Yüksək amallar, gerçək əməllər
partiyası
Yeni Azərbaycan
Partiyası – 30
Hörmətli oxuculara Yeni Azərbaycan Partiyasının
yaradılması barədə
bildiklərimi, gördüklərimi,
şahidi olduğum hadisələri çatdırmaq
istəyirəm.
Ümummilli lider Heydər Əliyev 22 iyul 1990-cı ildə Moskvadan Bakıya qayıtdı, iki gün sonra Naxçıvana getdi. Biz ora dəvət olunduq və xalqın böyük oğlunu necə qarşıladığını,
onun pişvazına çıxdığını gözlərimizlə gördük.
Xalq bu gəlişi səbirsizliklə gözləyirdi,
insanlar ölkənin hər yerindən onun ziyarətinə gəlirdilər. Böyük şəxsiyyət
Naxçıvanda sakit
həyata başlamışdı
və siyasətə qayıtmaq fikri də yox idi.
Lakin biz şahidi olduq ki, minlərlə Naxçıvan sakini Ali Məclisin qabağına çıxıb Heydər
Əliyevin Məclisin
sədri seçilməsini
tələb edirdi.
Nəhayət, xalqın
istəyini nəzərə
alan Heydər
Əliyev etiraz etmədi və Ali Məclisə sədr seçildi.
O zamanlar biz mətbuatda məqalələr yazaraq,
xalqın arzularını
Heydər Əliyevə
çatdırmağa çalışırdıq.
Bildirirdik ki, Azərbaycan
insanları onun ölkəyə yenidən
rəhbərlik etməsini
istəyir. Mən dəfələrlə
Heydər Əliyevlə
görüşdüm, sonra
bir qrup ziyalı ilə onun ziyarətinə getdik. Söhbətlərimiz
zamanı Heydər Əliyev deyirdi: “Mən ən böyük partiyanın –
Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərindən biri
olmuşam. Partiya məsuliyyətinin nə demək olduğunu yaxşı bilirəm. Bu yaşımda yenidən partiya quruculuğu ilə məşğul olmaq? Bir az düşünməliyəm”.
Xeyli sonra 91 nəfər ziyalının
imzası ilə “Heydər Əliyev, Azərbaycan Sizin sözünüzü gözləyir”
adlı müraciət
yazıldı. Məlum olduğu kimi,
bu məktuba çoxları imza atmaqdan boyun qaçırdı. Həmin zamanlarda
böyük siyasi xadim haqqında Azərbaycanın kommunist mətbuatında, habelə
“Pravda” qəzetində və
Rusiyanın başqa qəzetlərində böhtan,
qərəz xarakterli yazılar dərc olunurdu.
“Azərbaycan Sizin sözünüzü gözləyir”
adlı tarixi müraciətdə respubikada
vəziyyətin gündən-günə
ağırlaşdığı, Azərbaycanın, sözün
əsl mənasında,
siyasi, iqtisadi, mənəvi böhran keçirdiyi açıqlanırdı
və bunun səbəbinin respublikada mövcud olan, getdikcə daha da güclənən hakimiyyət böhranı
olduğu göstərilirdi:
“Möhtərəm Heydər
bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli
işi respublikada öz üzərinə götürməyə qadir,
yeganə şəxs Sizsiniz! ... Əminik ki, Yeni Azərbaycan
Partiyası müdrik ağsaqqalın, Heydər
Əliyevin ətrafında
birləşəcək dərin
zəkalı, təmiz
əxlaqlı, yüksək
mədəniyyətli, müstəqil
düşüncəli, milli
qürurlu, peşəkar
insanların siyasi partiyasına çevriləcək...
Azərbaycan Sizin sözünüzü
və qəti qərarınızı gözləyir”.
16 oktyabr 1992-ci il
tarixli bu müraciətə Heydər
Əliyev 24 oktyabr
1992-ci ildə “Yeni, müstəqil Azərbaycan
uğrunda” adlı ziyalılara məktubu ilə cavab verdi. Görkəmli dövlət xadimi həmin cavab məktubunda bildirirdi: “İndi əsas vəzifə dövlətçiliyin,
müstəqilliyin bərqərar
olunmasını, milli
demokratik dövlətin
formalaşmasını, müstəqil
Azərbaycanın suverenliyini,
təhlükəsizliyini təmin
etmək və vətəndaşlara azad,
xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və
şərəfli işə
hər bir vətənpərvər layiqli
töhfəsini verməlidir”.
