“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldı­rılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 199 Bakı şəhəri, 19 may 2022-ci il

 

 

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uza­dılması və bəzi məhdudiyyətlərin aradan qal­dırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2021, ¹ 5, maddə 530, ¹ 6 (IV kitab), maddələr 668, 679, 683, ¹ 7, maddələr 872, 890, 891, ¹ 8, maddələr 957, 971, ¹ 9, maddələr 1051, 1079, ¹ 10, maddə 1182, ¹ 12, maddələr 1514, 1533, 1543; 2022, ¹ 1, maddələr 61, 80, ¹ 2, maddə 164; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli 71 nömrəli, 14 aprel tarixli 152 nömrəli və 22 aprel tarixli 171 nömrəli qərarları) aşağıdakı məzmunda 2.5-13-cü bənd əlavə edilsin:

“2.5-13. 2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

 

2.5-13.1. Bolqarıstan Respublikası;

 

2.5-13.2. Butan Krallığı;

 

2.5-13.3. Cənubi Afrika Respublikası;

 

2.5-13.4. Qvatemala Respublikası;

 

2.5-13.5. Laos Xalq Demokratik Respub­likası;

 

2.5-13.6. Livan Respublikası;

 

2.5-13.7. Mavriki Respublikası;

 

2.5-13.8. Misir Ərəb Respublikası;

 

2.5-13.9. Myanma İttifaqı Respublikası;

 

2.5-13.10. Nepal Federativ Demokratik Respublikası;

 

2.5-13.11. Paraqvay Respublikası;

 

2.5-13.12. Şimali Makedoniya Respubli­kası;

 

2.5-13.13. Şri-Lanka Demokratik Sosialist Respublikası;

 

2.5-13.14. Vyetnam Sosialist Respublikası.”.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2022.- 21 may.- S.6.