən
istifadə Qaydaları”nın və “Qanunsuz
müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə
görə haqqın ödənilməsi Qaydası və
Şərtləri”nin təsdiq edilməsi barədə”
2013-cü il 28 dekabr tarixli 358 nömrəli, “Aviasiya
təhlükəsizliyi sahəsində personalın
hazırlığı üzrə Milli
Proqram”ın təsdiq edilməsi barədə” 2014-cü il 10 aprel tarixli 100 nömrəli, “Sərnişinlərə,
onların əl yükü və
baqajlarına baxış keçirilməsi Qaydası”nın
təsdiq edilməsi barədə” 2014-cü il
10 iyul tarixli 226
nömrəli, “Hava gəmisində
silahın daşınması Qaydası”nın təsdiq edilməsi
barədə” 2014-cü il 30 dekabr tarixli 409 nömrəli
və “Aviasiya təhlükəsizliyi sahəsində
keyfiyyətə nəzarət üzrə Milli
Proqram”ın təsdiq edilməsi barədə” 2015-ci il 16 iyun tarixli
231 nömrəli qərarlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 197 Bakı
şəhəri, 18 may 2022-ci il
“Azərbaycan
Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək
texnologiyalar və rabitə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11
oktyabr tarixli 1464 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 avqust tarixli
194 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 994;
2018, ¹ 4, maddə 832; 2021, ¹ 6 (IV kitab), maddə 686) ilə təsdiq
edilmiş “Həbs edilmiş şəxslərin hava gəmisində
daşınması Qaydası”nda dəyişikliklər təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli
358 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1648;
2018, ¹ 4, maddə 833; 2021, ¹ 6 (IV kitab), maddə 686) ilə təsdiq
edilmiş 1 nömrəli əlavə - “Qanunsuz müdaxilə
aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən
istifadə Qaydaları”nda dəyişikliklər təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 10 aprel tarixli
100 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 445;
2021, ¹ 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş
“Aviasiya təhlükəsizliyi sahəsində personalın
hazırlığı üzrə Milli Proqram”da dəyişikliklər
təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 10 iyul tarixli 226
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 914; 2021, ¹ 6 (IV kitab), maddə
686) ilə təsdiq edilmiş “Sərnişinlərə,
onların əl yükü və baqajlarına baxış
keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq
edilsin (əlavə olunur).
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli
409 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1683;
2021, ¹ 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Hava gəmisində
silahın daşınması Qaydası”nda dəyişikliklər
təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 iyun tarixli 231
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 803; 2021, ¹ 6 (IV kitab), maddə
686) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi
sahəsində keyfiyyətə nəzarət üzrə Milli
Proqram”da dəyişikliklər təsdiq edilsin (əlavə
olunur).
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 21 may.- S.6.