Heydər
Əliyev daha sonra yeni partiya
yaradılması ilə
bağlı qeyd etmişdi: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında
fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində
və inkişafında
tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal
iştirak etməyə
hazıram”.
O zamankı iqtidar ciddi səyləri ilə Yeni Azərbaycan
Partiyasının yaradılmasına
mane olmağa çalışırdı.
Partiyanın təsis konfransının
Bakıda keçirilməsinə
imkan verilmədiyi üçün YAP-ın
təsis konfransı Naxçıvanda keçirildi.
Konfransı giriş sözü
ilə YAP təşkilat
komitəsinin sədri
Heydər Əliyev açdı. Konfrans Yeni
Azərbaycan Partiyasının
yaradılması haqqında
qərar qəbul etdi. Heydər Əlirza oğlu
Əliyev konfrans nümayəndələri tərəfindən
açıq səsvermə
yolu ilə Yeni Azərbaycan Partiyasının sədri
seçildi.
Ulu öndər
Heydər Əliyev ideyalarının daşıyıcısı
olan bir partiyanın siyasi səhnəyə vəsiqə
alması, həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin
məntiqi nəticəsi
idi. Ölkəni bürümüş həmin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları
son dərəcə narahat
edirdi. Məhz, ona görə
də Azərbaycanın
taleyini düşünən
insanlar ölkəni böhrandan çıxara
biləcək yeni bir partiya yaratmaq
təşəbbüsü ilə çıxış
etdilər və xalqın sınanmış
lideri Heydər Əliyevin ətrafında
birləşdilər.
YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü, yekdil
iradəsinin ifadəsi
kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik,
əqidə birliyi, dövlət müstəqilliyi
və suverenlik, azərbaycançılıq ideyalarının
möhkəm təməli
üzərində qurulub,
inkişaf etmişdir.
YAP-ın ideya məfkurəsini
təşkil edən müstəqil dövlətçilik,
qanunçuluq, azərbaycançılıq,
vətəndaş həmrəyliyi
və sosial ədalət prinsipləri
partiyanın qarşısında
duran vəzifələrin
həyata keçirilməsinin
ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf
prioritetlərini də
şərtləndirmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin
maraq və mənafeyini özündə
ehtiva etdiyindən cəmiyyətin ən müxtəlif zümrələrinin
YAP-a sürətlə axını
başlamış, onların
ictimai-siyasi həyatda
fəallığı əhəmiyyətli
dərəcədə artmışdır.
Heydər Əliyev siyasi kursu son 30 ildə bütün istiqamətlərdə
Azərbaycanın dövlət
müstəqilliyinin qorunub
saxlanılması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi prinsiplərinə
söykənir. Bu müddətdə
hüquqi dövlət
quruculuğu, ölkənin
iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması,
milli təhlükəsizlik
və xarici siyasət problemlərinin həlli, milli-mənəvi
inkişaf istiqamətində
görülən işlər
bütünlüklə müstəqillik
amilinin praktiki şəraitdə bərqərar
olmasına yönəlmişdir.
Bütün bunlar isə cəmiyyətdə
YAP-a olan etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir.
1999-cu ilin dekabrında YAP-ın birinci qurultayında YAP sədrinin müavini seçilmiş, (indi YAP-ın sədri) İlham Əliyev həmin qurultayda öz tarixi çıxışında demişdir: “Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın marağına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri partiyanın 30 illik yubileyində də öz qüvvəsindədir!
Yeni Azərbaycan Partiyasının bütün üzvlərini yubiley münasibətilə ürəkdən təbrik edirəm!
Xeyrəddin QOCA,
YAP Veteranlar Şurasının üzvü,
yazıçı
Xalq qəzeti .- 2022.- 19 noyabr.- S.7.