Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli, “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində tele­kommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli, “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurul­ması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 aprel tarixli 98 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqın­da” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Televiziyaradio yayımında radiotezliklərdən istifadə tarifləri”nin təsdiq edilməsi barədə” 2016-cı il 11 may tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissi­yasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 196 Bakı şəhəri, 18 may 2022-ci il

 

 “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haq­qında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 dekabr tarixli 1492 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115; 2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 156, ¹ 4, maddə 279, ¹ 8, maddə 670, ¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 1, maddə 63; 2012, ¹ 9, maddə 931; 2013, ¹ 2, maddə 203, ¹ 6, maddə 735; 2014, ¹ 10, maddə 1290; 2015, ¹ 5, maddə 608, ¹ 12, maddə 1567; 2016, ¹ 1, maddə 179, ¹ 4, maddə 807, ¹ 9, maddə 1585; 2018, ¹ 8, maddə 1817, ¹ 12 (II kitab), maddə 2737; 2019, ¹ 12, maddə 2091; 2020, ¹ 6, maddə 794) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi ra­zılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

     1.1. 11.3-cü bəndə və 11.8.5-ci yarımbəndə (hər iki halda) “Radiotezliklər” sözündən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;

1.2. 11.8.5-ci yarımbənddən “hazırlanmış” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2006, ¹ 1, maddə 36, ¹ 5, maddə 472; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1929; 2017, ¹ 12 (II kitab), maddə 2483; 2018, ¹ 1, maddə 139; 2019, ¹ 1, maddə 157; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 141 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 2.3-cü bəndində “kanalının” sözü “zolağının” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2006, ¹ 4, maddə 368; 2016, ¹ 9, maddə 1585; 2018, ¹ 9, maddə 1913) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommuni­kasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 2.5-ci bəndinə “mümkünlüyü” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2007, ¹ 2, maddə 182; 2009, ¹ 2, maddə 144; 2014, ¹ 2, maddə 216, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 158; 2021, ¹ 7, maddə 888; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 141 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddən “və “Radiotezliklər üzrə Dövlət Komissiya-sının Əsasnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli qərarına” sözləri çıxarılsın;

4.2. 1.3-cü bəndin birinci cümləsinə “zolaqları” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, 1.8-ci bəndin birinci cümləsinə “fəaliyyət göstərən” sözlərindən son­ra “beynəlxalq təşkilatların nümayəndəlikləri,” sözləri əlavə edilsin;

4.3. 2-ci hissə üzrə:

4.3.1. 2.1-ci bənddə “nominallarının” sözü “zolaqlarının” sözü ilə əvəz edilsin;

4.3.2. 2.11-ci bənddə “Komissiyanın işçi qrupu (bundan sonra - Katibliyi)” sözləri “Ko­missiyanın Katibliyi (bundan sonraKatiblik)” sözləri ilə əvəz edilsin;

4.3.3. 2.13-cü bənddə “Komissiyanın katibi” sözləri “Katibliksözü ilə əvəz edilsin;

4.3.4. 2.16-cı, 2.19-cu bəndlərdə və 2.29-cu bəndin birinci cümləsində “tezliksözüradio­tezliksözü ilə əvəz edilsin;

4.3.5. 2.20-ci bəndin birinci abzasında “TezliksözüRadiotezliyinsözü ilə, yeddinci abzasında isə “tezliklərin” sözü “radiotezliklərin” sözü ilə əvəz edilsin;

4.3.6. 2.23-cü bənddə (birinci halda) “tezliksözüradiotezliksözü ilə, “tezliklərdən” sözü isə “radiotezliklərdən” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2016, ¹ 5, maddə 950) ilə təsdiq edilmiş “Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri”nin “Qeyd”inə “üçün” sözündən sonra “Azərbaycan Respubli­kasının” sözləri əlavə edilsin.

6. “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 1997, ¹ 4, maddə 339; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 9, maddə 750; 2009, ¹ 2, maddə 144; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 153) ləğv edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

 

Xalq qəzeti .- 2022.- 21 may.- S.6.