Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli
247 nömrəli Qərarı ilə təsdiq edilmiş
“İxtira, faydalı model,
sənaye nümunəsi, əmtəə nişanları və
coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində
göstərilən xidmətlərin siyahısı və həmin
xidmətlərə görə Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyinə
ödəniləcək haqların məbləğləri”ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 198 Bakı şəhəri, 19 may
2022-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 980) ilə təsdiq
edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə
nişanları və coğrafi göstəricilərin
hüquqi mühafizəsi sahəsində göstərilən
xidmətlərin siyahısı və həmin xidmətlərə
görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.
2.1-ci, 2.8-ci və 2.13-cü bəndlərdə “30” rəqəmləri
“45” rəqəmləri ilə, 2.2-ci bənddə “10” rəqəmləri
“15” rəqəmləri ilə, 2.3-cü bənddə “60” rəqəmləri
“90” rəqəmləri ilə, 2.4.1-ci yarımbənddə
“80” rəqəmləri “120” rəqəmləri ilə, 2.4.2-ci
yarımbənddə “50” rəqəmləri “75” rəqəmləri
ilə, 2.5-ci bənddə “11” rəqəmləri “17” rəqəmləri
ilə, 2.6.1-ci yarımbənddə “95” rəqəmləri
“143” rəqəmləri ilə, 2.6.2-ci yarımbənddə
“45” rəqəmləri “68” rəqəmləri ilə,
2.6.3-cü yarımbənddə “145” rəqəmləri “218” rəqəmləri
ilə, 2.7.1-ci, 2.7.2-ci və 2.7.3-cü yarımbəndlərdə
“5” rəqəmi “8” rəqəmi ilə, 2.9-cu və 2.14-cü
bəndlərdə “40” rəqəmləri “60” rəqəmləri
ilə, 2.10-cu bənddə “135” rəqəmləri “203” rəqəmləri
ilə, 2.11-ci bənddə “15” rəqəmləri “23” rəqəmləri
ilə və 2.12-ci bənddə “25” rəqəmləri “38” rəqəmləri
ilə əvəz edilsin.
2.
1.8.2-ci yarımbəndə “hər artan” (birinci halda) sözlərindən
sonra “il üçün 8 manat artırılmaqla, digər”
sözləri əlavə edilsin.
3.
Aşağıdakı məzmunda 1.23-cü bənd əlavə
edilsin:
1.23.
İxtiranın,
faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından
çıxarışın verilməsi üçün
15 manat
4.
2.2-ci bənddə “Göstəricinin” sözü “Əmtəə
nişanının və coğrafi göstəricinin” sözləri
ilə əvəz edilsin.
5.
“Qeydlər”in 1-ci hissəsində “40” rəqəmləri “60” rəqəmləri
ilə, 2-ci hissəsində isə “120” rəqəmləri
“180” rəqəmləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti .- 2022.- 21 may.- S.6.